www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Edilmiş tövbə pozularsa nə etmək lazımdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Peşman olub, yenidən tövbə etmək və bir daha günah etməmək qərarına gəlməlisiniz. Başqa vacib olan bir şey yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, mən Namazda yaddan cıxmış səcdənin və ya təşəhüdün qəzasını bu cür yerinə yetirirəm: məsəl üçün əgər ikinci rükətdə təşəhhüdü unutsam, əgər yeri keçibsə Namazı qurtarandan sonra təşəhhüdü deyirəm, sonra da səhv səcdəsi edirəm yaddan cıxmış secdenin qəzasında elə edirəm, bu cür düzgündümü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Qadının əri ona xəyanət edib. Ərsə dini nigaha inanmıyan biridi.Qadınn haqqı varmı ərindən boşansın?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, qadının bu haqqı yoxdur. Çıxılmaz vəziyyətdə belə şəri hakimə (müctehid və ya nümayəndəsinə) müraciət etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qadın kişisindən boşandığını zənn edib başka bir kişi ilə zina edir.Sonradan məlum olur ki qadın kişisindən boşanmayıb.Həmin qadın nigahını geri oxuttuqdan sonra zina etdiyi kişi ilə ailə qura bilərmi.Çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən, bir-birinə əbədi olaraq haram olurlar və evlənə bilməzlər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Kişi və qadın evləndikdən 3 il sonra nigah kəsdirir.Qadın əri onu aldatdığı üçün ondan ayrılır.1 il ayrı qaldıqdan sonra qadın təkrar ərə gedir və qadın ikinci ərinə onun kəbinini geri oxutmaq üçün mollaya göndərir .Mollada oların kəbinin geri oxuyub təkrər ikinci əri ilə onun kəbinini kəsə bilərmi iddə müddəti bitmədən.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qadın, birinci ərinin əqdində ola ola ikinci şəxslə yaxınlıq edibsə ikinci şəxs və qadın ehtiyat-vacibə əsasən bir-birinə ömürlük harmdırlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Gecə Namazındakı vitir Namazının qanutunda 70 dəfə istiğfar 70 dəfə haza məqamul... 300 dəfə əl əfvı demək vacibdimi yoxsa bunların yerinə istədiyimiz zikirləri deyə bilərikmi 2)Gecə Namazının asan variantı varmı və necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Gecə namazının tam savabını əldə etmək istəyirsinizsə qeyd olunanlara tam əməl etmək lazımdır.

2.Adi şəkildə 2 rükətli namaz qıla bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər ət məhsullarının işçiləri və ya bu yerləri araşdıran möminlər məhsulların halal olduğuna zəmanət versələr onlara inanmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xatircəmlik hasil olursa, olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, yarasa ve ilan əti yemək halaldır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Balığı halal yolnan kəsmək lazımdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Balığın halal olması üçün sudan diri olaraq çıxması və sudan kənarda ölməsi kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Xanimin öz şəklini sosial şəbəkələrdə üzü görünməsə də paylaşması icazəlidirmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu cür işlər adətən fəsada və günaha gətirib çıxartdığından çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Adətən Rüku və səcdə edərkən bel nahiyəsinin müəyyən qədər açığ olması hətta az olsa belə bədən görsənirsə və bunun qarşısı bilə bilə alınmırsa namaz batil olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, batil olmur. Lakin yaxşı olar ki, örtülsün.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Yoldaşımın mənə xəyanətini bilib, ağlayıb, pis olub, əsəbləşib, Allaha and dişdim ki, bağışdamıyacam, amma anrımı pozdum buna kəfarə düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əsəbi halda içilən andlar and olaraq hesab olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kitab oğurlamaq və yandırmaq günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oğurluq haramdır, lakin kitabı yandırmağın özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam .Qadın ərindən 6 ay ayrı qaldıqdan sonra ərinə deyir ki məni boşa əridə onu boşuyur və qadın iddə müddəti bitmədən başka kişiylə cinsi yaxınlıq edir .sonra qadın yaxınlıq etdiyi kişiylə evlənib onun nigahına girə bilərmi.?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən, zina etmiş qadın və kişi bir-birinə əbədi olaraq haram olurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Quranı transkripsiya ilə oxuya bilərikmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Zina etməyib də istimna etmək olarmı? 2.Yuxuda bilmədən şəhvət hissi ilə xaric olunan məni haram sayılırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.İstimna hər bir halda haramdır.

2.Haram sayılmır, lakin nəcisdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Bu bayramı keçirmək İslamda olar ya yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu bayramı qeyd etməyin özü-özlüyündə haramlığı yoxdur, lakin islamın əleyhinə olan ain və əməllərdən çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Şam ve İşa geçikdikden sonra hansı niyetle qılaq?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gecə yarısına qədər əda niyyəti ilə, gecə yarısından sonra sübh azanına qədər "ma fi zimmə" (boynumda olan) niyyəti ilə qılmaq lazmdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum ağa vacib Namazların qunutunda 70 dəfə əstəğfirullahə rəbbi və ətubu iləy demək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, saqqalım bir az artıb, qırxmaq istəmirəm. Evdə valideynlərim görən kimi deyirlər qırx. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vlideyninizə itaət etmək vacibdir. Haram olmayacaq qədər qırxmağınızın maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı