www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Namaz qılınan vaxt ağlamaq, namazı batil etmir ki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Allah qorxusundan ağlamaq batil etmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, bir qadın 2 ildir ərindən ayrılıb, kəbinləri var və qadın talaq istəyir, kişi isə vermir. Qeyd edəkki, qadının ayrılmasına səbəb, kişinin onu döyməsi və söyməsi və zülm etməsi olub. Şəri hakim bunları ayırmaq üçün deyir ki gərək kişi ilə danışım. Halbuki kişi namərdin biridir, hakimlə görüşmür və yalandan prinsipə görə qadına zülm etsin deyə onu boşamır. Bu halda şəri hakim kişi ilə görüşmək mümkün deyil deyə onları ayıra (boşaya) bilər? Qeyd edəkki kişi bu qadınla tam əlaqəni kəsib və qadının ehtiyaclarını həll etmir. Bu halda şəri hakimin kişini dinləmədən onları boşandıra bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu məsələni şəri hakimə müraciət edərək həll edə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam yeni il keçirmek olarmi? Yolka qurmaq icazeldirmj?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər qeyri müsəkmanların mədəniyyətinin yayılmasına şərait yaradırsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam səcdeyi səhv necə qılınır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səcdeyi-səhvin göstərişi belədir ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti etsin və alnını ehtiyat-lazıma əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Ehtiyat-müstəhəb budur ki, səcdədə zikr deyilsin. Daha yaxşı olar bu zikr deyilsin: «Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh». Sonra oturmalı və təkrarən səcdəyə gedib, dediyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra «Əssəlamu ələykum» deməlidir. Buna «Və rəhmətullahi və bərəkatuh»-u da əlavə etməsi daha yaxşıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. Əgər ananın həqiqətən övlada baxmağa nə səhhəti, nə də beyni, nə də maddi vəziyyəti imkan vermirsə, ananın uşağı saldırmağının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Uşağı saldırmaq icazəli deyil, lakin əgər mütəxəssisin göstərişinə əsasən hamiləliyin anaya ciddi ziyanı varsa bətnindəki körpənin bədəninə ruhun daxil olmamışdan öncə uşağı saldırmaq olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər vacib orucun qəzasını tutmuşamsa sonra orucu qəsdən pozmuşamsa mənə 61 gün oruc düşür ya kəffarə verməyim kifayət edər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vacib orucun qəzasını zöhr azanına qədər pozmaq olar. Əgər zöhr azanından sonra pozularsa 10 ac insanı doyuzdurmaq lazımdır. Bunu edə bilməsəniz 3 gün oruc tutmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Hansısa bir naməhrəm qadınla evlənmək fikrin olduqda onunla gorüşmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəhvət və reybə olmazsa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, səhv qiraət edənə, səhvini başa salmaq bizə vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Zöhr namazının ikinci rəkətində, həmd və ixlas sürələrinin əvəzinə səhvən "təsbihati-ərbəə"-ni desək, sonra dərhal həmd və ixlası desək, bu zaman səcdeyi-səhv etməyə ehtiyac var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mən namaza təzə başlayanda dəstəmazda üz və əllərimi namazlarımı qəza etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qollarınızı 3 dəfə tam olaraq yumusunuzsa, yəni hər dəfə suyu hər tərəfə tam olaraq çatdırmısınızsa və buna əminsinizsə dəstəmaznız batil hökmünədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum.1.Mən qonaq gedib həmin evdə namaz qilmışam, lakin həmin ev yiyesi işıq pulu ödəir. Namazların hökmü nədir? 2.Əgər səfərə çıxarkən orucumu vətəni çıxmamış açmışamsa kəffarə gelir. Neçə gün gəlir? Amma qəza yoxsa ramazan orucu olduğu yadımda deyil. 3.ayağa başa məsh çəkəndə əlin barmaqları aralansda ayağın bir hissəsi nəm olmasa ve yaxud başda dəri nəm olmasa dəstemaz düzdür? xamenei
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Təzələməyə ehtiyac yoxdur.

2.Əgər hansı oruc olduğunu bilmirsinizsə qəza orucu kimi dəyərləndiriləcək. Belə olan halda zöhr azanından öncə açmısınızsa kəffarə vacib olmur, zöhrdən sonra açısınızsa 10 acı doyuzdurmalısınız. Bunu edə bilməsəniz 3 gün oruc tutmalısınız.

3.Başa məsh zamanı əgər saçınız həddindən artıq deyilsə dəriyə çatdırmağa ehtiyac yoxdur. Ayağa olan məsh isə 1 barmaq enniliyində olarsa kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər kişi həkim naməhrəm qadını plastik əməliyyat etməkdən ötrü onun bədəninə baxmalı və toxunmalıdırsa, bu baxış və toxunuş caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Plastik əməliyyat xəstəliyin müalicəsi hesab olunmur və belə əməliyyata görə naməhrəmə baxmaq və toxunmaq caiz deyildir. Amma əgər plastik əməliyyat yanığın müalicəsi və bu kimi işlər üçün aparılarsa və həkim xəstənin bədəninə toxunmaq və baxmaq məcburiyyətində olarsa, caizdir.

Allahdan uğurlar diləyirik!
Sual: Qalstuk taxmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ümumiyyətlə, əgər qalstuk taxmaq və qeyri-müsəlmanların geyimi hesab olunan geyimləri geyinmək qərb mədəniyyətinin yayılması ilə nəticələnərsə, caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Bir insanIn naməhrəmlə sevgili olarsa və gələcəkdə evlənmeyi planlaşdırılsa onların ələlə tutuşmaları olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İcazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Sələm, mülki və hüquqi şəxslərə eyni səviyyədə haramdırmı? Yoxsa bəzi xüsusi hallar istisna təşkil edir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sələm, ümumiyyətlə, haramdır. Təkcə ata ilə övlad, arvad ilə ər arasında sələmə icazə verilir. Həmçinin müsəlmanın qeyri-zimmi kafirdən sələm almasına icazə verilir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər pişnamaz işa namazının üçüncü və ya dördüncü rəkətində, məmum isə ikinci rəkətində olsa, məmumun Həmd və Surəni ucadan oxuması vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunan şəraitdə, Həmd və Surəni ahəstə oxuması vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, namaz əsnasında, pişnamazın düzgün qiraət etmədiyini başa düşən şəxsin vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazının niyyətini dəyişərək, fərdi olaraq davam etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Cavad ya Sadiq adlarını qoymaq olar? Bir də qıza mələk adı qoymaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qaşlarım tökülür. Tük əkdirmək istəyirəm günahdı ya yox? Tatu necə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr haram deyil. Tatuaj da özü-özlüyündə icazəlidir, lakin dəstəmaz və qüsula mane olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mənim cəmi 25 malım var. Yemini pulla alıram. Bunlara zəkat düşür?i
Cavab: Salam. Ayətullah Makarim-dəftərxana: Mal-qaranız il boyu çöl otundan otlamayıbsa zəkat vacib olmaz.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı