www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam...bir xanım dünyasını dəyişəndə vəsiyyət edib ki torpaqlar azad olunanda mənim nəşimi yəni bədənimi torpaqlar düşməndən haçan azad edilsə doğulduğum torpağa aparıb dəfn edərsiz...indi onun dəfn olunmasından uzun illər keçib və torpaqlar azad olub ..bu cür vəsiyyəti yerinə yetirmək vacibdirmi?...2-ümumiyyətlə vəsiyyət və zərurət olmadığı halda meyyitin bədəni görunməmək şərti ilə torpaqla bərabər çıxarılıb yerini dəyişmək caizdirmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Qəbri açmaq icazəli deyil.

2. Əgər hər tərəfdən torpaqla əhatəli şəkildə çıxartmaq mümkün olarsa və qəbrin açılmasına səbəb olmazsa caizdir.

Təşəkkürlər.
Sual: Salam Ağa dişi heyvanı qurban kəsmək olar?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam aleykum.Sistani ağanın fətvasına görə əyər araq və spirt pakdırsa onda soruşmaq isdəyirdim paltara düşsə onun yəni arağın və spirtin damcılarınnan həmin palrarla namaz qılmaq olarmı?Yoxsa paltarları yuyub paklamaq lazımdır?Mən Sistani ağaya təqlid elədiyimnən ona görə Sistani ağanın fikri mən çix maraqlıdır.Bilmək isdiyərdim ki,bu araq və spirtin pak olması barədə başqa müctəhiddərin fikri nədir?.Uzun oldusa üzürlü sayın amma sualıma ətraflı cavab yazsaydız minnətdar olardım.Hər halda bizim alimlərimizin fikrinə böyük ehtiyacımız var ki şəriət məsələlərində xətaya yol verməyək.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, o paltarla namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Salam Aga,Məni çox narahat edən bir məsələ var,15 yaşim var,ondan əvvəl bilməmişəm masturbasya haramdır və qüslu qərəkdirir,və nəhayət 14 yaşında bilmişəm,və qüsl almışam,və bəzən şeytan vəsvəsə verir yenə masturbasya edirəm qüslu alib,namaz qiliram, masturbasya edəndə pornoqrafik video ya vaxib masturbasya edirəm,çalişiram bundan uzaq durum. Cənabət qüslü alib namazlarımı qiliram,belə şeylərdən uzaq dururam. Və o günləri bir moizədə eşittim kim oz həmçinsinə meyl etsə və cünub olsa qüsl alsa,dünyanin suyu onu təmizləməz,mən fikirləşdim masturbasya etmişəm,və pornoya baxmışam orda həmçinclərim var onlara baxıb boşalmışam yəni qadin kişi pornoqrafiyasi,mən fikirləşidim əgər qüsl alsan, dünyanin suyu məni təmizləməz? Yəni mən nə etməliyəm masturbasya edib və pornoya baxib boşalmişam , və qüsl alsam qüslum duz deyil? Nanazlarim qəbul olmaz? Xaiş edirəm cavab verəsiz öncədən Allah razı olsun
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qüsl edib namazlarınızı qılmalısız. Həmçinin qüsluz qıldığınız namazlarınızın qəzasını qılmaq vacibdir. Və gərək tövbə edib bu işdən uzaqlaşasınız.

Təşəkkürlər.
Sual: Novruz bayramı etmək düzgündür?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Öz-özlüyündə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam Aga, Deyirler kisi homoseksualliga uz tutsa,və qüsl alsa,dunyanin suyu bu insani təmizləmir yəni hədislərdə belə gəlib,belə bir günaha üz tutan insan,nə etməlidir, əgər dünyanın suyu bunu təmizləmirsə
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Hədislərdə gələn mənəvi təmizliyə işarədir. Belə şəxs tövbə etmədiyi surətdə mənəvi cəhətdən paklanmaz. Amma tövbə edərsə Allah təala onun bütün günahlarını bağışlayar. Zahiri paklıq isə yuyunmaqla hasil olur. Həmçinin qüsl edib namazlarını qılarsa namazları səhihdir.

Təşəkkürlər.
Sual: Salam aleykum ağa.Mənim sualım xümslə bağlıdı.Mən ticarətlə məşğulam və bu ticarəti qurmaq üçün çox miqdarda borc götürmüşəm işlədikcə o borcu hissə hissə qaytarıram hələki.Belə bir halda mən xümsü necə çıxmalıyam?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xums gününüz çatdıqda əlinizdə olan pulunuzu və evdə artıq qalan ərzaqları hesablamalısınız əgər ümumi dəyəri borcunuzla bərabər yaxud az olarsa xums vacib deyil. Amma borcunuzdan çox olarsa borcunuz qədərini ayırıb qalanının xumsunu verməlisiz.

Təşəkkürlər.
Sual: Salam Eleykum..Məndə Bank kartı var.,kartın içinde olan pul banka məxsusdur,yəni mənim deyil.Bu kartın şərti belədir kartdan çıxartığın pulu 40 gün ərzində yerinə qaytarsan heç bir faiz gəlmir,ancaq nəxdləşdirəndə bankomat 1.5% ximət haqqı tutur.,misal üçün 200 man pul çıxartsam 3 manat komisiya tutur.40 gün ərzində 203 manatı qaytarsam heç bir faiz gəlmir.Həmişe 40 güne qaytarıram,faiz gəlmir,ancaq komisiya tutur.Bilmək istərdim ki belə olduğu halda bu puldan xərcləməyin bir işğalı varmı?...İstər ehtiyacım olsun,istər olmasın..Haram sayılırmı?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xidmət haqqına görə alınan pulun maneəsi yoxdur və o kartdan istifadə etmək icazəlidir. Lakin gecikməyə görə artıq pul ödəmək icazəli deyil və haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Eger zohr namazini azan verilen kimi qilinsa ve esr namazi ise oz feziletli vaxtini gozlesek ve bu muddet erzinde ise heyz hali bas verse onda esr namazi qeza sayilir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əsr namazının qəzasını qılmaq o, xanıma vacibdir.

Təşəkkürlər.
Sual: Salam. Turkiyeden alinan deri ayaqqabinin ve ya kemerin istifadesine dair hokm necedi? Bir halda ki o mehsullarin ( ayaqqabi ve ya kemerin) derisinin halal tezkiye olub olmamasini bilmirik. Ve elave o derilerin xaricden alinib alinmadigini da bilmirik. Hansi hedde qeder arasdirma aparmaliyiq ? Tesekkurler.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Pak hökmündədir və onunla namaz qılmaq icazəlidir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Novruz bayramında papaq atmaq icazəlidirmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Qadın və kişiyə Lazer epilyasiya etdirmək olarmı?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Haram baxışa səbəb olan hər bir iş haramdır.

Təşəkkürlər.
Sual: Salam Aga. Bir oğlan 3 dəfə dal ba dal yəni ardicil olaraq masturbasya edibsə,və hər dəfəsində ondan sperma xaric olubsa,qüsl almayib,indi qüslu 3 dəfə almalidir, yoxsa bir dəfə kifayətdir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bir dəfə qüsl etmək kifayətdir.

Təşəkkürlər.
Sual: Salam aleykum.Talaq verəndə deyilir ki qadın heyz halında olmalıdır.Heyz haıında verilən zaman artıq bu iddə müddətinin başladığı 1ci heyz vaxtı sayılr və bunnan sonra da 2 heyz gözləməlidir ki, iddə müddəti başa çatsın?Yoxsa bu heyzdən sonra əlavə 3 heyz gözdəməlidir ki,iddə müddəti başa çatsın?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Təlaq verilərkən qadın heyz halında olmamalıdır. Əksinə heyz tamam olandan sonra və əri onunla yaxınlıq etmədiyi paklıq halında olmalıdır. Və təlaqdan sonra 3 dəfə heyz olması ilə iddəsi tamam olur.

Təşəkkürlər.
Sual: Salam men size sual vermisdim cavabini da aldim eziyyete gore cox sag olun. Amma suali tam aydin yazmadigima gore mene cavabi deqiq olmadi. Menim yoldasim internet isletmeye icaze verir. Yeni ki, whatsappa google ve youtube istifade edirem bunu da bilir. Internete qadaga qoymayib sadece insyaqrami istemir ki men de istifade edim. Sebebi fesada dusmeyime gore deyil sadece qisqanc olduguma goredir ki men hecne gormeyim. Men ise gizlince basqa profil ile onu izleyirem. Bunu bilmek isteyirem ki onu gizlince izlemek ve hemcinin de ki ondan xebersiz sirf instaqrama girdiyim ucun gunahi var?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Hər halda internet yoldaşınıza aid olduğu üçün ondan istifadə etməkdə və istifadənin keyfiyyətində sizə məhdudiyyət qoya bilər. Buna əsasən ondan icazəsiz instagramdan istifadə etməyiniz icazəli deyil.

Təşəkkürlər.
Sual: Qadınların qaş aldırmasının hökmü nədi? Qadın üzürlü səbəb olmadan qaş aldıra bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Şəri baxımdan maneəsi yoxdur. Lakin qadın üçün zinət hesab olunarsa naməhrəmlərdən gizlətməlidir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Bosanmis bir xanimla müvəqqəti nikah edib onunla elaqede olmaq haramdi ya yox? Müvəqqəti nikah deyilen bir sey duzdu umumiyetce?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, müvəqqəti nikah şəri cəhətdən icazəlidir. Və əgər təlaqı verilmiş qadının iddəsi tamam olarsa onunla müvəqqəti nikah bağlamaq olar.

Təşəkkürlər.
Sual: Salam aleykum.O hansı talaqdır ki,2 ya da 3 dəfə dəqiq yadımda deyil qadının talaqını verdikdən sonra təzədən həmin qadınla daimi nigah bağlamaq üçün gərəy həmin qadın başqa birilə nigah bağlayıb və onunla mütləq cinsi əlaqədə olub talaqı verilənnən sonra yenidən əvvəlki kişisinə qayıda bilər?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər kişi öz xanımına təlaq verərsə və iddə halında ona qayıdarsa yaxud iddədən sonra yenidən onunla nikah bağlayarsa və üç dəfə bu şəkildə ona təlaq verərsə üçüncü təlaqdan sonra xanımına qayıda və ya yenidən nikah bağlaya bilməz. Bu halda qadının iddəsi tamam olandan sonra başqa biri ilə nikah bağlayıb onunla yaxınlıq edərsə sonra ikinci ona təlaq verərsə iddəsi tamam olandan sonra birinci əri yenidən onunla nikah bağlaya bilər. Lakin üç dəfə bu proses təkrar olarsa (ümumillikdə 9 təlaq olur) artıq o qadın ona əbədi haram olur.

Təşəkkürlər.
Sual: Salameleykim,bir zamanlar cox her seyden naraziliq eden biri olduqum ucun son vaxtlar yoldasim mene yalan danjsib.Nece yalan?Misal ucun oz qazancindan kimese verib ammadeyib hec kim bilmesin,sonra men puldaki eskikliyi gorende sorusmusam deyib ki he vermisem.Qeyd edim ki oz qazancindan ve ya ishleyir muellimedi,ishe bezen taxi ile getdiyini de bilirem gecikmemek ucun ve icaze de vermisem .Sadece bezen bed xercsen deyirem,ve ya danisiram ,deyinirem,niye taxi ile getdiyi ucun yox ,avtobus ola ola niye taxi ile getdiyi ucun maddi cehetden ,pul ise oz qazancidi,bu zaman bezen menden gizledir.Usaqina doner alir menden gizledir.Bilirem ki sebeb men olmusam.Bele yalanlar ailede soz sohbet olmasin deye olunan yalanlar gunahdirmi? 2.eger ehd baqlayib ydasima soz vermisemse ishleyeceksen ve qarismayacam(muellimedir)bu ehdi poza bileremmi ve pozsam yoldasim razilasma gunah qazanirmi?Ve ya pozmasam her defe gedib gelib deyirem ki gunah mendedi ki sene ishlemeye qoymusam,etdiyim bu yaxsiliqi onun basina vururam gunahdirmi?(eslinde ishlememishden evvel heyatini mehv etdiyimi boynuma aliram amma evveller buna dozurdu,indi ise her seyden kusur,inciyir,men danismasam o da danismir menle evveller bele deyildi.dusunurem sebeb azadliqidi.Amma yene deyirem yoldasima qarsi cox pis reftarim olub) Tesekkur edirem
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Xanımın öz qazancını xərcləməsinə görə sizdən icazə alması həmçinin hara xərclədiyini sizə deməsi vacib deyil. Amma yalan danışmaq hər halda haramdır.

2. Əgər Allahla əhd bağlamısınızsa əhdinizi poza bilməzsiniz. Amma öz-özünüzlə əhd bağlamasızınızsa və ya xanıma söz vermisinizsə sözünüzə xilaf çıxmağınız haram deyil. Hər halda edilən yaxşılığa görə minnət qoymaq yaxşı deyil və əməlin savabını aradan aparır.

Təşəkkürlər.
Sual: Salam Aleykum bilmek isterdim hal hazırda qaldığımız ev atamın haram pulu ile tikilib menim o evde namaz qılmağım namazıma işğalliq getirir o evden çıxıb başqa evdə köçüb qalmaq vacibdir tək halda ata anamı o evdə qoyub çıxa bilərəm
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər evin materialları "kulli fiz-zimmə" olaraq alınıbsa, yəni, onları alarkən haram pulları satıcıya göstərib bu pulla alıram deməyibsə və sadəcə olaraq materialları alıb sonra haram pulla ödəyibsə müamilə səhihdir və sizin o evdə qıldığınız namazlarınız da səhihdir. Lakin atanıza vacibdir ki, haramdan ələ gətirdiyi qədər pulu öz sahiblərinə çatdırsın.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı