www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Nəcasətin sübut olunma yolları

Məsələ: 122. Hər bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar:

1) Şəxsin özü bir şeyin nəcis olmasına yəqin etsin və arxayın olsun.Əgər bir şeyin nəcis olmasına güman etsə, ondan çəkinməsi lazım (vacib) deyil. Buna əsasən, bir şəxs, şər`i hökmlərə (paklıq- nəcasət məsələlərinə) e`tinası olan, paklığa riayət etməyən şəxslərin yemək yediyi kafe və mehmanxanalarda verilən yeməyin nəcis olmasına arxayınlığı olmasa, o yeməkləri yeməsinin eybi yoxdur.

2) Yalan danışmaqda müttəhim olunmayan bir şəxsin, öz ixtiyarında olan hər hansı bir şeyin nəcis olduğunu deməsilə. Məsələn, insanın, yalan danışmaqla müttəhim olunmayan xidmətçisi, həyat yoldaşı və külfəti ixtiyarında olan bir qab və yaxud hər-hansı bir şeyin nəcis olmasını desin.

3) İki nəfər ədalətli kişi "bu şey nəcisdir" desin. Hətta əgər bir nəfər ədalətli şəxs və ya ədaləti olmasa da, siqə (e`timadlı) hesab olunub sözünün əksi güman olunmayan şəxs bir şeyin nəcis olduğunu desə belə, həmin şeydən çəkinmək lazımdır.

Məsələ: 123. Məsələni bilməməzlik ucbatından şəxs bir şeyin pak və ya nəcis olmasını bilməsə, məsələn, qanın nəcis olub- olmadığını bilməsə, gərək məsələsini soruşsun. Məsələni soruşub öyrənmədiyi vaxta qədər ehtiyat etməlidir. Ancaq məsələni bilə-bilə, hər hansı bir şeyin nəcis və yaxud paklığında şəkk etsə, məsələn, şəkk etsə, ki, bu şey qandır, ya yox və yaxud bir mayenin qan olduğunu bildiyi halda insan, yoxsa ağcaqanad qanı olduğunu bilməsə, pakdır və bu surətdə soruşmaq lazım (vacib) deyil.

Məsələ: 124. Şəxs nəcis bir şeyin sonradan pak olub-olmamasında şəkk etsə, nəcisdir. Əgər pak bir şeyin sonradan nəcis olub-olmamasında şəkk etsə, pakdır. Hətta əgər onun nəcis və ya pak olmasını öyrənməyə qadir olsa da, axtarış aparması lazım (vacib) deyildir.

Məsələ: 125. Hər ikisi ixtiyarında olan iki qabdan və yaxud iki paltardan birinin nəcis olmasını bilən şəxs, hansının (dəqiq şəkildə) nəcis olmasını bilməsə hər ikisindən gərək çəkinsin. Lakin istifadə etdiyi paltarla istifadəsindən kənarda olan paltarın ikisindən birinin nəcis olmasını bilməsə, öz paltarından çəkinməsi lazım deyil.


Oxunub: 1732

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı