www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Insanìn wehvet hissi oyananda ne etmey lazìmdìr onu yatírtsìn
Cavab: Salam. Allahın halal buyuduğu yolla şəhvəti təmin edin.
Sual: Sualı ünvanladı Leyla: Salamun Aleykum,Allah sizden razi olsun insAllah,suallara cavab verdiyiniz ucun.Valideynlerin tekidi ile ickisiz amma gina musiqi olan toy elemey haramdi?ata ananin hormeti saxlanilmagnna bele 1toyun haram olmagi bawa salinir amma yenede deyilllerki ickisiz amma musiqili olmalidi.yeni onda gelin ve bey mecbur olub bele toy elese gunahmi olaur?Aganin reyini bilmey isterdim,evveleden tesekkurler Allah her 2dunyada razi olsun sizlerden.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gəlin və bəy belə toy etməsin. Onlar valideynə bu işin haramlığını desinlər. Əgər bu işi edirsə, onda edən valideyn özü olsun. Yəni siz əmr be məruf və nəhy əz münkər edin.
Sual: Sualı ünvanladı Anar: Salam.men.xameneyi.aqaya.teqlid.etsem.o.buyurduqu.seyleri.o. cür.ediremse.o.is.mene.halaldir.belke.basqa.bir.aqa.basqa.cür.buyurur..basqasinin.buyurduquna.baxmayim.men.bele.etmeyim.düzdür.teqlid.etdiyim.aqa.ne.cür.buyursa.o.cür.edim.bu.barade.ne.meslehet.görürsüz.allah.razi.olsun
Cavab: Salam. Bəli, hər kəs öz mərcei-təqlidinin buyurduğu kimi əməl etməlidir.
Sual: Sualı ünvanladı Xeyal: Salam Aleykum,istibra vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, vacib deyil. Müstəhəbdir.
Sual: Sualı ünvanladı Fikrət: Salam.Zehmet olmasa etrafli deyerdiniz.Men atamin tekidi ile 14 yasindan namaz qilmaqa ve oruc tutmaqa basladim.Allaha sukurki indide davam edir.Usaqliq illeri olduqu ucun orucumun ve namazimin kamil olmasina subhem var.Yeni,ola bilsin oruc olanda nese etmisem ve ya nammazlarimi telesik,hovselesiz qilmisam.Bunlar mende cox narahatciliq yaradir.Mende bunlari nezere alaraq her il Receb,Saban aylarinda ve musteheb olan gunlerde oruc tuturam.Qeza niyyeti ile.Amma bilmiremki ne qeder menim boynumda qeza var.Belkede yoxdu.Yeqinde ede bilmirem.Amma her savab olan gunlerde orucumu qeza niyyeti ile tuturam ki,hem qezamdan getsin hemde savab olsun.Bunuda biliremki,qezasi olan musteheb oruc tuta bilmez.Uzun sozun qisasi men nece edim?ozume nece gun qeza orucu teyin edim?nece gun qeza namazi teyin edim?Xahis edirem oz muctehidimin fetfasina esasen etrafli,basa dusulecek formada mene bunun cavabini yazasiniz ki,qelbimde subheler ve boynumda qezalar qalmasin.Hal hazirda 28 yasim var.Allah amaninda.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz imkan həddində yadınıza salıb hesablayın. Sonra nəzərinizə nə yetişsə, onun ən az həddini təzələyin. Məsələn nəzərinizə yetişdi ki, ya 10 gün ya da 9 gün orucumu batil edən nəsə etmişəm. Onda siz həmin 9 günü qəza edin. Namazları da bu qayda ilə, həll edin. Amma bir məsələ də var ki, əgər həmin vaxtı həddi-büluğ ola-ola bir şeyin orucu batil etdiyini bildiyiniz halda, onu edibsizsə, kəffarələri də yerinə yetirməlisiz.
Sual: Sualı ünvanladı Mahir: salam. Sizin komekliyiniz ile Mekarim, Sistani ve Xamnei aganin 8 Marta olan munasibetini oyrendik. Allah komeyinz olsun. Mumkundurse Vahid Xorasinin de bu meseleye munasibetini qeyd edin.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Qeyd etmək olmaz.
Sual: Sualı ünvanbladı Mahir: Salamun aleykum. Novruz bayramında bəzi adətlərimiz var. Məsələn yumurta doyusdurmək, (bəzən yumurta doyusdurub, udan uduzan tərəfdən yumurtan alir) Bayramda Yumurta doyusudrub qapi pusmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işlər düzgün işlər deyil. İstər Novruz vaxtı, istər başqa vaxt, olmaz.

(Sayt tərəfindən: Yumurta barəsində deyilən "olmaz" udub-uduzmaq məsələsi olan təqdirə aiddir.)
Sual: Sualı ünvanladı Mahir: Novruz bayramını bayram kimi qeyd etmək olarmı? Bu gündə xususi şirniyyatlar, yeməklər bişirmək olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar. Amma İslamla müxaliflik edən şeyləri tərk etməklə.

(Sayt tərəfindən: Məsələn, qonşuya qulaq asdı, papaq atmaq(imkanı olmayana əziyyət olduğu üçün və icazəsiz kiminsə həyətinə girilib evinə papaq atılarsa, xoruz döyüşdürmək(heyvanlara əzab olduğu üçün, alovun üstündən atılıb "ağırlığım burda qalsın" demək(xürafat olduğu üçün) və bukimi digər şeyləri tərk etməklə Novruzu qeyd etmək olar.
Sual: Sualı ünvanladı Mahir: Salam. Tərkibində spirt olan ətirlərdən istifadə etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.

(Sayt tərəfindən: Ağanın nəzərinə əsasən spirt pakdır. Yəni onun özü murdar deyil. İçilməsi haramdır.)
Sual: Sualı ünvanladı Shahla: Salam! Ailede qadinin raziligi olmadan aile bashcisi evi sata bilermi? Onceden minnetdarligimi bildirirem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, sata bilər. Amma öz ailəsinə ev tədbiri görməlidir.
Sual: Salamun aleykum.evde 2 kisi ve 2 qadin Namaz qilandi.bunlar camaat Namazi qilmaq isteyirler.kisilerden biri qiraeti olan durur pisnamaz.o biri ki ve qadinlar buna iqtida edirler.qadinlar hemin o kisiynen eyni cergede olmalidi yoxsa qadinlar kisiden arxada qosulmalidi?xais edirem Sistani aganin fetvasini deyesiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadınlar həmin iktida edən bir kişinin arxasında dursunlar.
Sual: Sualı ünvanladı Rəşad: Bismillah. Dəstəmazın niyyətini tam şəkildə yazardınız. Təşəkkürlər.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Niyyətinizdə bu olsun: "Dəstəmaz alıram qürbətən iləllah."
Sual: Sualı ünvanladı Mahir: Salam .baxça müəlliməsinə uşağa yaxşi baxmaği üçün pul vermək rüşvət sayilir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, rüşvət sayılır və bu işin başqa zərərləri var, olmaz.

(Sayt tərəfindən: Müəllimə pul aldığı üçün sizin uşağa yaxşı baxdıqda digər uşaqlara baxmalı olduğu vaxtı sizin uşağa sərf edir. Bu da ki, "Həqqünnas" sayılır və günahdır. Bundan əlavə digər valideynlərdən də pul intizarı yaradırsız bu işinizlə.)
Sual: Sualı ünvanladı Mahir: Salam Şieler Ömere Osmana .......... Ayşeye Abu bekre ve bu kimi bawqalarina ayri ayriliqda ya birlikde nece munasibet beslemelidir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onları təhqir etməməlidirlər.
Sual: Sualı ünvanladı Mahir: Salam eleykum men Mekarim Siraziye teqlid edirem.Bilmek isterdim texminen 50-60 yasli namehrem qadinla elceksiz,hec bir maneesiz el ile gorusmek olar? umumiyyetle yasli namehrem qadinlarla hansi sertlerle el ile gorusmek olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Heç bir şərtlə yaşlı naməhrəmlə əl görüşmək olmaz. Görüşmədən salamlaşın.
Sual: Sualı ünvanladı Mahir: Salam Elykum. Hansi meselelerde (bir meseleye gore) mucdehidi deyiwmeye icaze verilir..?
Cavab: Salam. Bir mərcei-təqlid hər hansı bir məsələ barəsində, ehtiyati-vacib deyərsə, həmin məsələdə fətvası olan digər mərcei-təqlidə müraciət etmək olar.
Sual: Sualı ünvanladı Mahir: Salam ələykum. işə düzəlmək üçün pul vermək rüşvət sayilirmi ?bildiyimiz kimi də başqa çixiş yolu yoxdu
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana: Məcburiyyət olarsa, zərurət olrsa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Salam! Bu mesaji social sebekelerde (facebook ve odnoklsnik kimi) insanlara gonderirler. Bunun esli varmi? Bu cur mesajlar alanda vezifemiz nedir? Bunu alib mehel qoymayanlar olub bawlarina iwler gelib heqiqeten.yazilani elemeyini meslehet gorurem. bu mesaji diqqetle oxu... Kayyum El Mecit Elvahid Elahad El-samat El-kadir El-malik El-rahim... Allah hec bir zaman yanilmamisdir... Bu mesaji 15 adama gonder Sabah gozel bir xeber alarsan... Etmesen 15 insan senden uz donderer... Bunlar Allahin isimleri... Salamun Aleykum nece defedir ki bele mesaj yaxud mektub aliram ama inanmiram zehmet olmasa bele weylerin ne qeder duz oldugunu izah ederdiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə məktubların bir əsası yoxdur. Düz deyil.
Sual: Sualı ünvanladı Mahir: 1.Salam.ziyarete getmek ucun borc goturub getmek olar? yol pulu ucun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Tural: Secde halinda ayaq barmaqlarinin hamisimi yerle toxunmalidir, yoxsa yalniz ayaqin bas barmagi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Baş barmaq toxunsa yetər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı