www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı İsmayıl: Salam aleykum aga.xeste halda namazi qila bilmirem yeni bu halda namaz qezaya getmirki veya getse gunah sayilmirki?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazı qəzaya vermək olmaz. İstənilən bir halda namaz qılınmalıdır. Əgər ayağa qalxa bilmirsizsə uzandığınız yerdə namazı qılın. Rüku və səcdələri də uzandığınız yerdə işarələrlə edin.
Sual: Sualı ünvanladı Anar: Salam aleykum. Uzr isteyirem bu sualima gore, 7 defe zina etmiw qadinla, evlenmeyin hokmu nedir? Hemcinin o qadin livat elemiw amma nigah eqdinden once tovbe etmiw ve duzgun yola qayitmiwdir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tövbə edibsə, eybi yoxdur.
Sual: Sualı ünvanladı Fariz: Bir daha salam,men dine 20 yasimda gelmisemse evvelki RAMAZAN ayindaki oruclarin qezasini tutmaliyammi?yaxinlarda musteheb oruc tuturdum sizin saitden oxudum ki,qeza orucu olan musteheb oruc tuta bilmez bu mene aiddirmi?tesekkurler!!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, tutmalısız. Müstəhəb orucları saxlayın və vaciblərinizin qəzasını tutun.
Sual: Sualı ünvanladı Fariz: salam, men 20 yasimda haqq yolun tapmisam bilmek isteyirem ki,menim nece il qeza namazim var?yeni oglan (qiz ucun da yazsaz minnetdar olaram) ucun ibadet etmek nece yasindan baslayir?here bir soz deyir xayis ediren deqiq ve anlayisli cavab veresiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həddi büluğ olmağın əlamətləri:

1-Hicri-qəməri təqvimi ilə oğlanda 15, qızda 9 yaş tamam olarsa;

2-Cinsi orqanın üst tərəfindən, ətrafından, qalın tüklərin çıxması müşahidə olunarsa;( Bir oğlanda bu 14 yaşında olsa artıq həddi-büluğ sayılır.

3-Sperma xaric olarsa; (Yuxuda ya ayıq vaxtı.)

Bu üç əlamətdən hər hansı biri olarsa, həmin oğlan həddi-büluğ sayılır. Amma qızlarda 9 yaşın olması ilə təyin olunur, bu məsələ.

İndi siz baxın, bu əlamətlərdən hər hansı biri sizdə birinci baş veribsə, həmin gündən həddi-büluğ sayılırsız. Və həmin günə qədər qılmadığınız namazları və orucları qəza etməlisiz.
Sual: Sualı ünvanladı Emin: Salam qalyan cakmak baradadi almanin icina tutun qoyb cakmak olarmi israf sayilirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəlyan çəkməyin ciddi zərəri yoxdursa, onda eybi yoxdur. Yox ciddi zərəri olsa, onda haramdır.

(Sayt tərəfindən: İsraf etmək olmaz. Amma qəlyan çəkmək israfdır ya yox, bunu özünüz təyin edin. Ola bilsin sizin üçün israf görünsün başqası üçün yox. Kimisə qəlyan çəkdiyinə görə ittiham edə bilməzsiz ki, israf edir.)
Sual: Sualı ünvanladı Perviz: Eger bir nefer bilmeden destemazda qollari ve uzu bilmeden 3 defe yuyubsa onun namazlari batil hesab olunur ??onlari qeza etmelidir?? Destemazda nece defe yumaq olar??
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bir mərtəbə su vururb əl çəkibsə, ikinci mərtəbə yenidən su vurub əl çəkibsə, bu işi üçüncü dəfə görsə dəstəmaz batil və o dəstəmazla qılınan namazılar batildir və təzələnməlidir. İstisnadı bir hal ki, ikinci mərtəbə su vurub əl çəkdikdən sonra görsün ki, harasa su çatmır, sonra üçüncü mərtəbə su vururb əl çəkib-bu hal istisnadır. Su çatmadığı üçün üçüncü mərtəbə su vursa dəstəmazı düzdür.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum Əgər bir şəxs öz ailəsini işsizlik səbəbindən maddi çətinliyə görə onlarin haqqlarini ödəyə bilmirsə və borcu da varsa,belə olan halda hansisa bir bankdan zəruriyyətdan faizlə kreditə pul götürüb işə düzələ bilərmi? Müctehid Sistani Aga ....
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bankdan pul götürüb həmin pulu rüşvət verməklə işə düzəlmək iki günahdan keçən bir işdir:

1-Ci: Faizə pul götürmək-Bu işə adam məcbur olarsa və zərurət olarsa icazə var. (Bundan qalnın biz təyin edə bilmərik.)

2-Ci: Həmin pulu rüşvət vermək. Rüşvətə o yerdə icazə var ki, insan öz haqqını başqa yolla qaytara bilmir. Rüşvət verməyə məcburdur (bu rüşvəti verməklə başqalarının haqqına da girməməlidir. Məsələn 10 nəfər növbədə gözləyir siz rüşvət verib birinci girirsizsə o 10 nəfərin haqqına girmiş olursuz və buna görə qiyamət günü cavab veriləcək) və başqa heç bir yol yoxdur. (Bundan qalanın biz təyin edə bilmərik.)
Sual: Sualı ünvanladı Elman: Salamun Aleykum ! Bizim yaşadığımız şəhərdə, məsciddə keçmişdən olan adət-ənənəyə görə cümə günləri əvvəlcə əhli sünnə camaatı qılır, sonra isə şiə əhli daxil olub cümənin şərtləri ilə namaz qılır. Hal-hazırda cümə namazını qılmaq vacibdirmi? Mənim eşitdiyimə görə İslam qanunları ilə idarə olunmayan dövlətlərdə 12-ci imam zühur etməyənədək, cümə namazı vacib deyil. Xahiş edirəm cavabımı mailə ünvanlandırasınız. Əvvəlcədən təşəkkürlər. Haqqınızı halal edin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cümə namazı ixtiyari vacibdir. Yəni ixtiyarınız var ki, zöhrü qılasız ya cüməni. Yəni ikisindən birin.

(Sayt tərəfindən: E-mail ünvanına gələsi cavabları özümüz təyin edirik. Yəni, şəxsi məsələlər olmadıqda e-mail ünvanına cavab göndərmirik. Üzrlü sayn. Yoxsa əksəriyyət belə istəyir. Buna vaxtımız yoxdur.)
Sual: Sualı ünvanladı Rubab: Salmun aleykum yoldawim surucu iwleyir mawinina bir qiymetli telfon duwub sahibi arayib qaytarmaq mumkun olub amma o boynunda olan vezifesine emel etmeyib ustunden 5 ay kecib telefon evde necedir helede durur ne qeder etdimse qaytaraq dedim yoldawim razi olmadi deyirki men tapmiwam menimdi mende sene hediyye edirem o telfdonu men iwlede bilerremmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, sahibinə qaytarılmalıdır.
Sual: Sualı ünvanladı Bəndə: Salam. Hazirda nece muctehid mercei teqliddi.mumkunse adlarin yazarsiz?
Cavab: Salam. Mərcei-təqlidlərin sayı bizdə dəqiq yoxdur. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Bende: salam namazin qezasi haqda quranda aye varmi.....
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Anar: Salam.mene.qohum.ama.namehrem.olan.xanimlarla.telfonda.danisa.bilerem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu danışıq fəsada səbəb olarsa, onda olmaz. Yox fəsada səbəb olmazsa kef əhval tutmağın eybi yoxdur.
Sual: Sualı ünvanladı Mircamal: Salam eleykum.sualim beledir.Qadin namazda secdeye gederken,ellerin icini yere qoymaq vacibdir,yoxsa ellerin icini ve dirsekleri birlikde yere qoymaq vacibdir?Vesselam eleykum ve rehmetullahi ve bereketuh.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əlin için yerə qoymaq həm qadına həm kişiyə vacibdir. Qadına müstəhəbdir ki, dirsəkləri də yerə qoysun. Amma bunun əksinə, kişiyə müstəhəbdir ki, dirsəkləri yerə qoymasın. Yuxarıda saxlasın.
Sual: As-salamu alekum. Bildiyiniz kim məşur görüşə görə Qadına Evdə Gördüyü işın müqabilində, uşağına vediyi südün müqabilində və s pul verilməldir. Əgər qadın bu pulu və ya qızılı israla tələb etsə və Kişidə bu pulu verə bilməsə ( çünki kişi aylıq etiyaclar güclə ödəyir) bu halda kişinin və qadının vəzifəsi nədir? Ayətulah Sisdanini ....................fikrinə görə. Cavaba görə əvvəlcədən təşəkür edirik.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sonra ödəməyə razılaşsıznlar.
Sual: Sualı ünvanladı Balabəy: salam aqa bangdan pul goturmey olar etrafli deyerdiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pul götürüb üstündə pul vermək riba sayılır və olmaz. Amma bir insan məcbur olsa, yaxud zərurət olsa onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Balabəy: salam isdenilen qadinla mwveqqeti nigah etmeg olar etrafli deyerdiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ailəli olub boşanmış qadınla müvəqqəti nigah etmək olar. Qız uşağı ilə bu iş olmaz. Əgər olarsa, atasının icazəsi ilə ola bilər.
Sual: Sualı ünvanladı Rasim: Assalamu alekum. .......................................... yəni murdar bir şeyin qoxusu bizim paltarımıza hoparsa paltar murdar olar? Cavabınıza görə əvvəlcədən təşəkürlər.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, murdar olmaz.
Sual: Sualı ünvanladı Yaver: Assalamu Aleykum ve Rehmetullahi ve Berekatu her vaxtiniz xeyr. suali yazmiwdim uzr isteyirem amma bir daha yazacam namazda Azannan Iqameden bashqa Avazla oxumaq olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Azan kimi oxumayın. Adi səslə, yəni lazım olan namazlarda cövhərli səslə, lazım olmayanlarda isə pıçıltı kimi oxuyun Həmdlə Surəni.
Sual: Sualı ünvanladı Azar: Salam. Cume qusulundan sonra, destnamaz lazimdirmi.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, lazımdır.
Sual: Sualı ünvanladı Cavid: Salam aleykum.Sistani aganin nezerince camaat namazinda 2 secdeden sonra pisnamazdan qabaq qiyam halina qayitmaq camaat namazina iskal getirir?Allah sizlerden razi olsun
Cavab: Salam. Sualınız aydın deyil. Təşəhhüdü demişdiz ya yox? Bilmədən qalxdız? Biz sizə e-mail ilə yazacıq və siz bu qaranlıq yerləri aydınlaşdırandan sonra cavabı ordan çatıracıq. Sayt tətil olduğu üçün.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı