www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.men.qeza.namazimi.dalbadal.qila.bilerem.yeni.cenamazi. terk.etmeden.niyet.edib.belelikle.ne.qeder.istesem.qila.bilerem.mene.düzgün.nece.olur.ele.yazin.tesekgüller.
Cavab: Salam. Bəli, bu çox gözəldir.
Sual: Sualı ünvanladı Tacire: Salam narahatciliqa gore uzr isdirem. Bilirem sualim weri sual deyil amma ......................................
Cavab: Salam. Üzrlü sayn bacı. Fiqhi suallar maşallah o qədər var ki, digər suallara qəti vaxt edə bilmirik.
Sual: Sualı ünvanladı Momine: salam.menim ayagimda yara var.su olmaz vurmaq.desmal qoyub onun ustunden mesh ede bilerem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, inşallah sağalana kimi belə edə bilərsiz.
Sual: Sualı ünvanladı Süleyman: SALAM.dukan isledirem firmalarin pulunu ay erzinde verib qurtara bilmirem. Xums cixartmaq istirem ayliq gelirim firmalari odemir. Men xumsu hansi formada vermeliyem.
Cavab: Salam. Ayətullah Xəmenei-dəftərxana: Sizin illik xərcinizdən artıq gəliriniz olursa, onun beşdən birini xüms ödəməlisiz.
Sual: Sualı ünvanladı Anar: Salam.eger.namaza.yeterli.vaxt.qalmasa.gözdemeliyem.tam. qezaya.keçsin.yoxsa.yeterli.vaxt.olmadiqi.halda.ele.o.an.namazimi.qeza.niyeti.etmeliyem.xais.edirem.etrafli.basa.salin.tesekgül.edirem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Birinci rəkəti tam qıla biləcəyiniz qədər vaxt qalıbsa, əda niyyəti ilə qılın. Yəni qəza olmur belə olduqda. Birinci rəkətin iki səcdəsin bitirməniz lazımdır ki, qəza hesablanmasın.
Sual: Sualı ünvanladı Anar: Salam.men.gülen.insanam.çox.gülmek.olar?
Cavab: Salam. Hər şeydə orta həddi saxlamaq lazımdır.
Sual: Sualı ünvanladı Xezer: hamile qadin ana olduqdan sonra ne vaxt namaza davam ede biler?heyat yoldasin ailesinin raziligi olmadan hicab geymek olarmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Dünyaya uşaq gətirən anadan bir qan gəlir ki, Fiqhdə ona "Nifas" qanı deyirlər. Uşaq dünyaya gələndən sonra Nifas qanı dayanana kimi qadın namazı tərk etməlidir. Ana nifas qanı kəsildikdən sonra namaza başlamalıdır. Nifas qanının ən çox müddəti on gündür. Amma bu qan on günü keçsə, 10 gündən artılq günləri "istihazə" hökmündədir ki, istihazənin xüsusi əhkamı bu hala şamil olur. Bu o xanımlara aiddir ki, onların heyz qanında sabit adətləri yoxdur. Amma sabit heyz qanı günlərinə malik olan qadın həmin günlər qədər vaxtı nifas götürür və qalan hər nə qan görsə həmin qan istihazə hökmündədir.



Sual: Sualı ünvanladı Aybəniz: salam bu yaxinlarda kucede 1 qadin mene yaxinlasib kagiz verdi.orada yazilib ki Allahin adi Yehovadir.Muqeddes kitabdan numuneler gosterilib orada bu ne demekdir? tebligat aparirdi bu qadin.buna inanaq yoxsa yox
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma qısaca onu deyə bilərik ki, onlar İslam olmayan bir dini təbilğ edirlər.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum.. menim xalamgil bezen iwig iwledende elave xette qowurlar iwiglari olmayanda,yani icazeli olmayan bir iwdi bu. olara getmeyin ,orda namaz qilmagi hokmu nedir??onuda deyimki xalam Allaha dilde deir inaniram,lakin hec bir ibadetle mewgul olan deil,hetta esebi vaxtlarinda Allaha usyan edendi,cox vaxt taleyinnen gileylenir,Allah subhane ve tealaya soyuwde unvanlayir,bezen olurki deir 2gundu Quran oxuyuram butun belalarim ona gore baw verdii.. bir sozle dehwwettt!!! olara getmeyin hookmu nedir((((?umumiyyetgle o xalaamla unsiyeti nece edim??cooxx cetin haldii...
Cavab: Salam. Ayətulah Xamenei-dəftərxana: Bu işiğın sadəcə nurundan istifadə etsəz, (yəni otaqda işıq yandırıblar-sizdə həmin otaqdasız) məsələn qaranlıqda işıq kimi, onun eybi yoxdur. Yox əgər həmin elektirik enerjisindən öz notbununuz üçün işlətsəniz, bu olmaz və haramdır. Həmin elektirik enerjisi ilə qızmış su olarsa həmin su ilə dəstəmaz da almaq olmaz.

Söyüş ünvanlasa o mürtəd olur. Əlaqəni kəsə bilərsiz.
Sual: Sualı ünvanladı Pərviz: perviz....1kadin erinden 7 ildir ayrilib ama kebnin geri oxutdurmayib kebnin geri oxutdurandan 40 45 gun sonra zina edib oglan namaza gelib onlar halal ayile qurmaq isteyirler onlara nece komek ederdiz insallah
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Əgər qadın ərindən təlaq alandan sonra zina edibsə onlar ailə qura bilərlər. Yox əri ilə kəbinli olduğu halda zina edibsə və sonra ərindən təlaq alsada belə həmin zina etdiyi kişiyə əbədi haram olur.
Sual: Sualı ünvanladı Anar: Salam.eger.bayira.çixanda.paltara.sidik.dyse.ve.bunun.insana.ziyani.
Cavab: Salam. Sualınız aydın deyil. Lütf edin təkrarən və aydın yazın.
Sual: Sualı ünvanladı Balabey: salam .size bir sualim var aqa isiqa yeni elekdrike qira atmaq yeni isiqdan oqurluq haramdir halal?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş olmaz.
Sual: Sualı ünvanladı Balabey: aqa salam aqa ata bir miqdar isin deyerinin pulun teyin edib meselen uc manat artiq vermir men goturdum dord manat o bir manat haramdir zehmetin men cekirem sexin siniqin salxaqin men temir edirem aqa etrafli basasalardiz ALLAH sizden razi qalsin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olmaz, haramdır. Əgər haqqınız daha çoxdursa, onda atanıza deyin-artırsın.
Sual: Sualı ünvanladı Nəne: Salam Eleykum,m.nigahla daimi nigahin ferqleri
Cavab: Salam. Birinci əsas fərq müddətdir. İkici isə mehriyənin təyin olunması, hökməndir. Digər fərqlər də möcuddur ki, risaləyə müraciət edin.
Sual: Sualı ünvanladı Nen: Salam Eleykum,kishi bawqa mezhebden olan qadinla evlene biler?muselmanin xristiandan olan uwaqi muselman sayilir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məsum İmamlara düşmən omazlarsa evlənmək olar. Ata müsəlmandırsa bəli-müsəlman sayılır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam. Men bugun xalamgildeydim ve subh namazina hazirlanirdim,xalam oglunun 14yawi var,herweyide anlayir,men cenamazi yerde duzeldirdim helem hicabsiz idim taxmamiwdim hicabi,o an xalam oglu mektebe hazirlanmagcun durdu men olan otaga geldi,menim bawim qariwiq oldugunnan hiss etmedim,lakim gorduyumde tez hicabimi taxdim,amma yenede mecbur olub xalam ve xalamoglu olan otagda qildim subhuu. Buna gore cox narahatam,bir reyivizi yazsaz ve ya bunun hokmu necedi onu yazsaz rahatlayardim,buna gore istigraff etmiwem.. Birde xalamin yoldawi eve gelende mene el uzatdi goruwmeye men mecbur qalib goruwdumm xaiw edirem buna aid de biwey yazasiz..
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazınız düzdür.

Bundan sonra naməhrəm məsələsinə diqqətli olun.

Xalanızın yoldaşı ilə əl görüşdüyünüz üçün-günah edibsiz. Bağışlanma diləyin. Belə halla rastlaşdıqda İslamın bunu qadağan etdiyini utanmadan deyin.
Sual: Sualı ünvanladı Zeyneb: Salamun eleykum. Sistana aganin defterxanasina muraciet edin zehmet olmasa. 1... deriye zeli qoymaq olar? 2... menim dayim oglu xristian olub. Hetta Qurandan bezi ayeleri inkar edir. Onunla hemiwe din movzusunda mubahisemiz duwur. Sozleri mene pis tesir edir. Onunla elaqeleri kese bilerem? Sehven quru elle ona toxunsam mene qusul duwur? 3... Namazda qafil olmaq nedi? Eger men namazda cennet, cehennem, axiret, 14 mesum.s. ve bu kimi weylerden duwunuremse namazdan qafil olmuw sayiliram?... Allah tebareke teale razi olsun
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Bəli, əlaqəni kəsə bilərsiz; ona toxunsaz, eybi yoxdur. Qüsl düşmür; xeyir, belə düşüncələr pis deyil. Namazda dünyanı düşünmək bəyənilmir.

Zəlidən istifadənin eybi yoxdur.



Sual: Sualı ünvanladı Aybeniz: salam.1 Bakida ele qebrstanliqlar var ki orada hem muselmanlari hem de rus,yehudileri defn edibler .bu muselman ucun gunah deyilki orada defn olunmaq? men oz sagligimda vesiyyet edib sonra ozum onu deyisdim ?gunah olmaz mene?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bir müsəlmanın orda dəfn olunması ona hörmətsizlik sayılır və olmaz. (Cavab islah oldu) Vəsiyyətdə olan işğalları yəni eyblər, yəni bir şey vəsiyyət edibsiz sonra görürsüz ki, filan məsləni düz vəsiyyət etməmişəm və belə işğalları aradan qaldırmaq bəyənilən işdir.
Sual: Sualı ünvanladı Revan: SALAMUN ALEYKUMUS,KISININ ZOVCESIYLE BIR YRDE YENI QADIN OZ ERINE IQTIDA ETMESI NAMAZDA,ISLAMDA MUSTEHEBDIMI YOXSA MEKRUDUR//??TESEKKURLER.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər pişnamaza lazım olan şərtlər yəni, ədalət və qiraət olsrsa onda olar. Camaat namazı isə çox savablıdır və müstəhbdir.
Sual: Sualı ünvanladı Çiçək: salam aleykum. mən kamil hicaba riayət etməyə çalışan xanımam(uzun, geniş manto və baş örtüsü vasitəsi ilə). bu gün Sistani ağanın İstiftaat`ından " Çadra ən yaxşı hicabdır və möminə qadınların çadrasız evdən çıxması yaxşı deyil" yazıldığını oxudum. bunu bilən və qarçısında çadra üçün heç bir maneə olmayan qadının müxtəlif bəhanələrlə nəfsinə uyub çadra geyinməməsi Axirətdə buna görə cəza almasına səbəb ola bilərmi? Allah Razı olsun. Əssəlamu aleykum va rahmetullah
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üz və əllərdən başqa yerlər kamil örtülsə bəs edər. İstiyi manto ilə olsun, istəyir qeyrisi. Çadra geyməməyə görə kiməsə caza yoxdur, amma bu şərtlə ki, geydiyi digər hicablar kamil olsun.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı