www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Aybəniz: salam men sual verdim ki foto sekileri tullamaq olarmi? dediz ki xirdalayib tullamaq olar.sonra yene sorusdum ki bes sekilleri xirdalayib tullayanda gunah olmaz yazdiz ki beli olar.bunu nece basa dusmek olar cavabi
Cavab: Salam. Bəli, olar, tullayın.
Sual: Sualı ünvanladı Zahir: ov itleri pak hokmunddedir? itlrin qulagini keskek olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: İt murdardır və onun qulağını kəsmək heyvana əziyyət sayıldığı üçün olmaz.
Sual: Sualı ünvanladı Zeynəb: salam. Sistani agaya teqlid edirem. Dersde namaz qilmaq ucun xususi yer yoxdu. Gec vaxtlarda eve qayitdigima gore namazim qeza olur. Ona gore namazimi univerin bow otaqlarindan birinde qiliram. Bu haqda rehberlik terefinden qadagalar olmayib. Bele halda orada icaze almadan qildigim namaz sehihdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, səhihdir.
Sual: Sualı ünvanladı Bəhruz: muselmanlara gelyan cekmey haramdir yoxsa mekruh yoxsa gunahdir cavab vererdizde zehmet olmasa?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəlyanın ciddi zərəri olmasa haram deyil-çəkmək olar. Ciddi zərəri olmasa nə haramdır nə də məkruh.
Sual: Sualı ünvanladı Zeynəb: Salam. Sistani agaya teqlid edirem. Eger walvar pakdirsa onun uzerinden geyinilen uzun don necisdise onunla namaz qilmaq olar? ......
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, nəcis donla namaz qılmaq olmaz.

Sualınızın ikinci hissəsini lütf edib təkrar ünvanlayın. Bir sualın daxilində iki sual bizə problem yaradır. Biz demirik ki, siz gün ərzində yalnız bir sual ünvanlayın. Yəni, sizə lazım olan bütün şəri məsələləri ünvanlasaz, biz cavab almağa hazırıq. Yalnız bir xahişimiz var ki, sualları bir-birndən ayırıb ünvanlayın. İstəsəz gün ərzində 10 sual ünvanlayın, amma bir-birindən ayrı. Üzrlü sayın və əfv edin-təşəkkürlər.
Sual: Sualı ünvanladı Rəvan: SALAMUN ALEYKUM NECE MANATIM OLSA MENE ZEKAT VACIB OLUR VE NE QEDER VERMELIYEM,TESEKKURLER.
Cavab: Salam. Zəkat bu üç dəstə şeyə gəlir:

1-Dəvə, inək və qoyun;

2-Nəqdeyn (Qızıl və gümüşdən dinar və ya dirhəm olarsa ki, bazarda onunla al-ver edilsin)

3-Buğda, arpa, xurma və kişmiş.

Siz bizə yazın ki, bunların hansından nəqədər varınızdır və biz sizə cavab yazaq. Yox əgər sizin məqsədiniz xümsdürsə, xümsün məsələsi belədir: Xüms üçün işə başladığınız bir günü xüms günü götürürsüz. Və gələn il həmin gün illik xərcinizdən artıq nə qalsa həmin məbləğin beşdən birini xüms ayırırsız və yerinə çatdırırsız.

(Yəni bəzi insanlar var ki, onlara zəkat ödəmək vacib olur və bəzi insanlar var ki, onlara xüms ödəmək vacib olur. Amma elə bir insan olsa ki, məsələn həm qoyun saxlayır və həmdə al-ver edir, onda həmin insana həm zəkat ödəmək və həmdə xüms çıxarmaq vacib olur.)
Sual: Sualı ünvanladı İxtiyar: salam eleykum sistani agaya görə şahmat mutləq şəkildə haramdir sistani aga yazir kı şahmat oynamaq ister pulla olsun ister pulsuz haramdir iki neferin kampuyterle bir biri ile oynamasi da haramdir ter basina da kamputerde oynamaq haramdir bu sozleri sistani aganin risalesinden oxumusam xais edirem neye gore sistani aga mutleq sekilde sahmati haram buyurur yazasiniz
Cavab: Salam. Üzrlü sayn-belə bir imkanımız yoxdur. Sual mövzumuza aid deyil.
Sual: Sualı ünvanladı Zahir: 8 MART GUNU MUNASIBETI ILE MUSELMANLAR BIR BIRINI TEBRIK EDE BILER?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Zahir: ......................................................................YAXUD AVTOBUSA MINDIKDE ORDA FESAD MUSIQI OXUNURSA IMKAN VARSA AFTOBUSDAN DUSMEYE DUSMEK VACIBDIR?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Avtobusda belə musiqi olarsa onda əmr be məruf və nəhy əz münkər etməlisiniz. Əlbəttə əmr be məruf və nəhy əz münkərin şəraiti varsa. Avtobusdan düşməmək lazım deyil. Siz o musiqiyə qulaq asmayın.



Sualınızın birinci hissəsini yenidən ünvanlayın. Çünki hər sualın içində yalnız bir suala cavab verilir. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Ağabala: (Mekarim aga) Salam xalamqizi mene el uzadib görusmey istiyir men görusmurem diyirem islam dini buna icaze vermir oda deyirki e$i. Ama menen kusur qelbi inciyir mende özumu pis hiss edirem mene kömek edin qurban olum.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz düz edirsiniz. Onu anladın ki, Allah bu işi haram buyurub. Yox anlamaq istəmirsə, onda narahat olmayın.
Sual: Sualı ünvanladı Muvsum: salam sintizatorda calinan musiqilerde haramdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər çalınan müsiqi fəsad məclislərinə uyğundursa və ya ğinadırsa, onda haramdır.
Sual: Sualı ünvanladı Bəndə: salam.xeyir eksine tez muraciet etdiyimden gormurem.dunen size yazandan20deq sora burdaki cvblar geldi.ama2gundu emeyle cvb gelmeyib.vallah gelmeyib.axi o suala siz ozuz yazmiwdizki yazin yol gostereriy.sual wexsi oldugundan ora yolladim.belke hec sualim catmayib size
Cavab: Salam əziz qardaş. Siz sualı bura göndərməyibsiniz. Sualı göndərdiyiniz yer düzgün deyil. Biz e-mailla cavab veririk, sual qəbul etmirik. Sizin bu yazdığınızı gördükdən sonra, e-maila keçib o sualın e-maila gəldiyini gördük. Amma cavab ala bilmədik. Çünki, müctehid seçimi yox idi. Siz həmin sualı təkrarən bura ünvanlayın. Amma cavab Cümə günündən sonraya qalacaq. Çünki mərcei-təqlidlərin dəftərxanaları cüməni tətil edir. Üzrlü sayn-anlaşılmamazlıq olub. Təşəkkür!
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum.Cavablara gore chox saq olun.Ayat namazi zelzeleden 10 deqiqe sonra qilinsa qeza olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, əgər ayət namazı zəlzələ üçün olsa 10 dəqiqə sonra qəza olmur. Bu 10 dəqiqəni də yubadmaq məsləhət görülmür. Amma zəlzələdən başqaları fərq edir.
Sual: Sualı ünvanladı Emin: Bismillah. Şam namazı 18:38 -da Sübh azanı isə 05:09 -dadır. Mən isə məğrib namazını 23.59 da başladım 00.03 de qurtardım. . . Siz bəzi yerdə şam yazmısız bəzi yerdə məğrib. Bunlar eyni şeydilərdə düzdü ? Mərcei-təqlidim Ayətullah Sistani Ağadır.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər siz bilmədən namazı bu vaxta saxlayıbsınızsa namazınız qəza deyil. Yox əgər bilərəkdən namazı bu vaxta saxlayıbsınızsa onda namazınız qəzadır. Və qəza olduğu təqdirdə əda niyyəti ilə qılıbsınızsa onda namazı təzələyin.

Şam namazı ilə məğrib namazı eyni şeylərdir.
Sual: Sualı ünvanladı Hech: Salam Eleykum.Allah razi olsun. Kiwinin ne zaman heyat yoldawinin zeruri maddi ehtiyaclarin /yemek,geyim ve s./qarwilamamaq haqqi var?
Cavab: Salam. Siz sualın özün yazın. Deyin, məsələn filan işi görən qadının kişisi onun həyat yoldaşının ehtiyaclarını qarşılamaya bilər?! Bizdə cavablandıraq.
Sual: Sualı ünvanladı Meryem: Salam Eleykum,kiwi internetde bawqa qadinlarla munasibet qurursa,qadinin bowanmaq haqqi varmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir. Buna görə qadının boşanmaq haqqı yoxdur. Amma günah edirsə onda əmr be məruf və nəhy əz münkər edə bilərsiz. Əlbəttə əmr be mərufun və nəhy əz münkərin şəraiti varsa.
Sual: Sualı ünvanladı Nendi: Salam.namehremle elcekle goruwmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz.
Sual: Sualı ünvanladı Bir dost: Salam.exlaqsizliqi tebliq eden saytlardan exlaqa zidd olmayan,yuklemeler etmek/oyun,musiqi ves/olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İki şərtlə olar:

1-ci: Həmin sayta girmək fəsada səbəb olmasın;

2-ci: O sayta gimək həmin saytı təbliğ etməsin. (Məsələn saytların reytinq cədvəlində siz daxil olduğunuz üçün həmin fəsad saytının pilləsi yuxarı qalxır və o təbliğ olur.

Amma ikinci şərt olmazsa, onda birinici şərt də problem yaratmazsa eybi yoxdur.)
Sual: Sualı ünvanladı Anar: Salam.bilmek.isteyirem.telvizorda.kecirilen.loteriya. alib.yoxlayib.istifade.etmek.olar
Cavab: Salam. Xeyir, bu qumar sayılır və haramdır.
Sual: Sualı ünvanladı Anar: Salam.telfonda.dini.sekiller.hedisler.ve.mahnilar.saxlamaq.olar.tesekgüller
Cavab: Salam. Belə şeyləri telofona atmağın eybi yoxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı