www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

11. Murdar yemiş heyvanın təmizlənməsi (istibra”)

Məsələ 239: Əgər bir heyvan insan nəcisi yeməyə adət etsə, onun sidiyi və nəcisi murdar olar. Belə bir heyvanın əti də haramdır. Onu paklamaq üçün pak şeylərlə qidalandırmaq lazımdır. Belə ki, artıq o “murdar yeyən heyvan” adlandırılmasın. Belə bir qayda ilə heyvanın paklanması “istibra” adlanır. İstibra müddəti dəvə üçün qırx gün, inək üçün otuz gün, qoyun üçün on gün, ördək üçün beş gün, ev toyuğu üçün üç gün müəyyənləşdirilmişdir. Murdarla qidalanan başqa heyvanların üzərindən o ad götürülənədək onları pak qidalarla qidalandırmaq lazımdır.

Məsələ 240: Bə’zən fabriklərdə ev quşlarının qidasına toz şəklində qan qatılır. Belə ki, toyuğun əti bu qida ilə artır. Bu sayağı qidalanan toyuqların əti və yumurtası haram deyil, rütubəti murdar sayılmır. Amma yaxşı olar ki, belə bir toyuqdan və onun yumurtasından pəhriz edilsin.

Məsələ 241: Əgər heyvan, başqa murdardan yeyərsə bu qidalar onun sidiyini və nəcisini murdar etməz. Belə bir heyvanın əti də haram deyil. Yalnız donuz sidiyi ilə qidalanıb inkişaf edən heyvanın əti haramdır.


Oxunub: 1611

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı