www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Ayətullah Sistani

Dəfnin hökmləri

Məsələ 603: Meyyiti, qoxusu bayıra çıxmayacaq və yırtıcı heyvanların cəsədi bayıra çıxara bilməyəcəkləri şəkildə, torpağa dəfn etmək vacibdir. Əgər yırtıcı heyvanların bayıra çıxaracaqları qorxusu vardırsa, qəbirin kərpic və ona bənzər şeylərlə bərkidilməsi lazımdır.

Məsələ 604: Əgər meyyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya tabutda da qoya bilərlər.

Məsələ 605: Meyyit, bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə, torpaqda sağ yanı üstə uzandırılmalıdır.

Məsələ 606: Əgər bir şəxs gəmidə ölərsə, belə ki, cəsədi xarab olmayacaqsa və onun gəmidə olmasının bir maneəsi yoxdursa, quruya yetişincəyə qədər gözləyib, torpağa dəfn edilməlidir. Əks təqdirdə, ona gəmidə qüsl verib, hənut edib, kəfənləyib və namazını qıldıqdan sonra, bir nehrəyə qoyub, ağzını bağlayaraq dənizə atmaları və ya ayağına ağır bir şey bağlayaraq, dənizə atmaları gərəkdir. Mümkün olduğu təqdirdə, onu, heyvanlara dərhal yem olmayacağı bir yerdə, dənizə atmalıdırlar.

Məsələ 607: Düşmənin, meyyitin qəbrini açaraq, onu çıxarıb qulağını, burnunu və ya başqa üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu təqdirdə, əvvəlki məsələdə söylənildiyi tərzdə onu dənizə atmalıdırlar.

Məsələ 608: Dəryaya atmağın xərci ya qəbri möhkəm etməyin xərci lazım olan surətdə, meyyitin malının əslindən götürə bilərlər.

Məsələ 609: Kafir bir qadın ölər və bətnindəki uşaq da ölmüş olarsa, əgər uşağın atası müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün, qadın qəbirdə sol tərəfi üstə, arxası qibləyə olacaq şəkildə, uzandırılmalıdır. Həmçinin, onun bətnindəki uşağın bədəninə ruh daxil olmadığı təqdirdə də, müstəhəbb ehtiyata əsasən, eyni hökmü daşıyır.

Məsələ 610: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlığında isə kafirin dəfni caiz deyildir.

Məsələ 611: Müsəlmanın, ona hörmətsizlik sayılan yerlərdə (məsələn, zir-zibil tökülən yerlərdə) dəfn edilməsi caiz deyildir.

Məsələ 612: Meyyiti qəsb olan yerdə və məscid kimi meyyitin dəfnindən başqa bir şey üçün vəqf olan yerdə vəqfə zərər yetirəcəyi, yaxud hansı məqsədlə vəqf olunubsa, həmin məqsədə maneçilik törətdiyi surətdə dəfn etmək caiz deyildir. Həmçinin vacib ehiyata görə, zərər və ya maneçilik törətməsə də, hökm eynidir.

Məsələ 613: Başqa ölünün qəbrində meyyiti dəfn etmək üçün açmaq caiz deyil, amma qəbir köhnəlibsə və birinci meyyit tamamilə aradan getsə, bu caizdir.

Məsələ 614: Tük, dırnaq və diş olsa belə, meyyitdən ayrılan şey onunla bərabər dəfn edilməlidir. Əgər meyyitdən ayrılan şey meyyitin dəfn edilməsindən sonra olarsa, o şey meyyitin dırnaq, tük və ya dişi olsa belə, lazım ehtiyat olaraq başqa bir yerdə dəfn edilməlidir. Amma insandan həyatda ikən, ayrılan dırnaq və dişin dəfn edilməsi müstəhəbbdir.

Məsələ 615: Əgər bir şəxs quyuda ölsə və çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını bağlasınlar və o quyunu onun üçün qəbr qərar versinlər.

Məsələ 616: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qalmağı ana üçün təhlükəli olsa, gərək ən asan yol ilə xaricə çıxarsınlar. Belə ki, onu tikə-tikə etməkdə çarəsiz qalsalar, eybi yoxdur. Amma əgər bacarırsa, gərək ərinin vasitəsilə onu çıxarsınlar. Əgər mümkün deyildirsə, bacaran bir qadın onu çıxarmalıdır. Qadın bu işi yaxşı bacran adama, naməhrəm olsa belə, özünə daha münasib olan adama müraciət edə bilər.

Məsələ 617: Əgər qadın ölərsə və uşaq onun bətnində canlı qalarsa, uşağın az müddət diri qalacağına ümid olmasa da belə, bədənin, uşağın salamatçılığı üçün daha uyğun olan qismini yarıb, uşağı çıxarmalı və yenidən oranı tikməlidirlər. Amma bu işlə uşağın ölməsinə yəqin etsələr və ya xatircəm olsalar, caiz deyil.


Oxunub: 839

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı