www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. 1) Uzun dırnaqla namaz qılmaq olar(təqribi 1.5-2 sm )? 2) Oğlan uşağının qırmızı köynək geyinməsi haramdır ? yoxsa sadəcə bəyənilmir ? Öncədən Təşəkkürlər.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Dırnağın uzun olması namazı batil etmir.

2. Haram deyil. Lakin mömin şəxs özünü gözdən salan və ehtiramını aradan aparan işlər görməməlidir. Əgər qırmızı köynək geyinməsi buna səbəb olarsa geyinməməlidir. Əks halda maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Əyər bir qadın həyat yoldaşına xəyanət edirsə və bunun adını ehtiyac üzünnən olduğunu deyirsə kişi öz qadının talaqını mütləq verməlidir yoxsa həyat yoldaşı tövbə eliyib düz yola gələnə qədər səbr eləməlidir? Bir şərtlə ki,onunla yaxınlıq eləməsin.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Təlaq vermək kişinin əlindədir və istəsə qadına təlaq verə bilər. Və səbr etməsi vacib deyil. Və mümkün olarsa onu bu işdən çəkindirməlidir.

Təşəkkürlər.
Sual: Salamun Aleykum sualim XAMNEYI AgAYDi ALLAHiN Salami olsun Uzerinize men bilmek isdeyirem indi zamanda Lazere getmek Icazelidi ya yox
Cavab: Aleykum salam

Ayətullah Xamenei-dəftərxana:

Əgər haram baxış kimi başqa bir harama səbəb olmayacaqsa öz-özlüyündə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Oruc kəffarəsi olan şəxs müstəhəb oruc tuta bilərmi?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Kəffarəsi olan şəxs müstəhəb oruc tuta bilər. Amma kəffarə ilə yanaşı qəza orucu da varsa müstəhəb oruc tuta bilməz.

Təşəkkürlər.
Sual: Salamun Aleykum.eger kebin olubsa amma toy olmuyubsa qadin kisiye halal sayilir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, halal sayılır.

Təşəkkürlər
Sual: Salam. Şalvarımın balağına it toxunsa həmən şalvarnan namaz qılmaq olar? Yoxsa hansısa şərtləri var?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər itin bədəni yaxud şalvar yaş idisə şalvar nəcis olmuşur və namaz üçün paklanmalı və ya dəyişilməlidir. Əgər hər ikisi quru idisə şalvar nəcis olmur və onunla namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Salam cenabet qusulun nece muddete almag olar ve eyer qusul gec alinarsa keffaresi var ?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər qüslda çox şəkk edirsizsə şəkkinizə etina etməməlisiz və normal və şəkk etməyən şəxslər kimi hərəkət etməlisiz. Hətta müəyyən bir üzvü yuyarkən bəzi hissələrini yumağınıza şəkk etsəz belə şəkkinizə diqqət etməməli və həmin yeri yuduğunuzu qəbul etməlisiz. Qüsl almaq çox vaxt alarsa kəffarəsi yoxdur lakin israf həddinə çatarsa qüsl alan şəxs haram iş görmüş olur amma qüslu səhihdir.

Təşəkkürlər.
Sual: Salam ağa.sizə canım qurban bir xahişim var zəhmət olmasa mənim sualıma cavab verəsiniz mənim yoldaşım içki düşkünüdü üzür istəyirəm iki evladım və mən namaz qılırıq bir otaqlı evim var birdən diksinirəm evdən elə bilirəmki namaz qaldıqım yer temiz deyil ürəyim partlayır amma yenədə qılıram mənim namaz qıldıqımız namaz ve oruç qebul olur? Birdən mən imkansızam mənə yaxınlarım günahkar kimi davranır ki mənim duaların qəbul olmur ona göre əziyyət yoxsulçuluq çəkirəm bəziləri mənə küsülü kimi davranır deyirlərki sən heçnə arzulama heç biri olmur bir müdət özümə qapandım. Amma ALLAHA ve Ehlibeytə sevgim hədsizdir yəni mən günahkaram deyin belə yoxsulçuluq əziyyət çəkirəm qurban olum ağa mənə cavab verin
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Üzüm şərabından (çaxırından) distillə üsulu ilə alınan spirtdən başqa spirtin bütün növləri pakdır. Həmçinin araq da pakdır. Bundan əlavə, müəyyən bir yerin nəcis olmasına elminiz yoxdursa həmin yer pak hökmündədir.

İkinci sualınız şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam sualım budur qaynaq kiprik etdirmək olar ? Desdamaz sayılır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Kiprik qaynağı suyun insanın öz kipriklərinə çatmasına mane olursa dəstəmaz səhih deyil.

Təşəkkürlər.
Sual: Salam. Men namaz qiliram ve sevgilim var. Müveqqeti kebn etmek ucun qizin atasinin halalligi olmalidir. Lakin atasi bilmir heleki bu meseleni. Men onla el ele tutmaq ucun ne etmeliyem? Ve eger muveqqeti kebn etmek ucun dul bir qadin yoxdursa heyatimda ve ya ele bir adam tapmaq cetindirse men ne etmeliyem? Aylarnan ve ya uzun muddet ehtiyacimi odemeden qalmaliyam yoxsa hansisa bir yolu var?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bakirə xanımla istər müvəqqəti istər daimi nikah bağlamaq üçün atasının və ya ata tərəfdən babasının icazəsi olmalıdır. Əks halda vacib ehtiyata əsasən nikah batildir və onunla əl-ələ tutmaq və s. haramdır. Və əgər daimi və ya müvəqqəti nikah üçün şərait yoxdursa namaz qılmaq, oruc tutmaq və dua edib Allaha sığınmaqla günahdan uzaqlaşmaq lazımdır.

Təşəkkürlər.
Sual: İte el surtmek desdemazi pozur ya yox
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

İtə əl vurmaq dəstəmazı batil etmir. Lakin ona toxunan şəxsin əli və ya itin bədəni yaş olarsa əli nəcis olur.

Təşəkkürlər.
Sual: Salam,bilmək istərdim dayı oğlunun 16, bibi qızının 11 yaşı var,onun yanında hicabsız gəzmək caizdirmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Caiz deyil.

Təşəkkürlər.
Sual: Salam. Boynunda cənabət qüslu olaraq cənabət qüslu əvəzinə təyənnüm edikdən sonram namazı qıdıqdan sonram su tapıldıqda cənabət qüslu edib o qilınan namazı yenidən qılmaq vacibdır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər vaxt çıxmadan əvvəl suyun tapılacağını bildiyi halda təyəmmüm edib qılmışdısa gərək qüsl edib yenidən qılsın. Amma suyun tapılacağını bilmirdisə təyəmmümlə qıldığı namazı səhihdir və su tapılandan sonra yenidən qılmağa ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Əssəlamu Aleykum necəsiniz? Əvvəlcədən təşəkkür edirəm və Allah razı olsun. Ayətullah Xamenei ağanın məhərrəmlik məclislərində baş yarmağ və qəmə vurmağa münasibəti necədir? İn şə Allah cavablandırarsız sual şər’i olmasa da.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qəmə vurub baş yarmaq icazəli deyil.

Təşəkkürlər.
Sual: QEZA NAMAZLARMIZI NECE HESABLAYAQ? SADE YOLLA DEYERSIZ ZEHMET OLMASA
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Yadınızda olan az miqdarı yerinə yetirsəniz kifayətdir. Məsələn, 10 gün yoxsa 12 günün qəza namazı arasında şəkk edirsizsə 10 günün qəza namazlarını qılsanız kifayətdir.

Təşəkkürlər.
Sual: Sevdiyin bir naməhərm qadınla telefondan əlaqə saxlamağın hökmü nədir
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər günaha düşmək qorxusu varsa (istər hal-hazırda istərsə də tədricən) icazəli deyil. Məsələn, yalnız ər-arvad arasında danışılan sözlər danışsalar və ya bir-birinin səsinə ləzzət qəsdi ilə qulaq assalar icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Aleykum və Rəhmətullah. Namazda şeytanın vəsvəsələrindən qorunmaq üçün nə edə bilərəm?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər məqsədiniz çox şəkk etməkdirsə vəzifəniz budur ki, şəkkinizə etina etməyəsiz və həmişə əməlinizin düzgün olmasını qəbul etməlisiz.

Təşəkkürlər.
Sual: Salam Aga.Bir cavan uşaq namaz qilir,oruc tutur,Quran oxuyur. Atasi ona deyir ki namaz qilma,bir sözlə ibadət eləmə,övladini quran oxuyarkan görəndə əsəbləşir. Eyni sözü həyat yoldaşında deyir Belə bir halda Həyat yoldaşı və övladi nə etməlidir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xanım və övladı gərək ibadətlərini yerinə yetirsinlər və kimsənin onların ibadətlərinə mane olmaq haqqı yoxdur.

Təşəkkürlər.
Sual: Salam qızlarda həddi buluğ yaşı hicri qəməri ilə hesablanır ya adi qaydada
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Hicri-qəməri təqvimi ilə hesablanmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Sualima gorə qabaqcadan uzir isdiyirəm İkidəfə doqulmamis usaqim inkisafdan qalib deyə 5_6 ay hamilə qalmaqa icazə yoxdu İsbiral qoydurmusam Və 6 gun normal aybasi gorub 4_5 gun pak olub təzdən aybasina oxsar adət gordum İsdiazə vəya aybasi olduqna necə qərar verə bilərəm Qabaqcadan təsəkkurlər
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İki heyz arasında ən az 10 gün fasilə olmalıdır. Əgər birinci heyz tamam olandan sonra 10 gün keçməmiş qan gələrsə əgər yara qanıdırsa heç bir qüsla ehtiyac yoxdur. Sadəcə bədəni və libası paklayıb dəstəmazla namaz qılmaq lazımdır. Amma yara qanı deyilsə istihazə hökmündədir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı