www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Pak şey nəcis olur?!

Məsələ: 126. Əgər pak bir şey nəcis bir şeyə dəysə və hər ikisi, yaxud biri, yaşlığın birindən digərinə keçəcək həddə yaş olsa, pak şey də nəcis olar. Əgər yaşlıq digərinə keçməyəcək qədər az olarsa, pak şey nəcis olmaz.

Məşhur budur ki, nəcis şey mütləq şəkildə nəcis edəndir. Lakin bu hökm nəcis şeyə toxunan birinci şeydən başqa yerlərdə, az sudan qeyri şeylər və digər mayelərə dəysə, məhəlli-işkaldır və nəcis bir şeyin ikinci və üçüncü vasitədə (bir şey nəcis şeyə toxunub nəcis olur, ikinci şey də birinciyə, üçüncü də ikinciyə toxunur, bunlara vasitə deyirlər, red.) mütənəccisə toxunan şeylərdən çəkinməkdə ehtiyata əməl etmək tərk olunmamalıdır.

Məsələ: 127. Əgər pak bir şey nəcis bir şeyə dəysə və şəxs hər ikisinin və ya onlardan birinin yaş olub-olmamasında şəkk etsə, pak şey nəcis olmaz.

Məsələ: 128. Əvvəlcədən nəcis olması mə`lum olmayan iki şeydən hansı birinin nəcis hansının pak olması bilinmədikdə əgər pak bir şey yaş halda onlardan hər hansı birinə dəyərsə, nəcis olmaz.

Məsələ: 129. Torpaq, parça və bu kimi şeylərin yaşlığı (rütubəti) sirayət edəcək miqdarda olarsa, nəcisin ona dəyən qədəri nəcis, digər yerləri isə pak olar. Xiyar, qovun-qarpız kimi şeylər də bu cürdür.

Məsələ: 130. Şirə, yağ və bu kimi şeylər üstündən müəyyən qədər götürüldükdə yeri dolursa, bir nöqtəsi belə nəcis olsa, hamısı nəcis olar. Lakin üstündən götürüldüyü zaman yeri boş qalırsa, sonradan (tədriclə) dolmağına baxmayaraq, yalnız nəcis dəyən yeri nəcis olar. Məsələn: siçanın fəzləsi ona düşsə, onun düşdüyü həmin yer nəcis, qalanı isə pakdır.

Məsələ: 131. Milçək və onun kimi heyvanlar yaş olan nəcis bir şeyin üzərinə qonaraq sonra yaş olan pak bir şeyin üzərinə qonarsa, insan nəcasətin heyvanla yanaşı olduğunu bildiyi surətdə pak şey nəcis olur. Əgər bilməsə, pakdır.

Məsələ: 132. Bədənin tərləmiş olan yeri nəcis olsa və tər o yerdən başqa yerə axsa, tər dəyən hər bir yer nəcis olur. Əgər başqa yerə axmasa, bədənin qalan yerləri pakdır.

Məsələ: 133. Burun və boğazdan gələn qatı bəlğəmdə qan olarsa, qanlı hissəsi nəcis, qalan hissəsi isə pakdır. Əgər ağız və burunun çöl tərəfinə dəysə, insanın bəlğəmin nəcis yerinin dəydiyinə yəqin etdiyi miqdar nəcisdir. (Bəlğəmdəki) nəcis yerin oraya dəyib- dəyməməsində şəkk etsə, o yerlər pakdır.

Məsələ: 134. Altı dəlik olan aftafa nəcis yerə qoyularsa və ondan az az sızan su onun altında yığışaraq aftafanın suyu ilə eyni sayılırsa, aftafanın suyu nəcis olar. Lakin aftafanın suyu təzyiqlə çıxarsa, nəcis olmaz.

Məsələ: 135. Əgər bir şey bədənə daxil edilərək nəcisə dəyərsə və çıxarılanda nəcisə bulaşmış olmazsa, pakdır. Əgər imalə aləti, yaxud onun suyu ğaitin məxrəcinə daxil edilsə, yaxud iynə, bıçaq və s. kimi şəxsin bədənə daxil edilsə, çıxarıldıqda nəcasətə bulaşmış olmazsa, nəcis deyildir. Həmçinin, ağız və burun suyu da eynilə; daxildə qana dəymiş olsa da çıxanda qana bulaşmış olmasa nəcis deyildir.


Oxunub: 1738

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı