www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Yuxudan oyanib alt paltarda şəhvətsiz çıxan spermanı görən şəxs cənabət qüsulu almalıdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sperma olduğuna əmindirsə qüsul almalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1.Qadınlara Yusif surəsini oxumaq olar? 2.Yeni ildə şaxta baba formalı salat tort bişirmeyin eybi varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Olar.

2.Qərb mədəniyyətinin təbliği hesab olunmursa eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Kafirdən boşanan qadın neçə gün iddə gozləməlidir? 2.Əgər bir şəxs imamları və xanım Zahranı təhqir edirsə,kafir sayılırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:

1.Üçüncü heyzi gördüyü zaman iddəsi bitir.

2.Əhli-beyti düşmənçilik səbəbilə söyən şəxs nəcisdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qüsul alarkən qibləyə durmaq olar ya yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. Naməhrəm və ya məhrəm qadınlar, kişilərin qabağında və ya yanaşı (ara məsafə bir zira olmaqla) qalıb namaz qıla bilər? 2.Əgər qadın namaz halında olarsa, bir naməhrəm də orda (qeyri-namaz halında) olarsa bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Kişi ilə qadın arasında 1 qarış məsafə olmalıdır. Bu məsafə qorunarsa qadın ya kişinin irəlidə durmasının fərqi yoxdur.

2.Özü-özlüyündə problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Yeni ili bayram kimi qeyd etmək olarmı? yəni şənlənmək yeyib içmək bu bayrama görə qonağ getmək.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qərb mədəniyyətinin yayılmasına səbəb olmursa özü-özlüyündə icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Bəzi şəxslər öz mülklərini bu şərtlə satırlar ki, bu mülkü həmin müştəridən artıq qiymətə alsınlar. Bu müamilə və alış-veriş düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu alış-veriş sələmli borca nail olmaq üçün bir vasitə olarsa və formal xarakter daşıyarsa, haramdır və etibarsızdır. Amma əgər şəxs öz mülkünü ciddi şəkildə və şəri baxımdan düzgün qaydada satarsa, sonra eyni qiymətə və ya artıq qiymətə həmin müştəridən nəqd və ya nisyə şəkildə alarsa, problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Pərdə olmadığı təqdirdə namazda qadınlarla kişilərin cərgələrinin birləşib-birləşməmə qaydası necə olmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınlar kişilərin arxasında, fasilə olmadan dayansınlar.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs elə bir xəstəliyə tutulsa ki, həkimlər onun sağalacağından ümidlərini üzüb, tezliklə dünyadan köçəcəyini desinlər, bu şəxsin vəfat etməmişdən qabaq ürəyini, böyrəyini və bu kimi həyat əhəmiyyətli bədən üzvlərini götürüb başqa bir şəxsə köçürmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bədən üzvlərinin götürülməsi onun ölümü ilə nəticələnərsə, onun qətlə yetirilməsi hökmünü daşıyır. Əks təqdirdə, əgər onun özünün icazəsi ilə olarsa, problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam qusul alanda başı yuyarken saçlarda bir az yağlılıq olur, ama bu yağlılıq saça vurulan mayelərdən deyil bele olan halda qusulum batildimi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Suyun dərinizə və saçlnıza dəyməsinə manedirsə problemlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın uşağa süd verəndə dəstəmazı pozulur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hamiləliyin qarşısını almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin özü-özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Dəstəmaz alarkən danışmaq olarmı? 2.Zöhr və əsr Namazları sakit səslə qılınmalıdırmı? 3.16 yaşından insan bir naməhrəmlə əlaqə qurub və şəhvətə səbəb olmadan danışıb, görüşə bilərmi? 4.Kişi özündən 5-6 yaş böyük xanımla ailə həyatı qura bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bu iş icazəlidir.

2.Bəli.

3.Günaha düşmək qorxusu, şəhvət və reybə yoxdursa haramlığı yoxdur. Həmçinin zarafatlaşaraq, deyib-gülməyə də icazə verilmir.

4.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Dirnaq uzatmaq olar? 2.Mən dəstəmaz alanda qollarımı 2 dəfə yuyuram. Bunun problemi varmı? 3.Namazda təsbihat-ərbəəni 1dəfə deməliyik yoxsa 3 dəfə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bu işin özü-özlüyündə bir haramlığı yoxdur.

2.Xeyr.

3.Bir dəfə demək vacibdir, amma yaxşı olar ki, 3 dəfə deyilsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən nişanlıyam, kəbinim də var. Nişanlımın məni bir yerə getməyə qoymamağa haqqı var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyaclarınızı valideyniniz tərəfindən ödənildiyinə görə və kəbinli olduğunuz kişi hələ nəfəqə vermədiyinə görə buna haqqı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əs-Salam Aleykə. Əbu Bəkirə Ömərə Osmana lənət oxumaq haramdır sözü sizə aitdir yoxsa yalan deyilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlmanlar arasında vəhdətin pozulmasına səbəb olan işlərdən çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!

Sual: Salam, bir qadın əməliyyat etmək istəyir amma əri icazə vermir. Bu qadının icazəsiz əməliyyat etməsi doğrudurmu?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əməliyyat xanımın sağlamlığı üçün zəruridirsə icazə almadan bunu edə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Rəngsaz işlərdə dəstəmaz üzvlərinə az sayda rəng yapışır. O rəngi aradan aparmaq üçün maksimum dərəcədə müxtəlif vasitələrdən istifadə edirəm. Rəngin qalmadığına tam yəqin olandan sonra dəstəmaz ya qüsul alıram amma namaz əsnasında və yaxud namazdan sonra əllərimdə rəngin qaldığını görurəm. Qılınan namazları təzələmək lazımdır bu hallarda?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər rənglər suyun dəriyə çatmasına manedirsə dəstəmaz yenidən alınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Adət günündən 1ay keçmiş hamilə qadın hamiləliyini dərman vasitəsiylə poza bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hamiləliyin ananın və ya uşağın həyatına ziyanı yoxdursa bətndəki körpəni öldürmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum Namazdan sonra xanım Zəhranın (s) zikrini demək vacibdir? 2.Namaz bitdikdən sonra o zikri edən vaxt dəstəmaz pozulursa onda Namazda batil olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Xeyr.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı