www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Suların hökmləri

Məsələ 44: On üçüncü məsələdə mə’nası aydınlaşdırılan muzaf su, nəcis bir şeyi paklamır, onunla dəstəmaz və qüsl almaq da batildir.

Məsələ 45: Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasat dəysə, nəcis olur. Amma təzyiqlə nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə dəyən qismi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır.

Məsələ 46: Əgər nəcis olan muzaf su, kürr və ya axar suya, artıq ona muzaf su deyilməyəcək şəkildə qarışırsa pak olar.

Məsələ 47: Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su kimidir, yə’ni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yə’ni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir.

Məsələ 48: Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu mə’lum olmazsa, nəcasatı paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Ona bir nəcasat dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, vacib ehtiyat olaraq nəcis olur.

Məsələ 49: Qan və sidik kimi nəcasatın dəyməsi ilə bir suyun qoxu, rəng və ya dadı dəyişirsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun qoxu, rəng və ya dadı onun xaricində olan bir nəcasat vasitəsilə dəyişirsə, məsələn; suyun kənarında olan murdar olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, lazım ehtiyata görə nəcis olur.

Məsələ 50: Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində qoxu, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın.

Məsələ 51: Nəcis bir şeyi kürr və ya axar su içərisində paklasalar, onun pak olduğu yuyulmadan sonra ondan tökülən su pakdır.

Məsələ 52: Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir.


Oxunub: 2144

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı