www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Emin: Salam.Demeli men 12 ilin qezasini tutmaliyam?yeni 1 il?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli!



Sayt tərəfinfən: Bu suala cavab əvvəllərdə olan bir sualla müəyyənləşib.
Sual: Sualı ünvanladı Elmar: Salam.Bilirem ki yaqis ve ya qar suyundan umumiyyetle bash yas ola-ola destamaz almaq olmaz bash qurudulandan sonra destamaz alinmalidir.Bes bir kes camaat namazina ve ya namazin qezaya getmemesi ucun telesik gelmis,terlemisdir ve terden basi yashlanmisdir bu zaman hemin kes ne etmelidir?basin qurutsa camaat namazina geciser ve ya namaz qezaya geder
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məs yeri quru olmalıdır. Əgər yaş olarsa, onda ümumi meyar budur ki, məs çəkən zaman əlinizdə olan dəstəmaz suyu-başınızda olan yağış suyuna və ya tərə qalib gəlsin.
Sual: Sualı ünvanladı Mahmud: Salam.Destamazdan aldiqdan sonra elim sidiye ve ya necise deyerse destamaz batildi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir-batil deyil!
Sual: Sayt tərəfindən. Salam hörmətli oxucular. Cüməyə (tətil gününə) yaxınlaşdığımız üçün, bugün müctehidlərin dəftərxanalarından bəzisi həmişəkindən biraz tez tətil olur. Bunun üçün sualların hamısını cavablandıra bilmədik. Üzrlü sayn. İnşallah cümədən sonra, mümkün olan ən tez vaxtda cavablarınızı sizə təqdim edəcəyik. Sualların arasında bizə yazılan təşəkkürlərə görə biz də öz növbəmizdə sizə təşəkkürümüzü bildiririk. Biz öz vəzifəmizə əməl etməyə çalışırıq. Allah sizlərdən razı olsun!
Cavab: Cüməniz mübarək olsun. Cümə namazlarında, yadınıza düşsə, bizlərə də dua etmənizi rica edirik. Təşəkkür!
Sual: Sualı ünvanladı Taleh: salam men sidiye cixiram böyreylerim xestedi deye yuyunmuram sidikden sonra hiss eliyirem ki azaciq sidiy yene cixdi (alt paltarima) özümde namaz ehliyem. men ne etmeliyem? paltari deyismeliyem? Xais edirem tez cavablandirin Allah razi olsun
Cavab: Salam. Siz sidikdən sonra istibra edirsinizmi? Əgər istibra edirsizsə ondan sonra xaric olan rütubət alətin daxili rütubətidir və sidik sayılmır. Bundan əlavə siz isti sudan niyə istifadə etmirsiniz? Yəni siz isti sudan istifadə etsəniz belə, yenədə problem olasıdır? İsti suyun da sizə zərəri varmı? Sizdən yalnız sidiyə gedəndən sonra azca sidik xaric olur? Yoxsa adi halda da məsələn yol gedərkən və ya evdə olarkən də sidik xaric olur? Suallarımıza nəzər salmaqla təkrarən daha kamil sual ünvanlayın və sizin nəetməli oilduğunuzu deyək.
Sual: Sualı ünvanladı Elmar: Salam.Yazmisiniz ki tovbe etmemisden once tovbe qusulu alinmalidir.Men namaz qilmadiqim vaxtlarda ickiye tovbe etdim.Amma tovbeni tovbe qusulu almadan etdim.Hetda bele bir sohbetde oldu ki tovbe etmek ucun mecide getmelisen Axundda tovbe etdiyini gormeli ve tovbe pozularsa ceza filan verilir dediler.Men ise cavabinda dedim ki tovbe etmek ucun mekan lazim deyil Allah her sheyi gorur bu da bes eder.Men duz etmisem?
Cavab: Salam. Tövbə qüslü müstəhəbdir, vacib deyil deyə, eybi yoxdur. Amma axundun qarşısında tövbə etmək və cəza söhbətinin bir əsası yoxdur. Bundan əlavə onu deyəbilərik ki, düzdür hər yerdə tövbə etmək olar və tövbə qəbuldur amma məscid və ziyarətgahlar kimi müqəddəs məkanlarda tövbə daha yaxşıdır. Çünki bu məqamlar Allah yanında daha üstün və daha dəyərlidir.
Sual: Sualı ünvanladı Eldar: Salam.Her hansi bir meseleye shekk etmek ve ya yeqin etmek.Bu iki sozun izahini ve ferqini yazin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəkk etmək o deməkdir ki, məsələn namaz qılarkən fikrin dolaşır və bilmirsən 3-cü rəkətdəsən yoxsa 4-cü rəkətdə. Yəqin etmək də odur ki, ani olaraq yadına düşür ki, mən 3-cü rəkətdəyəm. Yəni şəkkin yəqinə çevrilir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,vacib secde ayelerinde secde ederken namazdaki zikri demek olar?
Cavab: Salam. Bəli demək olar.
Sual: Sualı ünvanladı Şəms: Salam Eleykum,namazda 3-cu ruketde tesbihati 1 defe,4-cu ruketde 3 defe demek olarmi ya da eksine
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar, eybi yoxdur!
Sual: Sualı ünvanladı Rəsul: salam.sosiyal webekelerden istifade haramdimi??istifade de nAmehremnen sohbetde olur,bunun hokmu nediR?ve men ozume zovce secmekde cetinlik cekirem yani real heyatda uygun birin tapa bilmirem,buna gorede sosiyal webekelerde ve ya sosiyal webekede biriyle niyyetim belli wekilde yani weri qaydalari pozmadan daniwa bilerikmi??yoxsa niyyet ece olur olsun haramdi namehremle sohbet??ve ya daniwig?evvelceden minnetdaram!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Soaial şəbəkədən istifadə haram deyil. Naməhrəmlə söhbət olmaz. İstisnadır, əqli söbət. Məsələn hansısa lazım olan sualı vermək.

Sual: Sualı ünvanladı Rüstəm: salam aleykum.sevdiyin wexsi ozunnen asli olmayaraq bezi wehvet oyadacagi hallarda yuxuda gormeyin ve ozunnen asli olmadan xeyal etmeyin hokmu nedi???
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özündən aslı olmayaraq belə olursa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Ramil: Salam Ki$i üçün her 3 cumeden 1-i vacibdi? Birde men namaza teze ba$lami$am Cüme namazi nece qilinir? Evelki namazlar kimi?
Cavab: Salam. Ayətullah Vəhidin nəzərinə əsasən cümə namazı ilə zöhr namazı arasında ixtiyar sahibisiniz. Hansını istəsəz qıla bilərsiniz. Və üç cümədən birinə getmək söbəti də ağanın nəzərinə əsasən vacib deyil.

Cümə namazını məscidə gedib orada görmənizi tövsiyə edirik. Əgər buna imkan olmasa onda bizə təkrar sual yazın.

Çünki cümə namazını sizə burada izah etməmiz çətin olacaq. Yəni çətin anlaşılacaq. Amma bir məscidə gedib üz-üzə öyrənsəniz daha məsləhətlidir. Sonda yenədə buna imkan olmasa bizə təkrar yazın, inşaallah çalışarıq ki, izah edək.
Sual: Sualı ünvanladı Zaur: Əssalmu əleykum. Ayətullah Xameneyinin nə vaxtsa risaləsi çap olunacaqmı? belə bir plan varmı? dəftərxanadan bu barədə məlumat verilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yaxın vaxta belə bir şey gözlənilmir!
Sual: Salam Aleykum. Aga bildirmisdirki ,qadinlarin camaat namazlarina getmeleri yaxsi deyil. Men meherremliklerde eza meclislerine gedirem ve yer olmadiginda kucede durmali oluram bu halda aganin buyrugun bilmek isterdim... birde men bunlarin sebeblerini acacigda olsa anlamaq ucun ne etmeliyem (qadinlarin camaat namazlarinda istiraki ile bagli olan hokumleri nezerde tuturam) ALLAH SIZDEN RAZI OLSUN!!! UZRUMU QEBUL EDIN ,hokumlerle bagli sekkim yoxdu sadece menasini birazda olsa derk etmek isteyirem. tesekkurler
Cavab: Salam. Məhərrəmlik də bu hökmdədir.



Sayt tərəfindən: Biz mərcei-təqlidlərin dəftərxanalarından cavab alarkən hökmün səbəblərini soruşa bilmirik. Çünki ora minlərlə sual gəlir və əgər onlar səbəb izah edəsi olsalar onda gərək gündə minlərlə sualdan 100-ünə cavab versinlər. Yəni qalan suallar tökülüb qalar. Dində əsas səbəb odur ki, Allah buyurub deyə itaət edək. Təsəvvür edin min il bundan qabaq da bu din olub bu hökmlərlə. İndi spirtli ickinin zərərləri tibb tərəfinfən açıqlanır. Amma o vaxtın insanlara bu zərərlər məlum deyildi. Yaxud bugünkündən az məlum idi. Deməli bugün insan təfəkkürü hər nəqədər inkaf edibsədə, gələcəkdə daha çox inkişaf edəsi və daha çox dini hökmlərin həqiqətinə varasıdır. Ona görə də şəriətdə itaət məsləhət görülür. Çünki, ola bilsin ki, bu gün elmin səviyyəsi elə yüksəlməyib ki, filan hökmün həqiqətinə vara bilsin.

Amma bu barədə sizə deyə biləcəyimiz odur ki, qadınların evdə olması, naməhrəm qarşısına çıxmaması, İslamın əsas prinsiplərindəndir. Yəni İslam hətta hicablı formada da qadının küçədə olmasındansa evdə olmasına üstünlük verir. Hətta bu küçədə olmaq məscid və bukimi yerlərə getmək üçün olsa belə. Yəni qadın evdə ibadət etsə, bunun savabı o küçəyə çıxmaqla olunan ibadətdən çoxdur. Allah belə istəyir. Allah iffətə, qadın həyasının qorunmasına, belə əhəmiyyət verir. Təşəkkür!
Sual: Sualı Ünvanladı (ad yazılmayıb): Salam Eleykum,8 marti qeyd etmek ve bu meqsedle kimese hediyye vermek gunahdir?ALLAH razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 8 Martı qeyd etmək və buməqsədlə hədiyyə olmaz.



Sayt tərəfindən: Bu işi Xanım Zəhranın (s) təvəllüd gününə saxlasanız gözəl olar!
Sual: Sualı ünvanladı (adsız): salam.Allah ecr versin bu zehmetinizcun. Sual..Qadin Sistani aganin,kiwi Xamnei aganin muqellididirse.. Kiwi, 2 ci kere daimi eqdle evlenmek istese ,oz daimi 1ci arvadindan icaze almalidir? Onun razi olmayacaqini bildiyi halda,ailenin huzurunu pozmamaq ucun,arvadindan xebersiz 2ci qadinla daimi eqdle evlene bilermi?
Cavab: Salam. Kişi istəsə təkrarən, başqa xanımla ailə qura bilər. İstəyir daimi əqdlə, istəyir müvəqqəti əqdlə. Bunun üçün heçkəsin icazəsi lazım deyil. Allahın icazə verməsi bəs edər. Allahın halal buyurduğu halal, haram buyurduğu isə haramdır.
Sual: Sualı ünvanladı Nərgiz: Salam men $ie teqvimi almi$am orda esr namazinin vaxti yazilmayib axi quranda namaz 5 defe buyrulub. subh zöhr Megrib isa hamisi var esr yoxdu? Neye göre? Meslehet verin
Cavab: Salam. Sizin aldığınız təqvimi görmədiyimiz üçün sizə bir söz deyə bilmərik. Amma bu linki təqdim edirik.

http://deyerler.org/namaz/ Bu linkdə gecə yarı təyin olunub. Siz şam azanından sonra gecə yarıya kimi xüftən namazını qıla bilərsiniz. Cavab aydın olmasa, biraz aydın formada, yenə təkrarən sualı ünvanlayın.
Sual: Sualı ünvanladı Elsen: Bu xanim valideyinleri oglanin Namaz ehli olduguna gore qizi vermirler ona.deyirler ki seni Namaz qilana vermiyeceyik.qizda qalib bele.ya valideyne itaet edib icki ehline getmelidi eks halda valideyn icaze vermir.atanin icazesi olmadanda kebin eliye bilmez duzdu?ne etmelidi xanim?
Cavab: Salam. İmkan həddində valideynin razılığın almağa çalışsın. Əgər bu mümkün deyilsə, və qızın dini xətərə düşürsə, onda atanın icazəsi olmadan dindar oğlana gedə bilər və belə bir kəbin üçün ata icazəsi lazım deyil. Sonda yenə də vurğulayırıq ki, qızın dini, imanı xətərə düşərsə belə bir icazə verildi.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Xaricden getirilen ve terkibi melum olmayan sud mehsullarin yemek olar?
Cavab: Salam. Yemək olar. Çünki onların murdarlığına, nəcisliyinə yəqinimiz yoxdur.



Amma ət məhsulların yemək olmaz. Əlbəttə müsəlman məmləkətindən (xarici) gələn ət məhsullarını yemək olar. O ət məhsulların yemək olmaz ki, onlar İslamdan qeyri dinə mənsub olan məmləkətlərdən kəlib. Yaxud da kafir məmləkətindən gələn ət məhsullarını yemək olmaz.
Sual: Sualı ünvanladı Meryem: Namazda dirsekleri yere qoymaq mustehebdir?
Cavab: Salam. Qadınlar üçün müstəhəbdir ki, səcdə edərkən dirsəklərin yerə qoysunlar. Kişilər üçün isə müstəhəbdir ki, səcdə edərkən dirsəkləri yerə qoymasınlar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı