www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı Ünvanladı Bəndə: IMANI ARTIRMAQCUN MESLEHETLER YAZIN.AMA GENIW.XAIW
Cavab: Salam. Sualınız mövzuya aid deyil. Amma bir iki cümlədə sizə deyə bilərik ki, haram yeməkdən uzaq olun. Dilinizə nəzarət edin ki, qeybət və bukimi şeylər etməyəsiz. Birdə, namazlarınıza süst olmayın, namazı əvvəl vaxtında qılın.
Sual: Sualı ünvanladı Bəndə: WIELIYDE QISMET VE TALEHE INAM VARM?YENI QISMET.................................................
Cavab: Salam. Sualınız mövzuya aid deyil. Hələki belə suallara cavab vermək imkanımız yoxdur. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Bəndə: BIR NECE CENAZEYE EYNI ANDA MEYYID NAMAZI QILMAQ OLARMI
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, olar.

(Sayt tərəfindən: Lütf edin kiçik hərflərlə yazın sualı. Saytın görnüşün pisləşdirir böyük hərflər.)
Sual: Sualı ünvanladı Mömin: QURANDA NAMAZIN QEZASI HAQDA YENI QEZALARI ICRA ETMEYIN ....................
Cavab: Salam. Sualınız mövzuya aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Bəndə: SALAM.ZOHR VE ESR NAMAZIN QILANDAN 1SAAT SORA MENE YEQIN OLDUKI ZOHR NAMAZIM BATIL OLUB.NE RTMELIYEM
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Yəqin oldusa, onda namazı təzələyin.
Sual: Salam aleykum. Menim 38 yashim var menim ishim toyda rejissor pultunda oturmaqdi. Bashqa senetim yoxdu. Toylar da icki de verirler. Mene zehmet olmasa deyin menim bu ishden aldiqim maash halaldir ya haram?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O məclislər haram məclisdir və orada iştirak etmək olmaz.

Bundan əlavə haram məclisləri kamera ilə çəkmək, bu çəkilənlərin yayılması fəsadın yayılmasıdır ki, bu da ikinci haramdır. Maaşınız halal deyil.
Sual: Sualı ünvanladı Bəndə: SALAM.VILAYETI FEQIH YENI NE?QEBUL EDIB ETMEMEY YENI NE?VILAYETI FEQIHI QEBUL EDIB VEYA ETMEMEYIN EHEMIYYETI?SUAL EYNI MOVZUYA AIDDI
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Yəni fəqihin təsərrüfünün olması. Mütləq vilayət, yəni insanlar üzərində mütləq vilayət, belə vilayət yalnız məsumlara məxsusdur. Məsum olmayan dövrdə onların yolunu davam edən layiqli fəqihlər vilayətə sahibdirlər. Amma fəqihlərin vilayətində sərhəd var, mütləq deyil.
Sual: Sualı ünvanladı Anar: Salam.qeza.namazlarin.qilb.qurtarandan.sonra.qeza.tesbeh.zikiri.edebilerem.
Cavab: Salam. Təsbehlə zikrin qəzası yoxdur. Amma ürəyiniz istəyən qədər zikr edə bilərsiz.
Sual: Sualı ünvanladı İnsan: SALAMA ALEYKUM.. DEYIRLER SISTANI AGA BILYARD VE DOMINONU KONKRET HARAM EDIB... BU OYUNLARIN HEQIQI HOKMU NEDI?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sistani ağa yalnız Şahmat barəsində "mütləq haram" olmasını buyurub. Qalan oyunlar qumar aləti hesab olunmazsa onda oynamaq olar.
Sual: Sualı ünvanladı Sabir: Salam ! Müsəlman bir ailənin öz toxum və yumurtalarından süni mayalanma etdirmələri halal sayılırmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin özünün eybi yoxdur. Amma o prosesler olanda övrətə baxılmanın işğalı var.
Sual: Sualı ünvanladı Sabir: Salam ! Kişi naməhrəm qadınla birgə namaz qıla bilər ( qadın arxada olmaq şərti ilə) ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın arxada qılarsa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Sabir: Salam ! 1.Men bilmek isterdim, kişi olan bir kes naməhrəm qadın olan otaqda namaz qıla bilər ?
Cavab: Salam. Otaqda ikisidir yoxsa üçüncü şəxs var? Otağın qapısı kilidli deyilki? Bu suallara cavab verin-biz də sizin suala cavab alaq. Amma cavab verdikdə əvvəl ünvanladığınız sualla birgə-tam və kamil yazın öz sualınızı. Təşəkkür!
Sual: Salam. Niye cavab vermirsiz suallara?
Cavab: Salam. Bütün suallara cavab vermişik. Siz arxivə diqqətlə baxın.
Sual: Sualı ünvanladı Anar: Salam.men.niyet.elemek.isteyirem.namaz.niyeti.meselen. menim.bu.isim.düzelsin.20.rüket.namaz.qilacam.onu.nece.edirler.qaydasin.yazin.o.20.rüketi.ne.cür.bölüb.niyet.edirler.
Cavab: Salam. İki rəkət, iki rəkət ayırın. Hər iki rəkətli namazı elə qılın ki, sanki sübh namazı qılırsız. Belə namaza nəzr namazı deyirlər. Yəni siz filan iş olacağı təqdirdə 20 rəkət namaz nəzr edibsiz. İş olsa bu namazlar sizə vacib olur və hökmən qılmalısız. Niyyəti də "nəzr namzı" niyət edin.
Sual: Sualı ünvanladı Ebdulrehim: Xums ili ne demekdir? Xaish edirem etrafli yazin.
Cavab: Salam. İnsan hər hansı bir qazanc əldə etdiyi işə başladığı günü qeyd edir və yadında saxlayır. Həmin günü özü üçün xüms ili götürür. Üstündən bir il ötdükdən sonra həmin günə çatdıqda bir il ərzində qazandığı puldan nə artıq qalarsa, yəni xəclədiyi pullardan başqa nə əlində qalsa onun beşdən birini xüms ayırır. Bu Allahın haqqıdır.
Sual: Sualı ünvanladı Əmrah: salam aleykum nisa surəsinin 11 və 12ci ayələrinə əsasən bir kişi dünyasını dəyişdikdən sonra vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra qalan mirası necə bğlünməlidir. ? rəhmətə gedən kişinin atası anası sağdı,arvadı və 3 qızı var ! 2...3...4....
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər 10 manat irs qalıbsa, dünyadan köçən insanın borcları və digər ödəməli olduğu haqlar ödənir. Məsələn bu borclar və ödəməli olduğu haqlar 1 manat idisə-bu 1 manat çıxılır, yerdə qalır 9 manat. Bu doqquz manatdan üçdən birin mərhum istədiyi yerə vəsiyyət edə bilər. Bu vəsiyyətdən sonra, yerdə 6 manat qalır. Bu altı manat bölünür dörd yerə. Dörddən biri atasına, diğər bir hissə isə mərhumun anasına çatır. Yerdə qalan iki hissə isə üç qız övladının arasında bərabər bölünür.



(Sayt tərəfindən: Bir sualın daxilində bir suala cavab verilir ki, qatışıqlıq düşməsin və bizə çətinlik yaranmasın. Suallarınızı ayrı-ayrılıqda ünvanlayın. Üzrlü sayn.)
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.Sistani aganin nezerince qiyam halinda olanda beden ixtiyarsiz hereketde iken zikr demek olar yoxsa bedenin aram olmasini gozlemek lazimdi?Allah sizlerden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu məsələ ürfidir. Yəni ürfi nəzərlə necə hesablanırsa, siz də elə hesaba alın.

(Sayt tərəfindən: Yəni o ixtiyarsız olan hərəkətə diqqət verməyin.)
Sual: Sualı ünvanladı Mahir: Vəhhabilərə qarşı münasibətimiz necə olmalıdır? ................
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səbrli, hövsələli və məntiqli davranın onlarla.
Sual: Sualı ünvanladı Mahir: Salamun aleykum. Muctehidlerimizin 8 Marta munasibəti necədir? ..........................
Cavab: Salam. İki mərcənin dəftərxanasından verilən nəzəri yazırıq; Ayətullah Xamenei; Ayətullah Məkarim: Bu günü qeyd etmək olmaz.
Sual: Sualı ünvanladı Ramiz: Bismillahir Rahmənir Rahim.Salam ələykum və rahmətullah.Namazda 1-ci rikətdə Fatihədən sonra böyük surələrdən məsələn-Bəqərədən 5 ayə 10 ayə yaxud digər böyük surələrdən 5-10 ayə demək olarmı? Allah sizlərdən razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz. Başqa surə oxunarsa kamil, tam oxunmalıdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı