www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Xanım: Salam ! Yuxu halinda qadinin cinsi elaqede oldugunu gormesi ve bu hissleri tam olaraq yasamasi cenabet qusulun vacib edermi ? Sagolun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yüksək ləzzət almaqla birgə, ondan maye xaric olduğunu bilirsə, bəli, qüsl vacib olur.
Sual: Sualı ünvanladı Balabəy: Bankdan pul goturmek olar yoxsa haramdir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pul götürüb üstündə artıq pul vermək olmaz. Haram sayılır.
Sual: Sualı ünvanladı Zəhra: Salam marmalad haramdır mənə diyillər onu yiməy olmaz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tərkibinə haram nəsə qatılmazsa, halal sayılır.
Sual: Sualı ünvanladı Zəhra: Salam o düzdur ki 476 kalorili olan yiyəcəklər haramdır?
Cavab: Salam. Nəyinsə halal və ya haram olmasında onun neçə kalori olması rol oynamır.
Sual: Sualı ünvanladı Vasif: salamun eleykum bilmek isteyirem dervis toyuna getmek haramdi ya yox? bu toyda oynaq mahnilar calinmir ama sintizatorda bezi musiqiler ifa edilir bilmirem bu musiqiler haramdi ya halal ama bu toyu edenler toyu dini toy adlandirirlar yeqinki calinnan musiqilerde halal olar men bilmek isteyirem bu toya getmek olarmi?>
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Musiqi halal olarsa, bir maneə yoxdur.
Sual: Sualı ünvanladı İbrahim: salam aleykum men herden derslerime gore namazlarimi vaxdinda qila bilmirem yeni mewqelede oluram eve gec gelem buna gore namazim qezaya gedir bu gunah sayilmirki?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işi görməyin. Namazı qəzaya vermək olmaz.
Sual: Sualı ünvanladı İmran: salam.bir ana qonşu uşaga süd verib. indi o, ana həmin ailədən başqa bir qizi öz oglu ücün əqd ede bilərmi? təşəkkürlər.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, başqa bir qızı əqd edə bilər.
Sual: Sualı ünvanladı Anar: Salam.tesbeh.zikirinde.allahu.ekberi.33.defe.deyirem.sizce.düz.edirem
Cavab: Salam. Xeyir, 34 dəfə deməlisiz.
Sual: Sualı ünvanladı Elsever: Salam Bir dukan var orda daha cox spirtli ickiler satilir ve ailemde mene tekid eliyirki o dukanda satici kimi isle men ne etmeliyem? Kasibda deyilik yeni normal sayayiriq.Sadece orda islemeyimi istiyiller. Xais edirem kömek edin.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Spirtli içki satmaq haramdır. Belə yerdə işləmək olmaz.

(Sayt tərəfindən: Əgər siz o dükanda işləməklə, elə edə bilərsizsə ki, spirtli içki satmayasız, yəni məsələn dükanın bir ayrı şöbəsində işləyəsiz, onda bunu bizə yazın və biz yenidən cavab alaq.)
Sual: Sualı ünvanladı Sakit: Salam Menim xalam usaq vaxti mene süd verib. Yeni sualim budu ki Xalamqizi mene namehremdi? Menim yanimda basi aciq geze biler? Ve yaxud onunla evlene bilerem? Qeyd: Bunlar hamisi bir sualdi yeni bir suala daxildi. Allah razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər 24 saat ərzində həmin qadının südündən yeyibsə, bu şərtlə ki, 24 saatın arasnda nəsə başqa şey yeməyibsə, xalası qızı ilə məhrəm olur. Və yaxud 15 dəfə həmin qadının südünü yeyib, doyubsa, onda məhrəm olur.

Onun sizin ynınızda hicabsız gəzməsi olar. Amma məhrəmlər bir-biri ilə fərq edir. Gərək bu hicabsızlıq elə olmasın ki, onun fəsadı olsun.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.Sistani aganin nezerince ayaqda balaca ustu aciq yara olsa meshi onun ustunden cekende mesh duzgun olur.Alla sizlerden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məshi bir barmaq qədər olan yerə çəksəniz yetər. Yəni yaranın kənarına çəkin.
Sual: Sualı ünvanladı Shie: salam aleykum bizim mektebde hicab qadagadi bu halda qiz neynemelidi haqqini teleb ede bilmirse
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məktəbə getməsin.
Sual: Sualı üvanladı Cavid: salam aleykum.Sistani aganin nezerince ustu aciq yaraya su deyende hemin su necis olur.ALLAH sizlerden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Vasif: Salam bilmek isteyirem qiz anasindan icazesiz oz mehreminin evine qonaq gede biler?
Cavab: Salam. Anadan icazə alması vacib deyil, amma bu iş ananın əziyyət çəkməsinə səbəb olsa, onda gərək bu işi görməsin. Valideynə əziyyət bəyənilmir. Ağvalideyn olmaq bəyənilmir.
Sual: Sualı ünvanladı Vasif: salam menim bir yaxinim var nisanlidi tezlikle evlenecek toylara getmir haramdi deye ama nisanlisi ve qaynanasi kampanya yeni kisili arvadli toy etmek gelinde aparmaq isteyirler qizda onlara qarsi cixa bilmir bele olduqda qiz bu toya mecburiyetden getse fikrini musiqiye vermese olar yoxsa ne etmelidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər orda günaha düşmürsə və getməyə məcburdusa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Ferrux: Salam Cersenbede tonqal ustunden tullanib agirlixim odda yansin diyirik bu gunah deyilki?
Cavab: Salam. Bu iş xürafatdır, olmaz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam mən hal-hazirda başka yerdəyəm yanimda möhür var ama paltar yoxdu üzərimdəki paltar təmizdi ama alt paltarima az miqdarda soyuqlamadan gələn mayye nəticəsində batib bu halda təyəmmüm edib namaz qilmişam qəzaya getməsin deyə,paltarim kofta və şalvardan ibarətdir məni nə naməhram qadin nədə kişi gördü bilmək isdəyirəm namazlarim səhihdir? Allah razi olsun inşhAllah zəhmətinizin bəhrəsini görərsiz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O maye pak hökmündədir. O halda dəstəmaz alıb namaz qılmaq olar.
Sual: Sualı ünvanladı Zəhra: Salam suxarikin içərisində haram nəsə var?
Cavab: Salam. Onu özünüz təyin etməlisiz. Allahın haram buyurduqlarından nəsə ona qatılmayıbsa onda meyl edə bilərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.men.niyet.edib.hansisa.bir.duani.oxuya.bilerem.insan.suresin
Cavab: Salam. Bəli, bu iş savabdır.
Sual: Sualı ünvanladı Anar: Salam.esil.mömin.nece.olum.bu.nece.olsunki.günah.etmeyim.axi. bu.mümkün.deyil.seraite.uyqun.özümü.cilovlasam.yeter.?Allah.razi.olsun.sizlerden.
Cavab: Salam. İnsan günah etməməlidir. Yəni şəraitə uyğun,günah etmək olmaz. Amma birdən insandan nəsə günah və ya xəta baş versə, tövbə edib Allaha doğru qayıtmalıdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı