www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Ali: Salam. Quranda ayə var ki, dənizdən tutulan ov halaldır. Orada pullu pulsuz ayırımı yoxdur. O halda hansı əsasla dəniz qidalarından sümüksüz balıqlar haram buyurulub, özü də İslamı hökm kimi?
Cavab: Salam. Quran bəzi vaxtlar ümumi hökümləri deyir amma xırdalığa getmir. Misal üçün Quran buyurur namaz qılın amma namazı necə qılmalı olduğumuzu bizə rəvayətlər öyrədir. Rəvayət peyğəmbərin və məsum imamların şəriət barəsindəki hökümləridir. Pulsuz balığın ətinin haramlığıda bu üslubla buyrulub yəni rəvayət pulsuz balıqların ətini yeməyi haram edib.
Sual: Sualı ünvanladı Hicabli: Salam aleykum. Sualim: 2 ushagim var biri 4 yashinda, biri ise 9 ayliqdi. Men namazdayken qizim tekidle menimle danisir mende namazda oldugumcun cavab vere bilmirem, balacasi ise manejde olsada birden geze-geze stolun altina girir namazda fikrim onda qalir mecbur olub namazi yarida qoyuram. Bele etmeyim gunah sayilirmi? 2 ci sualim: od kisede dash varsa oruc tutmaq olarmi? 3 cu sualim: iman zeifdise ne etmek lazimdi? Xahish edirem bu suallarima tez bir zamanda cavablandirasiniz! Allah sizden cox, cox razi olsun.
Cavab: Salam. Fikirinizin yayılması sizə icazə vermir ki, namazınızı pozasınız. Namazı yalnız uşaqın canına təhlükə olarkən pozmaq olar. Misal üçün uşaq isti peçə tərəf gedərsə.

Öd kisənizdə daşın olmasının oruc tutmanıza bir maneəsi yoxdur.Amma dindar bir həkim sizə oruc tutmağı qadağan edərsə o zaman oruc tutmaq olmaz.

Dindar bir alimin moizələrindən faydalanmaq lazımdır. Bundan əlavə namazı ilkin vaxtında qılın. Ata-anaya yaxşılıq edin, ərə itaət edin (əlbəttə ər dindən kənar sözlər desə itaət olunmamalıdır) ailənizin quluğunda durun. Əlbəttəki günahlardan uzaq olmaq və vacibləri yerinə yetirmək imanı gücləndirmək üçün ən zəruri şeylərdəndir.
Sual: Sualı ünvanladı Eyvaz: Salam sualim Ağa Sistaniyədir. Övladim olmadigi ucun uwaq evinden dovlet qanunu esasinda iki uwaq goturdum. Bir oglan, bir qiz uwagi uwaqlarin her birinin iki yawi variydi. Uwaqlar boyuyub heddi buluq olan vaxti o uwaqlar mene ve xanimima weri cehedden nece mehrem olurlar. Hem cinin sualimda uwaqlar iki yawdan awagi olarsa weri cavabi nedir? təşəkkür!
Cavab: Salam. Ayətullah Sistaninin cavabı belədir ki, 2 yaşından tez və ya gec olmasının fərqi yoxdur uşaqlar sizə naməhrəmdirlər.
Sual: Sualı ünvanladı Vahid: Salam.Yazmisiniz ki askar gunah eden her kim varsa onun qeybeti halaldi ister momin olsun ister momin olmasin isterse de qeyri muselman olsun.Bes askar gunah eden deyende ne basa dusulur?
Cavab: Salam. Aşkar günah edən yəni xalqın gözü qarşısında günah edən. Yəni insan iki gözü ilə baxanda görür ki, filankəs küçədə oturub şərab içir.
Sual: Sualı ünvanladı Ehmed: salam bilmek isterdim elem cuwe gele bilermi xaiw cavab yazin
Cavab: Salam. Bu batil bir işdir. Yəni cadugərlik və hiyləgərlik vasitəsi ilə xalqdan pul yığmaq məqsədi ilə həyata keçirilir. Bu işdə Allah tərəfindən bir həqiqət yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam bilmey isteyirem ki,deniz mehsullarindan,Skumbiriya ve Nere baliqinin hokmu nedir?
Cavab: Salam. İslamın hökmü budur: İstənilən pullu balıqların ətin yemək halaldır. Pulsuz balıqların ətin yemək haramdır. Adını bizə yazdığınız balıqlara baxın, əgər pulları varsa onların əti halaldır.
Sual: Sualı ünvanladı Eyvaz: "Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı." Bes ananin vacib qəza namazi kimin boynundadır?
Cavab: Salam. İlk olaraq nəzərinizə çatdıraq ki, Fazil Lənkəraninin bu barədə fətvası siz buyuran kimi deyil. Fazil Lənkərani atanın qəza namazların böyük oğula vacib sayır. Yəni ehtiyate-vacib yox, vacib. Amma ananın qəza namazları Ağa Fazilin nəzərinə əsasən böyük oğula ehtiyate-vacibdir.
Sual: Sualı ünvanladı Eyvaz: salam oz olkemde subh namazini qilib bawka olkeye sefer etdim gordum hemin olkede subh namazinin vaxtidir. Vezifem nedir? Yeniden subh namazi qilmaliyammi? Təşəkkür!
Cavab: Salam. Siz namazı qılmış hökmündəsiniz və təzə çatdığınız məkanda olan sübh namazı sizə aid deyil. Fazil Lənkəraninin dəftərxanası.
Sual: Sualı ünvanladı Altun: Salam... Bedene yod ve tibbi meqsedle spirt vurmaq caizdir ya yox..??? Yodlu suyla qarqara etmek olar.???
Cavab: Salam. Eybi yoxdur.
Sual: Sualı ünvanladı Cahide: Salam.Keçən dəfəki sualımı cavablandırdığınız üçün çoxsağolun. Daha yeni bir sualım var. İslam dinində yuxu yozma elminə necə baxılır?Hər görülən yuxunun yozumuna inanmaq olar?Günah deyil ki?
Cavab: Salam. Yuxu yozumu bir həqiqətdir. Amma bunun üçün şərtlər var. Məsələn yatmamışdan öncə nə yeyəndə görülən yuxular batildi və sair. Hər görülən yuxunun yozumuna inanmaq olmaz. Çox yuxular var ki, boşdur, mənasızdır və şeytan tərəfindəndir ki, bizi narahat etsin həmin yuxu ilə. Əlavə qeyd edək ki, yuxu yozmaq çox çətin işdir və çox elmli insan lazımdır ki, bu işin öhdəsindən gələ bilsin. Hər yuxuyozana inanmaq olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam.Yazmisiniz ki askar gunah edenin qeybeti edile biler.Mecidde bele esitmisem ki 1)duz yolda olmayan yeni zulm edednlerin.2)Bir kes duz yolda deyil ve anu haqq yola getirmeye calisirsan o ise haqq olmayan yolundan el cekmir3)deyesen momin olmayanlar.Bunlarin qeybeti haram deyil.Bu duzdur?
Cavab: Salam. Qeyd etdiyiniz insanlar əgər aşkar günah etmirsə oların qeybəti haramdır. Amma zülm edən kəs sözsüz ki, digərlərinə zülmü aşkar edir və bu göz qarşısındadır deyə zalımın qeybəti halaldır.
Sual: Sualı ünvanladı Nahid: Salam.Rehberin fetvasina esaslanaraq uzumu ulguc ve ya lezva ile qirxmiram.Amma uz qirxan masinla qirxiram.Masinkanin sifir disi ile uzumu qirxiram.Uzumu masinka ile qirxmaqimda problem var?
Cavab: Salam. Bəli sıfırla qırxmaqda problem var, olmaz. Gərək üzünüzü elə qırxasınız ki, sizə baxana saqqalı görünəsiniz.
Sual: Sualı ünvanladı Fatimə Məryəm: Salam Eleykum,ALLAH razi olsun cavablar üchün.Amma selem deyerken,almaqi nezerde tutmurdum,mes:bir insan selemle pul verir,kimse,o selemchiden pul alib,hemin pulla eshya alir.Selemchiye de faiz ödeyir,onu deyirem.Xamanei aqanin bu haqda nezeri nedir.
Cavab: Salam. Əgər sələmə pul götürübsüzsə aldığınız şeylərin bir problemi yoxdur. Amma sələmə pul götürmək günahdır və tövbə edin. Birdə bu işi görməyin.
Sual: Sualı ünvanladı Asya: Salam Eleykum,namazda,Quranda,dualar oxuyarken herflerin seslenmesin tam ereb lüqetine göre teleffüz etmek,mes:"he-herfini deyerken boqazin ortasindan,isti nefesle teleffűz edilmelidir"-qeyd olunub ve s..bunlari etmek chetin olursa,adi qaydada teleffüz etmek olarmi?
Cavab: Salam. Namaz qılarkən hərflər ərəb dilində səslənməsi, eləcədə Quran oxuyarkən belə olması vacibdir. Siz imkanınız həddində bunu öyrənməlisiniz.
Sual: Sualı ünvanladı Zeynəb: Salam Eleykum,kimlerin qeybetini etmek olar?mömin olmayanin qeybeti edile bilermi?
Cavab: Salam. Aşkar günah edənlərin qeybəti edilə bilər. Mömin olmayan insan ola bilər ki, o aşkar günah etmir. Belə insanların qeybəti haramdır.
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum,halal oyunlarda udub-uduzmaq sherti olsa,lakin pul olmasa haram sayilir?udub-uduzmaq sherti deyerken tam olaraq ne nezerde tutulur?
Cavab: Salam. Pul olmadan, halal oyunlarda udub-uduzmaqın eybi yoxdur.
Sual: Sualı ünvanladı Nuray: Salam Eleykum,Īslamda hansi senetlerle mewqul olmaq haramdir?tar chalmaq öyrenmek haramdir?dinin zeruri hökmlerini cahillikden inkar eden kafir sayilir?
Cavab: Salam. Bəli bu iş haram sayılır. Şəri baxımdan qadağan olunan bütün sənətlərlə məşğul olmaq haramdır.
Sual: Sualı ünvanladı Amine: Eleykum,istihazeli qadin namaz esnasinda qan görse namaz batil olur?vasvasiliq sebebi ile chox su israf eden günah qazanirmi?chox yemek günahdir?sefere chixan adam neche mesafeden sonra namazi 2 ruket qilsin? cavabi e-maile yazsaniz daha yaxwi olar.ALLAH razi olsun.
Cavab: Salam. Qadın özünə elə bir formada panbıq qoymalıdır ki, namaz qılarkən ondan qan xaric olmasın. Əgər qan xaric olsa namaz batil olur. İsrafçılıq haramdır. Səfərə çıxan adam 22,5 km-dən sonra namazını qəsr (səfər namazı kimi) qılmalıdır.
Sual: Sualı ünvanladı Zeynəb: Salam Eleykum,Namazda qadina hansi emel mehruh ve hansi emel müstehebdir?
Cavab: Salam. Bu əməlləri əldə etmək üçün risaləyə müraciət etmənizi xahiş edirik.
Sual: Sualı ünvanladı Fatimə-Məryəm: Salam Eleykum,haram pulla mes:selemle alinan eshyani halal etmek üchün ne etmek lazimdir?qadin hansi hallarda heyat yoldashina itaet etmeye biler?zeruret halda hicabi achmaq olarmi?
Cavab: Salam. Əgər sələm alıbsızsa, sələm aldığınız insanları tapıb onlardan aldığınız məbləği qaytarmalısınız. Yox həmin insanlar artıq yoxdularsa, onda o adamların əvəzindən həmin məbləği sədəqə verməlisiniz. Aldığınız sələm pullarını qaytardıqdan sonra əlinizdə sələm pulu ilə aldıqınız şeylər halal ola bilər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı