www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam mənə verilən hədiyyə pulla illik pulum qarışıb. Xərcləyəndə bilmirəm hansından xərcləmişəm. Xüms verəndə ümumi qarışmış puldan xüms çıxarmalıyam ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hədiyyə pulun xümsu vacibdir. İstər qarışmış olsun, istər qarışmamış.

Allahdan uğurlar diləyirik!
Sual: Səlamun. İndiki dövrdə şahmat oynamaq haram sayıllırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, namazda təsbihat-ərbəni dedikdən sonra dua məqsədi ilə "əstəğfirullah" demək namazi batil edirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hər dəstəmaz almaqçun ayaqları yumaq vacibdimi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İmam Əlidən (ə) birbaşa olaraq övlad istmək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bu iş, Allahı nəzərə alınmadan, İmam Əliyə (ə) mütəqil şəkildə qüdrət təsəvvür olunaraq yerinə yetirilsə, haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Həddi buluğa çatmış 16 yaşda bir gəncin istimna etməməsi vacibdirmi? 2.Ayaq üstə su içmək olarmı? 3.Ümumiyyətlə musiqi haramdırmı? 4.Namaz qılan bir gənc Namaz qılmayan bir xanımla ailə həyatı qura bilərmi? 5.Bəzən yuxuda olarkən şəhvət hissi keçirib oyanırsan, görürsən ki alt paltarın mənidir. O haram sayılırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.İstimna hər bir halda haramdır.

2.Müstəhəbdir ki, su axşam oturaraq, günorta isə ayaq üstə içilsin.

3.Həm halal, həm də haram musiqilər mövcuddur.

4.Bunun özü-özlüyündə bir problemi yoxdur.

5.Haram deyil, lakin nəcisdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Üstündə Allah Sözü Yazılan boyunbağıyla ayaq yona girmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Allahın adı dəstəmazsız olaraq bədəninizə dəyməsi icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cinsi əlaqə zamanı məni (sperma) xaric olmazsa qüsul vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər kişinin övrəti dəllək kəsənə qədər daxil olubsa qüsul vacib olur, məni xaric olmasa belə.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Üçüncü murdar olan bişey özü artıq murdaredici sayılmır elədirmi? Yəni üçüncü murdar olmuş bir əşya əlimizə dəysə əlimiz murdar olmayacaq elədirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr çoxaldığı halda nəcis olmur. Məsələn: sağ əl sidik dəyməsi nəticəsində nəcis olarsa və təzə bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir paltara dəyərsə, o paltar da nəcis olur. Amma o paltar ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tövbə edən şəxsin tövbə namazı qılmağı vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, vacib deyil. Peşmançılıq və bir daha günahı təkrarlamamaq kifayət edir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Mənim 20 ildən çox qəzam var, hər gün vacib namazlardan əlavə qəza namazı da qılıram. Gecə namazı qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, bunun şəri cəhətdən problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1. Mənim sol ayağımda qan var idi. Onu yudum və təmizləndi. Amma bir az qırmızılıq qaldı. Nə qeədər çalışsam da təmizlənmir. Və bu halda qüsul aldım. Bu qüsul səhihdirmi? 2. Qüsul aldıqdan sonra bədənimdə bədənə yapışmış tük gördüm. Mən qüsulu yenidən almalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədənə çatmasına manedirsə qüslunuz səhih deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadın kəbini geri oxunmamış başa bir kişi ilə müvəqqəti və ya daimi nikaha girə bilməz. Bəs əgər o qadının əri ilə kəbini heç olmayıbsa , onda necə?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər kişi ilə qadın arasında dövlət və ya dini cəhətdən kəbin olubsa bu kəbinlər pozulmamış və bu ər-arvadın ürfdə ayrıldıqları bəlli olmayana qədər qadın yeni ailə həyatı qura bilməz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam dövlət iş yerindən bilmədən icazəsiz olaraq gətrdiyim ləvazimatları nə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Geri qaytarmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. Siqt olunan uşağın diyəsi nə qədərdir? 2. Reybə sözündə məqsəd nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Rüşeyim uşaqlıqda qərarlaşandan sonra, 40 gün müddətində spermadır. Onu saldırmağın diyəsi bu müddətdə 20 misqal şərii qızıl sikkədir ki, hər misqal on səkkiz nöxuddur. Ondan sonra 40 gün ələqə yəni laxtalanmış qandır və onun diyəsi 40 misqaldır. Sonra, 40 gün muzğə yəni ət parçasıdır ki, onun diyəsi 60 misqaldır (bura kimi dörd aylıq olur). Ondan sonra sümük formasında olur və onun diyəsi 80 misqaldır. Sonra ət yaranır və insan formasına düşür və onun diyəsi 100 misqaldır. Ruh bədəninə daxil olandan sonra, əgər oğlan olsa, min misqal və əgər qız olsa 500 misqal şərii qızıl sikkədir. Bu deyilənlərin hamılsında əgər hər bir misqal qızılın əvəzinə on dirhəm versələr kifayət edər.

2.Yəni həmin an şəhvətə səbəb olmasa da, sonrada buna səbəb ola bilər. Sonradan yaranan bu hala reybə deyilir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs bir idarə işçisinə təşəkkür məqsədilə hədiyyə verirsə, bunun hökmü nədir? Baxmayaraq ki, idarə işçisi heç bir təmənna olmadan işini yerinə yetirmişdir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müraciət edən şəxslərin iş yerində idarə işçilərinə hədiyyə vermələri təhlükəli işlərdən biridir. Bu işdən nə qədər çəkinsəniz, bir o qədər dünya və axirətinizin xeyrinə olacaqdır. Yalnız bir halda bu hədiyyəni qəbul etmək icazəlidir, o da budur ki, hədiyyə verən şəxs çox təkid edir və idarə işçisi də hədiyyəni qəbul etməkdən imtina edir, nəhayət, hansısa bir şəkildə bu hədiyyəni ona verir. Bundan əlavə, hədiyyəni həmin iş yerinə yetirildikdən sonra verməli və öncədən də heç bir sözləşmə və təvəqqe olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam işlədiyim dövlət iş yerindən ləvazimat gətirmişəm. Bunun problemi varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məsul şəxsin icazəsi olmadan bunu etmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: İstifadəsi heç bir halda caiz olmayan “ləhvi-ləb alətləri” hansı alətlər hеsab olunur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ümumiyyətlə, “ləhvi-ləb”də istifadə olunan və halal mənfəətə malik olmayan alətlər “ləhvi-ləb alətləri” hеsab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Gəlincik və heykəl düzəltməyin, habelə, canlı varlıqların rəsmini çəkməyin – istər bitkilər, istər heyvanlar, istər insanlar olsun – hökmü nədir? Bu əşyaları almaq və satmağın, habelə, qoruyub saxlamaq və sərgilərdə sərgiləməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Heykəl düzəltmək və rəsm çəkməyin, hətta ruhu olan varlıqların olsa belə, problemi yoxdur. Həmçinin rəsm əsərlərini və heykəlləri almaq, satmaq və onları qoruyub saxlamaq icazəlidir. Bu əşyaları sərgilərdə sərgiləməyin də maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun. Üzərimdə pişik tükü olarsa qıldığım namaz düzdürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Azdırsa eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı