www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Qəbri açmaq

Məsələ 631: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürümüş və torpaq olmuşdursa, eybi yoxdur.

Məsələ 632: İmamzadələrin, şəhidlərin, alimlərin qəbrini, habelə qəbrin açılması hörmətsizlik sayılan hər bir qəbri xarab etmək, illər keçmiş olsa və bədənləri aradan getmiş olsa da, bu iş haramdır.

Məsələ 633: Bir neçə vəziyyətdə qəbri açmaq haram deyildir:

1. Meyyit qəsb edilmiş bir yerdə dəfn olunmuşdursa və yer sahibi də onun qəbirdə qalmasına razı olmazsa; qəbrin açılması da həddindən artıq əziyyətə səbəb olmasa; əks halda qəsb edəndən başqasına lazım deyil. Əgər qəbrin açılması daha mühüm bir nəhyi lazım tutsa lazım deyil, üstəlik caiz də deyil. Məsələn, əgər meyyitin bədəninin tikə-tikə olmasına, hətta əgər hörmətsizlik olmasına səbəb olarsa, vacib ehtiyata əsasən caiz deyil. Yalnız meyyitin özünün o yeri qəsb etmiş olduğu halda caizdir.

2. Kəfən və ya meyyitlə dəfn edilən başqa bir şey qəsbi olarsa və onun qəbirdə qalmasına sahibi razı olmasa; Həmçinin meyyitin varislərə çatacaq malı onunla birgə dəfn edilsə və varisləri onun qəbirdə qalmasına razı olmasalar da, eyni hökmü daşıyır. Amma əgər meyyit bir dua (kitabı), Qur`an və ya üzüyün onunla dəfn edilməsini vəsiyyət etmişdirsə və onun vəsiyyəti də nüfuzlu olarsa, bunları çıxarmaq üçün qəbri aça bilməzlər. Əvvəlki bənddə qeyd olunan istisna halları burada da qüvvədədir.

3. Qəbri açmaq hörmətsizliyə səbəb olmasa və meyyit qüslsüz və ya kəfənsiz dəfn olunmuş olsa, yaxud qüslün batil olmasını başa düşsələr, ya da şər`i qaydada kəfənə bükülmədiyini, ya onu qəbirdə üzü qibləyə qoymadıqlarını bilsələr;

4. Qəbri açmaqdan daha əhəmiyyətli olan bir haqqın sübuta yetirilməsi üçün meyyitin bədənini görmək istəsələr;

5. Meyyiti kafir qəbiristanlığında və ya zir-zibil tökülən bir yerdə dəfn etmək kimi, ona hörmətsizlik olan bir yerdə dəfn etmişlərsə;

6. Qarnında diri uşaq olduğu halda dəfn edilmiş olan hamilə qadının uşağını çıxarmaq kimi şər`i baxımdan, qəbri açmaqdan daha əhəmiyyətli olan bir mətləb üçün, qəbri açmaq lazımdırsa;

7. Meyyitin bədənini yırtıcı heyvanın (çıxarıb) parçalayacağından, sel aparacağından və ya düşmənin çıxaracağından qorxarlarsa;

8. Meyyit, onu müqəddəs yerlərdən birinə aparılmasını vəsiyyət etmişdirsə, belə ki, onu həmin yerə aparmaq üçün heç bir maneə olmadığı halda, qəsdən və ya unudularaq həmin yerə aparılmadan dəfn edilərsə, hörmətsizlik olmazsa, və başqa bir maneə də olmasa, qəbri açıb meyyitin bədənini çıxarıb müqəddəs yerə apara bilərlər. Hətta bu halda qəbri açıb cənzəni aparmaq vacibdir.


Oxunub: 1981

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı