www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Xəyalə: Salam. Qadin berberi olmagin eybi var? Sualimi cavablandirsaniz,sevinerem.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Qadının qadın bərbəri işləməsinin eybi yoxdur. Amma həmin işlədiyiniz yer elə olsun ki, naməhrəm kişilər, saclarını düzəltdirən qadınları, saçı açıq halda görməsin. Və bu kimi dəgər dini hökmlər gözlənilsin.
Sual: Sualı ünvanladı Xəyalə: Salam. Dualar yazilmis vereqi atmaq isteyiremse,onu atsam (mes denize) gunah olar? Evvelceden minnetdaram.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, günah yoxdur. Əksinə suya (dənizə, çaya) atmaq lazımdır.
Sual: Sualı ünvanladı Anar: Salam.bilmek.olar.yehudiler.....
Cavab: Salam. Sual mövzuya aid deyil. Hələki belə suallara cavab vermək imkanımız yoxdur. Amma inşallah yaxın zamanda belə suallar da cavablandırılacaq. Üzrlü sayn, əfv edin.
Sual: Sualı ünvanladı Reshad: QADIN QETI SURETDE BOWANMAQ ISTEYIRSE ER TELAQ VERMIRSE NE ETMELI.PIS REFTAR DOGRU DURUST EHTIYACLARI ODEMIR BUNA QADINI HAQQI CATIRMI BOWANMA TELEB ETSIN.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məsələləri olduğu kimi yazın və həmin kişi ilə həmin qadının da telefon nömrəsini həmin məktuba yazıb Sistani ağanın rəsmi saytına göndərin.

(Sayt tərəfindən: Oradan özləri əlaqə saxlayıb, məsləni həll edəcəklər. Sistani ağanın tərəfindən ümumilikdə yer üzündə təlaqa baxan cəmi iki nəfər var. O iki nəfər də Azərbaycanda deyil. Çarə sayta müraciətdir. Yaxud da İraqla əlaqə yaratmaq.)
Sual: Sualı ünvanladı Balabey: salam desdemazsan once eliyas yeni elimi yumusam elim yasdi elim yas yas gelib desdamaz alsam desdemazim batil olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, batil deyil.
Sual: Sualı ünvanladı Balabey: salam eyaq yoluna getdiyde gucendiyde menin gelmeyi insanin boynuna qusul getirimi etrafli deyerdizde gucendiyde spermanin gelmeyi?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Əgər spermanın gəlməsinə yəqininiz yoxdursa onda sizin boynunuza qüsl gəlmir. Amma, yox əgər yəqininiz varsa ki, gələn spermadır, onda qüsl verməlisiniz.
Sual: Sualı ünvanladı Azər: Qadin zina edib yoldashina xeyanet edibse kishi qadini boshadiqda onun mehriyyesini vermelidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, mehriyəni ödəməlidir.
Sual: Salam əziz izləyicilər. Sabah cümə günü (1-mart) bizdən cavab gözləməyin. Dəftərxanalar tətil edir deyə, bizdə tətil etməyə məcburuq.
Cavab: Cümə namazlarında sizlərdən dua istəyimiz var...Allah qəbul etsin...
Sual: Sualı ünvanladı Aybeniz: salam. eger otaqda qible terefde divarda sekil varsa yoldasim onu goturmeye icaze vermirse onun ustune nese 1 sey ortub namaz qilmaq olarmi? bele halda namaz qebuldurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar! Namaz səhihdir.
Sual: Sualı ünvanladı Anar: Salam.menim.evde.2mim.manat.pulum.var.amma.ehtiyacim.olduqda. xerclemeyib.o.pulu.qesden.saxlamisam.indide.o.pula.ehtiyacim.var.amma.genede.isteyiremki.saxlayim.gelecekde.lazim.olar.bilmek.isteyirem.o.pulun.xümsünü.vermeliyem.xais.edirem.etrafli.yazin.tesekgül.edirem.
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli, xüms verməlisiniz.
Sual: Sualı ünvanladı Anar: Salam.serab.satilan.maqazinden.halal.basqa. nese.almaq.olar.o.maqazine.girmek.olar
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Əgər əl çatan yerdə spirtli içgi satmayan mağaza varsa ehtiyat edib almayın. Amma əgər spirtli içki satan mağaza yoxdursa və ya elə uzaq olsa ki, ora getmək çox çətindi, onda oradan halal olan şeyləri almağın eybi yoxdur.
Sual: Sualı ünvanladı Elshen: Salamun aleykum.xais edirem suala aga Sistaninin defterxanasindan cavab verin.basa tuk ekdirmek olar? hekim deyir ki 10 gun basa el deymek olmaz.nece eliyim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar. Əgər başa tük əkdirdikdən sonra məsh etməməyə məcbur olarsa, onda təyəmmüm etsin.
Sual: Sualı ünvanladı Təhmasib: Salam Telefonda dini mahni dini sekil olarsa o telefonla tualete girmey gunahdi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Eybi yoxdur!
Sual: Sualı ünvanladı Resad: Qadin kiwiden qeti suretde bowanmaq isteyir,Pis reftar tehqir ehtiyaclari laziminca odemir.qadin bu kiwinin yaninda ruhen cox eziyyet cekir,xaiw edirem cixiw yolu nedir
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Qadın təlaq istəyə bilər və kişi istəsə təlaq verə bilər. Amma kişi təlaq verməsə və qadının boşanmaq üçün dəlilləri lazım olan həddə olsa ki, şəri hakim (mərcei-təqlid və ya onun nümayəndəsi) həmin dəlillərə baxıb, bu dəlillərin boşanmaq üçün doğru dəlil olduğunu görsə, onda şəri hakim də bu təlaqı verə bilər.
Sual: Sualı ünvanladı Aqsin: salam aleykum.su saygaci ozu xarab olub ev yiyesi mudaxile etmeyib.amma su idaresine muraciet etmir ki,onu duzeltsinler.o evde alinan desyemaz duzgundurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Su idarəsinə xəbər verilməlidir. Əks halda həmin sudan istifadə işğallıdır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb) salam. burdaki sualdan mende sual yarandi, bele cixirki bir insan neceki muselman oldugu lakin namaz qilmadigi vaxtlarin butun qeza namazlarin qilmalidir,onda butun hansi tebiyet hadiseleri baw veribse o vaxtlarda da onlarinda qqeza niyyetile ayet namazlarin qilmalidir??bele olmalidir?umumiyyetle tebiyyet hadiseleri zamani ayet namazi vacibdi yoxsa musteheb??bunlar hamsi bir suala ayid suallardi,, Rehberedi teqlidim.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ayət namazları vacibdir və siz bilsəniz ki, filan vaxtı ayət namazı vacib olmuşdu-onda bu ayət namazı digər vacib namazlarınız kimi qəza namazları sırasında qılınmalıdır.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. ....................... Sədəqə alan şəxsin xüsusiyyətləri nələrdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sədəqə alan şəxsin xüsusiyyəti budur ki, onun gəliri elə olsun ki, qazancı ya olmasın ya da olarsa yemək-içməyinə və digər xərclərinə, orta həddə çatmasın.



Xahiş edirik sualın birinci hissəsini ayrıca müstəqil sual kimi ünvanlayın. Bir sualın daxilində iki suala cavab vermirik-üzrlü sayn. Qatışıqlıq olur.
Sual: Sualı ünvanladı Şiə: Salam aleykum. Sistani ağanı təqlid edirəm. Əgər bir kəs məndən filan bir günahı etdiyimi soruşursa (hər hansı bir məhkəmə yaxud təhqiqat üçün yox, sadəcə maraqlanır), mən öz abrımı qorumaq üçün etdiyim halda "etməmişəm" deyə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin insana başa salın ki, belə suallar vermək haramdır və siz abırınızı qoruya bilərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.yatanda.kelmeyi.sehadet.deyende.sesli.demeliyem. yoxsa.üreyimde.düzgünün.yazin.tesekùl
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: İxtiyar sahibisiniz, istədiyiniz kimi deyin.
Sual: Sualı ünvanladı Fərrux: (Mekarim aga defterxanasi) Salam Evvala Allah razi olsun serait yaratmisiz. Heç bilmirem hardan baslayim. Menim atam Topazda Qumar verir udur haram pul qazanir. Hemin puldan eve erzaq alir bizde mecbur olub yeyirik acimizdan ölememeliyik ki. Ne qeder deyirik xeyiri yoxdu. Özunuzde bilirsizki Atadi derine getmey olmur Bir söznen haram yeyirik. Anam qardawim hec buna fikir vermeyib yiyiller ama meni narahat edir. Allah qarsisinda ne deyeceyik. Xais edirem kömek edin men ne edim?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Siz özünüz işləyin və öz halal qazancınızdan istifadə edin. Yox əgər işləyə bilməsəz və ya digər elə maneələr olsa ki, həmin haramdan yeməyə məcbursuz, başqa yol yoxdur, onda zərurət həddində yeyin. Yəni yeməkdə həddi aşmayın-məcbur olduğunuz təqdirdə yaşamaq həddində haramdan yeyə bilərsiz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı