www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam olsun menim sualım beleidiki qaşlara son zamanlarda edilən döymə ya microblading günahdı yeni namazı batil edir öncədən təşəkkürlər
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyil lakin ürfün nəzərində qadın üçün zinət hesab olunarsa naməhrəmlərdən gizlətməlidir. Həmçinin dəri altına vurulursa dəstəmaz və qüsla mane olmur.

Təşəkkürlər.
Sual: Salam aleykum. Sualima gore uzr isteyirem amma mecnuram.ki size bu sualo berem. Namaz qilan esnada eger mede yeli ğaitin mexrecinden cixmaq isterse, bedeni sıxıb saxlamaqla ve yeli xaric olmamaga calisiriqsa destemaz pozulurmu? Yeni ki tam emin olunmur ki yel cixdi yoxsa yox. Yeniden destemaz alinmalidir? 2ci. Eger korpe usagin sidikli paltari nemi namazqilan paltara kecerse, bir muddetden sonra quruyarsa, quru halda hemin paltarda namaz qilmaq olar?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. İnsan dəstəmazın pozulmasına şəkk edərsə şəkkinə etina etməməlidir və dəstəmazının pozulmadığını qəbul etməlidir.

2. Həmin paltarla namaz qılmaq icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum Bir kişi qadınlnı çox sevir.Hətta onu neçə dəfə zina etdiyini bilsədə onnan ayrıla bilmir.Həm də ,2 uşaqları var.Bu zaman kişinin öz qadınınnan ayrıla bilməməsində kişiyə bir günah yazılırmı?.Hərçənd kişi dəfələrnən yoldaşını bu yoldan çəkindirməyə çalışıb.Kişi yoldaşınnan ayrılmamaq üçün dinin hansı qaydalarına əsasən yoldaşı və ümumiyyətlə ailəsi ilə qala bilər? Əvvəlcədən təşəkkür edirəm
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Kişinin ondan ayrılması vacib deyil. Lakin hər bir mümkün və şəri yollarla qadını bu işdən çəkindirməlidir.

Təşəkkürlər.
Sual: Dərman tərkibində Etil spirti ( aethanolum) varsa onu qəbul etmək olar?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər müalicə üçün başqa yol yoxdursa icazəlidir. Əks halda caiz deyil.

Təşəkkürlər.
Sual: Salam agala meni deqiq basa salin siz dediniz ki arag pakdir??bu sualimi deqiq basa salin cox xahis edirem
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Araq və spirtin bütün növləri pakdır. Lakin şərabdan (üzüm çaxırından) distillə üsulu ilə alınan spirt nəcisdir.

Təşəkkürlər.
Sual: Salam burda qardaslar var deyirler hezreti yusifi quyudan hezreti eli cixardib .peyxenbermiz meraca gedende meracda peyxenbermize as yeni duyu veribler yemeye perdenin arxasindan bir el cixib peyxenbermizle yeyir bu el gezreti elinin eli olub xahis edirem aciqlayardiz bu ne derecede doxrudur
Cavab: Aleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: 8marta pul hediye edilubse mene..ne hokumdedr..ve haramdisa onu ehtiyaclara vere bileremmi??
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Sizə verilən pul haram deyil. Özünüz istifadə edə bilərsiniz.

Təşəkkürlər.
Sual: Salam..bir nəfər tərkibində şəri təzkiyyə olunmamış heyvanın ödü olan dərmanı müsəlman şəxsə satıb..bu müamilənin hökmü nədir?alqı-satqı düzgün deyilsə satan çəxsin vəzifəsi nədir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər müalicə üçün başqa yol yoxdursa müamilə səhihdir və xəstə olan şəxs o dərmanı istifadə edə bilər.

Təşəkkürlər.
Sual: Salam Aga. Qurani təcvidsiz oxumaq olarmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İxfa, iqlab və idğam kimi bəzi təcvid qaydalarına əməl etmək vacib deyil. Lakin hərflər və hərəkələr düzgün tələffüz edilməlidir.

Təşəkkürlər.
Sual: Salamun aleykum.3qızım var yoldaşın oğul isdiyir Mənə (həkimlər ana atanın doğum tarixiylə hesablayıb hansı ayda oğlan vəya qız olacağın hesab edirlər )həkim koməyiylə hamilə qalmağı məsləhət gorurlər Alaha şirk qoşmağdı deyə qorxuram Bunun şəri cəhətdən muşgulu var?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şəri cəhətdən maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Stolüstü oyunların(domino, nərd, kart, bilyard, loto, dama, şahmat) bu oyunları pulsuz oynamaq vəya kafe açıb orada oynatmaq haramdırmı? Hamısı haramdır yoxsa hansısa halaldır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Sadalanan oyunlar ürfün nəzərində qumar aləti hesab olunarsa haramdır. Əks halda icazəlidir.

Təşəkkürlər.
Sual: Salam.Aganin marketing şəbəkə biznesi haqqında fikri nədir? Ordan əldə olunan qazanc halaldırmı?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Nəzərdə tutulan iş, yeni üzvlər gətirdikcə onların pulundan və ya işindən üzv yığan şəxsin gəlir əldə etməsi sistemidirsə, bu icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam, bu ozun özünü niyə bosaltmaq haramdır bunun səbəbin bilmək istərdim nəyə görə olmaz bizə sorusularki siz deyirsiz haramdı ama səbəbin demirsiz bəs səbəbi nədir bunun Çox Saqqolun Allah Razı Olsun
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Şəri məsələlərin səbəbləri ilə bağlı suallara cavab verə bilmərik. Amma ümumi şəkildə deyə bilərik ki, hər bir fətva müəyyən bir dəlilə söykənir və heç bir müctehid özündən fətva vermir.

Təşəkkürlər.
Sual: Salam aleykum.Kişi əyər öz xanımının cib telefonuna nəsə gizli kamera quraşdırsa və bununla da yoldaşının onu aldadıb aldadmadığını araşdırmaq isdəsə buna görə kişiyə günah gedirmi?Nəzərə alsaq ki,kişinin buna müəyyən səbəbləri olub.Bir neçə dəfə yoldaşınnan şübhələnib və dəqiqləşdirmək üçün onnan gizli olaraq telefona nəsə proqram yazıb və yoldaşının ona xəyanət etdiyini bilib.Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Telefon qadının şəxsi mülküdürsə kişinin bu işi görməsi icazəli deyil. Amma telefon kişinin mülküdürsə və yalnız işlətmək üçün qadına veribsə icazəlidir.

Təşəkkürlər.
Sual: Salam aleykum. 2 sualım olacaq mənim 1. Baltika kələm suyu içmək haramdı ya yox? Tərkibində 0,5% spirt var. eşitdiyimə görə əgər insanı kefləndirmirsə içmək olar bu düzdü? 2. Qaviyəddin yemək olar? Mal ətindən hazırlanmış.Rusiyanın
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. İcazəli deyil.

2. Əgər orada yaşan müsəlmanlar hazırlayırsa və ya müsəlmanlar yaşayan məntəqədə hazırlanırsa yemək olar. Əks halda yeyilməsi icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum. Sualıma görə üzr isdiyirəm.kişinin ayaq üstə sidiyə gedməsi haramdı ya belə bir şeydə haram yoxdu? Birdəki belə halda onun boynuna qüsl düşür yoxsa namazın qıla bilər?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu iş haram deyil və qüsla səbəb olmur. Lakin namaz üçün bədəni və əgər libası nəcis olubsa libasını da paklamalıdır.

Təşəkkürlər.
Sual: Salam AĞACAN Ağa mene gündelik zikirler deye bilersiniz men onu gündelik oxuyam
Cavab: Aleykum salam.

Ayetullah Sistani-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salamolsun Behcet aga müvəqqəti kəbni halal bilir ??? Oz risalesinde
Cavab: Aleykum salam.

Ayətullah Behcət-dəftərxana:

Bəli, icazəli bilir.

Təşəkkürlər.
Sual: Salam aleykum.Kişi həyat yoldaşının talaqını onun xəbəri olmadan verə bilər?.Yəni sonradan 3 ay iddə müddəti bitənnən sonra ona boşadığını söyləsin
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Təlaq verərkən qadının bundan xəbərdar olması vacib deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum.Rici talağı haqqında geniş məlumat yazardız da.Yəni ki,rici ralaq veriləndə nə sözdəri deyilməlidir və by iddə müddətində kişinin qadını üsdündə olan hüquqları və iddə müddətində cinsi əlaqədə ola bilərlərmi?.Səhv eləmirəmsə hsrdasa oxumuşamsa rici talağı verən zaman iddə müddətində kişi həe cür həyat yoldaşı ilə cinsi ləzzət ala bilər yazılmışdı.Bu nə dərəcədə düzgündür mümkünsə məlumat verərdiz.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Rici təlaqın qisimləri və hökmləri çoxdur. Geniş məlumat üçün risaləyə müraciət etməyiniz məsləhətdir. Əgər təlaq rici olarsa iddə müddətində onunla yaxınlıq etmək təlaqın batil olmasına səbəb olur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı