www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Müşviq: Oz obyektimde(yeni maqazada) xaricden gelen toyuq ve onun hisseleri(yeni-bud,qanad,ichalat ve s.) sata bileremmi? Sistani aqanin defterxanasindan xahish edirem cavab veresiniz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlman ölkəsindən gəlməzsə, şəri qaydada zibh olunmalarına (başlarının kəsilməsinə) yəqininiz olmazsa-onda onları satmaq olmaz.
Sual: Sualı ünvanladı Hesen: SALAMUN ALEYKUM ETI CIY CIY YEMEK HARAMDIR YA MEKRUH?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nə haramdır, nə məkruh.

(Türklərin "çiy köftəsi" kimi)
Sual: Sualı ünvanladı Möminə: salam,evde heyvan fiqurlarini saxlamaq olar?meselen.miwka.peleng,dovsan ve s,bunlar olan eve melekler gelmir duzdu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur. Amma bu şeylər namaz qıldığınız otaqda olmasın. Əgər belə olsa, onda məkruhdur.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum. Bir müsəlman şəxsin,rəhbərlik etməklə ustalar\sənətkarlar\olaraq bir neçə işçisi vasitələri ilə bir yəhudinin mebel v.s. sifarişlərini əvvəlcədən danişilan müəyyən bir məbləgə tam icra edir.Sifarişlərin yəhudinin köməkçisinin dediyi kimi laziminca yerinə yetirilməsinə baxmayaraq,sonradan danişilan məbləgi tam ödəməmək niyyəti ilə yəhudi heç bir əsasi olmadan görülən işlərdə cürbəcür haqsiz güya ki nöqsanlar irəli sürərək müsəlmanin\iş rəhbərinin\almali olmali qazancinin xeylaq hissəsini kəsərək vermir.Danişilan məbləgin isə bir qədəri isə əvvəlcədən ödənilmişdir.Hətta yəhudi müsəlmana deyir ki,haqqimi sənə halal etmirəm.Belə olan halda yəhudinin halalliq verməsinə ehtiyac varmi - ümumiyyətlə şər"i baximdan müsəlmanin yəhudidən halalliq almasina ehtiyac varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər yəhudinin haqqı yeyilibsə, bəli, halallıq alınmaldır. Yox əgər yeyilməyibsə, onda halallığa ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum. Bir kitab köhnəldikdən ondan istifadə edərək nəşriyyatda onun əsasinda oldugu kimi\heç bir dəyişiklik aparmaq niyyəti olmadan\yenilənmiş bir kitab çap edilirsə və həmin kitabdan bir neçə nüsxə çap olunaraq başqalarina bəhrələnmək üçün təmənnasiz vəqf edilirsə-bu işdə haramliq varmi,müəllifdən halalliq almaga ehtiyyac varmi?\Vaxti ilə həmən köhnəlmiş kitabi şəxs öz vəsaitinə alib\ ..........
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olmaz. İcazə alınmalıdır.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum. Sistani Agaya görə siqaret çəkmək haramdir?Əgər haramdirsa onda onu alana,almaq üçün maddi yardim edənə v.sair bu kimi işlərdə ortaq olan şəxs də harama düşmüş olur? ..............
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər şiddətli zərəri yoxdursa haram deyil. Siqaret almaq üçün kimsə pul verməyin eybi yoxdur.
Sual: Sualı ünvanladı Tahir: BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.ƏsSəlamu ələykum. Namazin hansisa bir rəkətinin iki səcdəsinin birinin zikrində SübhanƏllah demək əvəzinə səhvən salavat deyilibsə namaz səhihdirmi? \alin yerə səhih qoyulub-səcdə niyyəti ilə\Əgər yox,bu halda nə edilməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər səhvən olubsa eybi yoxdur və namaz səhihdir. Bilərəkdən olarsa namaz batil olur.
Sual: Saulı ünvanladı Balabəy: aqa salam isleyirem namaz vaxdi catir atam imkan vermir gedib qilmaqa ordada imkan yoxdur ki qilam ne etmey duzgundur?
Cavab: Salam. İmkan yoxdur yəni nə yoxdur? Nə yoxdursa onu yazın və sonra biz sualınıza cavab alaq.
Sual: Sualı ünvanladı Balabey: salam demino oynamaq haramdir men isyerinde ecahan olduqda demino oynuyuram haram deyil?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qumar aləti deyilsə, onda oynamaq olar.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Essalamu aleykum! istihaze qani hansi qandir??hansi hallarda baw verir ve quslu nece olur?bular hamsi bir sualdi sadece istihazeye aid tam kamil wekilde sizden cavab gozleyirem. Allah razi olsu!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstihazə qanı adətən sarı, soyuq, duru olur və heyz qanının əksinə yandırmadan gəlir. Istihazənin günləri 3 gündən az və 10 gündən çox ola bilər. Bəzi vaxtlar heyz qanı bitdikdən sonra istihazə qanı cari olur. Əgər qadının heyz adəti 10 günü keçsə, 10 gündən sonrakı günləri istihazə hökmündədir. Əgər qadının sabit adəti varsa və heyz qanı görmək adətinə 5 gün vaxt qalırsa və həmin vaxt qadın özündə elə bir qan görürsə ki, həmin qan heyzin xüsusiyyətlərinə malik deyil, (məsələn bu qan heyz kimi 3 gün davamlı deyil, rəngi qara deyil və sair heyz xüsusiyyətləri) həmin qan istihazə qanı hesablanır və aşağıda qeyd olunan hökmlər onun halına şamil olur.

İstihazə üç cür olur:

1-Qəlilə: Hökm-Qadın özünə panbıq qoyur və istihazə qanı panbığın yalnız zahirinə toxunur. Belə olduqda qadın həmin panbığı dəyişməli və ya yumaqla yanaşı hər namaza bir dəstəmaz almalıdır.

2-Mütəvəssitə: Hökm-Qadın özünə panbıq qoyur və istihazə qanı panbığın içinə keçir. Qadın panbığı dəyişməli və ya yumaqla yanaşı hər gün səhər bir qüsl verməlidir. Bu qüsl sübh namazından öncə verilməlidir. Mütəvəssitədə qadın qüsldən əlavə hər namaza bir dəstəmaz almalıdır.

3-Kəsirə: Hökm-Qadın özünə panbıq qoyur və qan panbığın içinə daxil olub, ondan cari olur və qadının özünə çöldən qoyduğu dəsmala (olveys və sair bu kimi şeylərə) dəyir. Belə olduqda qadın həmin panbığı dəyişməli və ya yumaqla yanaşı, sübh namazına bir qüsl, zöhr və əsrə bir qüsl (bu şərtlə ki, aralarında fasiləni az buraxsın), şam və xüftənə də bir qüsl (bu şərtlə ki, aralarında fasiləni az buraxsın) verməlidir. Hər qüsldən sonra namaz üçün dəstəmaz alınmalıdır. Amma aralarında fasiləni çox verərsə hər namaza bir qüsl verməsi vacibdir və hər namaza bir dəstəmaz da almalıdır.
Sual: Sualı ünvanladı Elmar: Salam.Belə şəkk etdikdə onda bənanı dördə qoyub namazı tamamlayısız və bir rəkət ehtiyat namazı qılırsız.Yəni ehtiyat namazı namaza bitisik qılıb eytiyat namazın sonunda təşəhhüd və salamları deyib namazı btiririk yoxsa necə?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazı bitirirsiz və qiblədən dönmədən ayağa qalxıb, niyyət edərək, təkbir demklə həmin bir rəkət ehtiyat namazını yerinə yetirirsiz. Təşəhhüd və salamı deyib, namazı bitirirsiz. Niyyeti yalniz qelbde edin-dile gətirməyin.
Sual: Sualı ünvanladı Aybəniz: salam.evvelki sualima aydinliq getirmek isterdim.men eksine yehudi ve xristian olan qebrstanliginda defn olunmaq istemirem.evimizin yaninda boyuk qebrstanliq var 2 tere bolunub yarisi muselman. yarisi da yehudi ve xristianlardi.basqa yerde de muselman qebrstanligi ola ola. muselmanlari 2 hisseye bolunmus ( yari yehidi ,xristian ) yari da muselman olan qebrstanliqda defn etmek olarmi?islam da buna icaze varmi ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər həmin qəbiristanlığın içində olan müsəlmanların və qeyri müsəlmanların qəbiristanlığı bir birindən ayrıdırsa və onlara iki ayrı ad deyilirsə, məsələn deyilirsə ki, bu müsəlman qəbiristanlığıdır və bubirisi məsihi ilə yəhidi, onda eybi yoxdur. Yox əgər ora bir qəbiristanlıq adlanırsa onda, orada müsəlmanları dəfn etmək olmaz.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.destemaz alanda uzu ve qollari yuyan zaman eli uzde ve ya qolda saxlayib uzu ve ya qolu hereket etdirsem destamaza iskal getirir(neceki mesh ceken zaman eli basa ve ayaqa cekmelidir neinki eli qoyub bas ve ayaga hereket vermelisen)
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu hökm məshlərə aiddir. Qeyri-məshdə fərqi yoxdur.
Sual: Sualı ünvanladı Emin: Bismillah. Cox saq ol Qardaw , amma coxda basa dusmedim, mene bunu deyinki men qeza etmeliyem megrib ve sam namazini ya yox ? esas mene bu lazimdi. Incimeyin , Tewekkurler .
Cavab: Salam. Sizin məntəqədə sübh azanı saat neçədədir? Və şam azanı saat neçədədir? Siz bu iki vaxtı bizə yazın və biz hesablayıb sizə cavab verək.

İncimədik, sizdə sağolun.
Sual: Salam əziz oxucular. Bu gün göndərilən 7-8 sualdan başqa bütün suallar cavablanıb. Bugün ünvanlanan sualların da əksəriyyəti cavablanıb. İlk 50 cavabın içində öz sual-cavabınızı tapmasanız-arxivə baxın. Çünki son 2-3 gün ərzində 100-dən çox sual-cavab səhifəyə çıxıb deyə, ola bilsin sualınız arxivə gedib.
Cavab: Diqqət-diqqət: Bundan sonra bir sualın içində bir neçə sual olarsa həmin sualın yalnız birinci hissəsinə cavab veriləcək və sualın içində olan digər suallar silinməklə həmin çoxsaylı suallara malik olan bir sual, bizim tərəfinmizdən bir sual həddinə kimi ixtisara salınacaq. Bu qanun 2\23\2013-tarixi axşam saat 22-30-dan sonraya şamildir.

Ümid edirik ki, bizi anlayıb-inciməyəsiniz. Məqsədimiz belə suallarda olan qatışıqlıqdan yaranan çətinliyin və oxucuların fikrində yaranması ehtimal olunan qatışıqlığın qarşısını almaqdır.

Sual: Sualı ünvanladı Behruz: Salam (Mekarim aga defterxanasi) Men bir futbolcuya azerkesliy edirem ama xiristiandi bu mene gunahdi?
Cavab: Salam. Bu suala cavab verilib. Cavabların içinə diqqətlə baxın. Özüdə ikidəfə cavab verilib.
Sual: Sualı ünvanladı Murad: Salam Men seriala cekilirem her gun yox cekilisden cekilise qa$imin ortasindan tam yox 3-4 dene tük goturmeli olurlar bu gunahdi? Ama mecburamda. (Mekarim agaya teqlid edirem) Suali ikinci defe verirem hele cavab yoxdu xais edirem cavab yazin. ALLAH RAZI OLSUN
Cavab: Salam. Bu suala cavab verilib. Cavabların içinə diqqətlə baxın.
Sual: Sualı ünvanladı Fatime: Salam Eleykum,ata uwaqi anasina gostermese ana ne etmelidir?umumi hokmu bilmek isteyirem,yeni ki,uwaq oqlan olsa ne etmelidir ana,qiz olsa ne etmelidir?uwaqi nece alsin?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ana oğlan uşağın iki yaşına kimi saxlaya bilər və haqqıdır. Qız uşağını isə yeddi yaşına kimi saxlaya bilər və haqqıdır. Bu yaşlar tamam olduqdan sonra uşağlar ataya çatır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Bismillahir -Rehmanir-Rehim. Salam aleykum. Men bir niyyet etmiwdimki eger iw duzelse 5manat pul verecem. 5manatda sedeqe vermek isteyirem. Bilmek isteyirem men o pula kitab alib her hansi momin qardawa hediye ede bilerem? Evvelceden tewekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, fəqirə sədəqə verməlisiniz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam bir kadin erinden 7 ildir ayrilib bir oglanla zina edib sonra kebnin tek basina erinin dilinden bosadim sozuyle gedib geri oxutdurub 40 45 gun sonra zina etdiyi oglanla yenede zina edib indi oglan namaza gelib nece etsinlerki onlar halal aile qursunlar bir birilerine cox ehtiyaclari var qurban size komek ederdizde onlara suali 3 defe yazilib cavab gelmiyib
Cavab: Salam. Biz sizin bu suala cavab vermişik. Arxivə diqqətlə baxın.

Ayətullah Məkarim dəftərxana: Onlar bir-birinə əbədi haram olublar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı