www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.insan.pakdirsa.eger.ona.cinmek.neçe.günden.bir.vacib.olur.
Cavab: Salam. Baxın imkanınıza. İslam təmizliyə qiymət verir. İmkan varsa bu işi vaxtlı vaxtında görün.
Sual: Sualı ünvanladı Anar: Salam.telvizorda.olur.ki.kamediya.verilir.meselen.rafail.ve. cosquna.baxa.bilerem.günah.deyilki.tesekgüller.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər fəsada səbəb olmazsa, onda baxmaq olar.
Sual: Sualı ünvanladı Anar: Salam.mene.namehrem.qadinlarla.deyib.güle.bilerem.
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Anar: bSalam.bir.yaxinimin.qebirin.ziyaret.edende.özüm.yasin.oxuya. bilerem.ne.deyib.oxumaliyam.birde.ucadan.oxumaliyam.
Cavab: Salam. Bəli, oxuya bilərsiniz. Ucadan və ya yavaş. Sadəcə qəlbinizdən keçirməyin. Səslə oxuyun. Səsin yavaş və ya bərk çıxması isə öz məsləhətinizə əsasəndir.
Sual: Sualı ünvanladı Anar: Salam.men.qebiristanliqa.gedende.ne.demeliyem.orda.
Cavab: Salam. Nə istəsəniz, xeyir niyyəti ilə deyin.
Sual: Sualı ünvanladı Mehriban: salam,refiqemle bagli yazmishdim-pristuplari tutur-ya ruh yada cindi-yada ne bilim..eger onun pristupu menim yanimda bash verse-sesi deyishilir-gozlerin oyur-qorxulu olur-fikirlehirem-bashina sigal cekib Bismillah deyim3 defe-ne bilim salavat, fatihe,ayetil kurusu..bildiklerim bunlardi..-deyim hernedise cixsin canindan-qizi rahat buraxsin..goresen komek olar? ama menim betnimde 8ayliq ovladim var-goresen mene ve ya ovladima neise olmaz?
Cavab: Salam. Həkimlər stress keçirmənin uşağa zərərli olduğunu deyirlər.
Sual: Sualı ünvanladı Mehriban: salam..namaz qilmiram,,buna sebeb geyimimdi..bashi aciq, dizden azaciq yuxari,qisaqol-kimano-bel aciq..bu sebeblerden belkemde namaz qilmaga cekinirem-ve hazir hiss etmirem-aciq saciq geynimeyim o demek deyilki men terbiyesizem-exlaqim-ailem-ushaqlarim-yoldashim-shukur hamisi yerinde.. sual: bele geyinib -amma namaz qilsam--goresen qebul olunarmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Siz namaza başlayın və namaz üstə əllər və üz istisna olmaqla qalan yerlərinizi örtün. Belə etsəniz namazınız qəbuldur. Və inşallah tədricən Allahın hidayət nuru qəlbinizi elə əhatəyə alar ki, namazdan qeyri vaxtda da örtünərsiz və hal-hazırda geyindiyiniz kimi geyinməzsiz. (Məsələn, imkan varsa bir namaz paltarı alın. İmkan yoxdusa elə adi geyimlərlə namaz üstə örtünün. Elə örtünün ki, əllər və üzdən başqa bədənin bütün yerlərində dəri görünməsin. Ayaqlarda da, məslən corabla.)
Sual: Sualı ünvanladı Mehriben: salam,men Allaha cok inaniram-amma namaz qilmiram-nedense ozumu tam hazir hiss etmirem..yemek yedikden soram hetta shukur etmeyi bele dilde utaniam-ureyimde deyirem.. ureyimde Allahnan cok danishiram-bilmirem o meni eshidir?ne derecede duzgundu urekde danishmaq?
Cavab: Salam. Eybi yoxdur. Amma Allah bizə hamıdan yaxındır. Bizi yoxdan var edən və bizim əsl sahibimizdir. Buna görə də Allahdan utanmayın.
Sual: Sualı ünvanladı Mehriban: salam,her bir muselimanin dini adi olamidi? yeni metirkada 1, amma qulagina diger dini ad oxunmalidi?
Cavab: Salam. Xeyir, belə şey yoxdur. Yaxşı olar ki, insan övladının adını peyğəmbərlərin və ya pak İmamların adları ilə adlandırsın. O cümlədən qız uşaqları üçün, Fatimə, Zəhra, Xədicə, Asiya, Məryəm, Zeynəb və bukimi digər adlar. İnşallah bu adlar uşaqların əxlaqında öz nuraniyyətindən bir əsər qoyar.
Sual: Sualı ünvanladı Mehriban: salam,refiqem metisdi-aile qurmayib artiq 33 yashi var-1problemi onu pristuplar tutur-getmediyi hekimler qalmayib-butun muayineden kecib-SAGLAMdi! 1nefer dedi ki seni ruh tutub-hemde guya 3 neferin ruhu imish-soram o 1 nefer neise etdi 1 ruh qalib caninda-o cixandan soram qizin heyati duzelecek..ve klseye getmeyi meslehet gorub..Refiqem komek isteyir-mecide dua yaziblar,onu ustunde gezdirir..efsuslar hec 1komeklik gormuruk-dahada pristuplar goze carpir(pristuplari:O, o an hecneyi xatirlamir..gozlerin oyur-sesi deyishilir,qalinlashir-nese rus dilinde basha dushulmez danishir,ushudur,elleri qiciyir-sanki kimse tutub ve buraxmir-1soznen qorxuludu) men bileni Ruhlar Allahtalanin himayesinde huzurundadir-belkem cin dir-onun icindeki? Sualim:nece komek ede bilerik?
Cavab: Salam. Sizə iki kitab adı deyirik. Həmin kitablarda bu mövzulara aid çoxlu dualar var. Həmin kitabları tapın və onlardan istifadə edin:

1-ci: Hilyətul-müttəqin;

2-ci: Məfatihul-cinan.
Sual: Sualı ünvanladı Mehriban: salam, sualima cavab verdiniz cok sagolun,, yoldashima deyirem qelyan haramdir-o cavabda deyirki:eger haramdirsa bes niye iran museliman olkesi onu satir diger sualim: eger qelyan cekmek haramdirsa-niye iran museliman olkesi onu satir?
Cavab: Salam. Qəlyan və siqaret dində birbaşa haram deyil. Onların haram olmasına dəlil "Bütün cana ziyanlı olan şeylərin haram olmasıdır". Ayətullah Məkarimdən başqa isə onların haramlığına fətva verən yoxdur. Digər Mərcei-təqlidlər deyir ki, cana ciddi ziyanı olarsa haramdır. Bunun müqabilində, bəzi insanlar deyir ki, xeyir, cana ciddi ziyanı yoxdur. Məsələn, filankəsin 80 yaşı var və 60 ildir siqaret çəkir amma siqaret onun sağlamlığına zərər vurmayıb. Və bəzi mərcei-təqlidlər var ki, bu işi icazəli sayır. Məsələn Mərhum Ayətullah Fazil-lənkərani siqaret çəkməyin, eybi yoxdur-buyururdu. Amma buyururdu ki, kiminsə cismi elə olsa ki, ona bu şey ziyan olsun, (məslən xəstə olarsa və bukimi xüsusi şeylər) onda həmin insana haram sayılır.
Sual: Sualı ünvanladı Araz: Salam men her gun Ayetul kursusuni Ehli-beytden bir nefere (Meselen bir gun imam Huseyne bir gun xanim Zehraya ve .s.) Ehsan eliyirem bu bir gunah deyilki?
Cavab: Salam. Xeyir, günah deyil. Əksinə savabdır.
Sual: Sualı ünvanladı Azer: Salam Tesbehle zikr nece olur? Yeni nece defe Diyiller, hansi sözleri diyiller ( mekarim aga
Cavab: Salam. Ayətulah Məkarim-dəftərxana: 34-dəfə Allahu-əkbər. 33-dəfə Əl-həmdu-lillah. 33-dəfə Sübhanəllah.
Sual: Sualı ünvanladı Muslim: Əssalamu əleykum. Keçən dəfə lotoreya ilə bağlı sual göndərmişdim ki, bir nəfər udub. Siz də dediniz o pul haramdır və sədəqə verməlidir. Həmin şəxs bu pulu sədəqə kimi öz oğluna yaxud oğlunun arvadına verə bilərmi? Çünki oğlugil kasıbdır və evə ehtiyacı var, ala bilmirlər.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, evin olmaması fəqirlik əlaməti sayılmır.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Keçən dəfə sizə sual ünvanlamışdım, su sayğacına müdaxilə edən şəxsin dəstəmazı barədə. Buyurduz ki, batildir. Əgər ona dindar şəxslər səhv məlumat veriblərsə, o da suyun mübahlığına zərər gəlmədiyini və işğalı olmadığını düşünübsə, yenə hökm eynidir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əvvəlki namazlarınız səhihdir. Amma bundan sonra o su ilə dəstəmaz almanız olmaz.

Əgər həmin evin sahibi öz namazlarının səhih olmasını istəyirsə gedib su idarəsinə buvaxta kimi ödəmədiyi məbləği ödəsin. Məbləğ məlum deyilsə, onda onların razılığın qazanacaq bir məbləğ təqdim etməklə müsalihə etsin.
Sual: Sualı ünvanladı Aybəniz: salam siz yazdiz ki foto sekilleri xirdalayib tullamaq olar. yene de sekildi de tullamaq gunah olmaz ?
Cavab: Salam. Bəli, olar!
Sual: Sualı ünvanladım Anar: Salam.sisden.xaisim.budurki,men.gün.erzinde.üreyimde.bu. sözleri.deyirem.1ci.deyiren.Allahuma.qurbbn.olum.qurban.olum.Allahuma.2ci.deyirem.Allahuma.sükür.min.sükür.çox.sükür.lap.çox.sükür.ALLAHUMA.3cü.deyirem.la.hevle.vela.qüvvete.illa.billah..bu.sözleri.ardicil.her.gün.deyirem.amma.üreyimde.deyirem..men.günah.qazanmis.olmuramki.esarda.qurbn.olum.sözünde.tesekgüller.
Cavab: Salam. Xeyir, günah deyil.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. selem ve riba nedir?ikiside ayri ayri sozlerdise menasin bawa salardiz zehmet olmasa,bu sozlere cox rast gelirem ve tam kamil wekilde menasin bilmirem. bilmemek eyib deil, inweAllah siz yazdiqdan sonra bilmiw olaram. vesselamu aleykum!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kimdənsə pul götürür və o pul verən deyir ki, mənə bu pulun üstündə hər ay filan qədər pul verəcəksən. Yəni pul götürüb onun üstündə şərt olunmaqla pul vermək sələmdir. Ribada həmin şeydir.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Əgər bir şəxs zöhr və əsr namazlarını qılsa, sonra isə zöhr namazının batil, əsr namazının isə səhih olduğunu anlasa, zöhr namazını təzələdikdən sonra, əsri də təzələməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, əsri təzələmək laızm deyil.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.Sistani aganin nezerine gore destemaz alib namaz qildiqdan sonra destemaz uzvlerinde 1 maniye gorse ve bilmese destemaz alanda bu maniye olub ya yox qildigi namaz duzgundur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, dəstəmaz düdür. Namaz da düzdür. Hətta o dəstəmazla yeni namaz da qıla bilərsiniz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı