www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Dəstəmazın hökmləri

Məsələ 298: Dəstəmazın əməllərində və şərtlərində (suyun pak olması və qəsbi olmaması kimi) çox şəkk edən şəxs gərək öz şəkkinə e`tina etməsin.

Məsələ 299: Dəstəmazının batil olub-olmadığında şəkk edərsə, dəstəmazın batil olmadığını əsas götürməlidir. Amma əgər bövldən sonra istibra etməmiş dəstəmaz almış olsa və dəstəmazdan sonra ondan bövl olub-olmadığını bilmədiyi bir nəmlik zahir olsa, dəstəmazı batildir.

Məsələ 300: Bir şəxs dəstəmaz alıb-almadığı barədə şəkk edərsə, dəstəmaz almalıdır.

Məsələ 301: Dəstəmaz almasını bilən şəxsdən bir hədəs baş versə, misal üçün, bövl etsə, o da hansının əvvəl olduğunu bilməsə, onda bu, namazdan əvvəl olsa gərək dəstəmaz alsın. Əgər namaz əsnasında olsa, gərək namazı tərk edib dəstəmaz alsın, əgər namazdan sonra olsa, qıldığı namaz səhihdir, amma sonrakı namazlar üçün dəstəmaz almalıdır.

Məsələ 302: Əgər dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəstəmaz üzvlərinin bə`zi yerlərini yumadığını və ya məsh etmədiyini yəqin edərsə, əgər çox vaxt keçdiyindən o yerdən öncə olan yerlərin rütubəti qurumuşsa, yenidən dəstəmaz almalıdır. Ancaq qurumamış olsa və ya havanın isti olması və buna bənzər bir səbəb üzündən qurumuş olsa, yadından çıxardığı yeri və ondan sonrakı yerləri yumalı və məsh etməlidir. Dəstəmaz aldığı zaman bir yerin yuyulmasında və ya məsh edilməsində şəkk edərsə, yenə də bu qaydaya əməl etməlidir.

Məsələ 303: Əgər namazdan sonra dəstəmaz alıb-almamasında şəkk etsə, namaz səhihdir, lakin sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

Məsələ 304: Əgər namaz əsnasında dəstəmaz alıb-almadığında şəkk edərsə, ehtiyat vacib görə dəstəmaz alıb, yenidən namaz qılması gərəkdir.

Məsələ 305: Namazdan sonra, dəstəmazının batil olmuş olduğunu bilərsə, amma namazdan qabaqmı, yoxsa sonramı batil olduğunda şəkk edərsə, qıldığı namaz səhihdir.

Məsələ 306: İnsanda yaranan bir xəstəlik üzündən ondan damla-damla bövl gəlirsə və ya ğaitinin çıxmasının qarşısını ala bilmirsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağına yəqini varsa, namazı fürsət tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın vacibinə yetəcək qədər olsa, fürsət tapan kimi namazın yalnız vaciblərini yerinə yetirməli, azan, iqamə və qunut kimi müstəhəbb olan şeyləri tərk etməlidir.

Məsələ 307: Əgər dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər bir fürsət tapırsa və namaz əsnasında bir və ya bir neçə dəfə ondan bövl və ya ğait xaric olursa, lazım ehtiyat olaraq bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan bövl və ğait üçün dəstəmazını təzələməsi lazım deyil.

Məsələ 308: Bövl və ya ğaiti dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmayacaq şəkildə ardıcıl xaric olan şəxsin bir neçə namazı üçün bir dəstəmaz kifayətdir. Amma əgər yuxu kimi ayrı bir səbəbdən dəstəmazı pozulsa, yaxud bövl və ğaiti təbii şəkildə xaric olsa, bir dəstəmaz bir neçə namaz üçün kifayət etməz. Amma hər namaz üçün bir dəstəmaz alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün ayrı bir dəstəmaz alması lazım deyil.

Məsələ 309: Bövl və ya ğaiti ardıcıl olaraq çıxan şəxsin dəstəmazdan sonra dərhal namaz qılması lazım (vacib) deyil: Amma daha yaxşı olar ki, dərhal qalsın.

Məsələ 310: Bövl və ya ğaiti ardıcıl xaric olan kimsənin namazdan başqa vaxtda olsa belə, dəstəmaz aldıqdan sonra Qur`anın yazılarına toxunması caizdir.

Məsələ 311: Bövlü damla-damla tökülən şəxs namaz üçün içində pambıq və ya başqa bir şey olub bövlünün başqa yerlərə yetişməsinin qarşısını alan bir şeylə özünü qorumalıdır. Vacib ehtiyat olaraq namazdan əvvəl nəcis olan bövl məxrəcini ayrıca yumalıdır. Həmçinin ğaitinin xaricə çıxmasının qarşısını ala bilməyən şəxs mümkün olduğu təqdirdə namaz müddətində ğaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Vacib ehtiyat odur ki, əgər əziyyəti yoxdursa, hər namaz üçün ğaitin məhəllini yusun.

Məsələ 312: Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin mümkün olduğu təqdirdə namaz müddətində məsrəfi belə vacib edirsə, bövl və ya ğaitin xaricə çıxmasının qarşısını alması yaxşıdır. Hətta əgər onun xəstəliyi asanlıqla aradan qaldırıla bilirsə, özünü müalicə etdirməlidir.

Məsələ 312: Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin, xəstəliyi zamanında vəzifəsinə uyğun olaraq qılmış olduğu namazlarını sağaldıqdan sonra qəza etməsi vacib deyil. Amma namaz vaxtı keçməmişdən qabaq sağalsa, lazım ehtiyat olaraq o vaxtda qılmış olduğu namazı yenidən qılmalıdır.

Məsələ 313: Yel çıxmasının qarşısını ala bilməyən şəxs, bövl və ya ğaitinin qarşısını ala bilməyən şəxsin vəzifəsinə uyğun əməl etməlidir.


Oxunub: 2226

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı