www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.men.serbest.vaxta.qeza.namazi.qilanda.azani.ve.iqameni.demesem. ve.namazin.sonunda.tesbehle.zikir.etmesem.olar.
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli, əlbəttə olar. Onlar müstəhəbdir. Deməsəz də olar.
Sual: Sualı ünvanladı Anar: Namaz.qilanda.öskürmek.günahdir.ve.namazda.esnemek.namaza. xelel.getirir.ve.möhür.çönende.onu.düzeltmek.olar.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Ösgürmək və əsnəməyin eybi yoxdur.

Möhür çevrilsə düzəltməyin eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.xaisedirem.deyin.2 sejde.arasinda.2 tekbir.etmek.olar.?2 ci.sualim.tekbir.namazda.hansi.meqamlarda.edilir..
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İki səcdə arasında təkbir demək müstəhəbdir. Yəni desəz yaxşıdır amma deməsəz də olar.

Namazda vacib təkbir, yalnız bir dəfə deyilir o da namaza başlayanda deyilən təkbirdir. Qalan nə təkbir varsa hamısı müstəhəbdir.
Sual: Sualı ünvanladı Pərvin: SALAM BIR OGLANIN 16 YASI VAR NAMAZ QILANDIR ALETINEN SPERMA XARIC ETMESI GUNAHDIR bilirem. BES OZUNEN BACARA BILMIR AXI. Diyir özde namazi atacam bacara bilmirem. O insan ne etmelidir? Evlenede bilmez yasi azdi bilirsizde o yasda oglana qiz vereller? Xais edirem cavablandirin ALLAH razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər bu yaşda evlənə bilmirsizsə onda çalışın şəhvəti təhrik edən şeylərə, o cümlədən naməhrəmə, naməhrəm şəkillərinə və naməhrəmlərin açıq saçıq geyindiyi filimlərə baxmayın.

Başınızı mütaliə etmək kimi xeyirli işlərlə qatın. Bir otaqda tək və bekar olmayın.

Gözünüzü yaxşı qorusaz bu hal siozdən keçib gedəcək. Amma heç bir vəchlə istimna etmək olmaz. Bu iş haramdır və insanın canına çox zərərlidir.
Sual: Sualı ünvanladı Elnur: Essalamu Aleykum ve Rahmatullah. Men Seyyid Sistani Aganin müqellibiyem................
Cavab: Salam. Sizin mənəvi məktubunuzu oxuduqdan sonra çox təsirləndik. Amma əlimizdən bir şey gəlmədiyi üçün çox üzr istəyirik.

Sual: Sualı ünvanladı Seyneb: salamun eleykum. 1.. Eger menim qohumum evimize her geliwinde ve hetta gelmese bele ailemizde fitne fesad,dava dalaw yaradirsa onunla elaqeleri kesmek haramdi?..2 hicab geyimim dizden awagidi, amma topuga qeder deyil. Ezani bildirmeyen walvarla bu geyimi geyinmeyim icazelidi?.. 3 mualice meqsedile zelini deriye qoymaq olar?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana:

1-Belə bir qohumu düz yola dəvət edin. Əgər o sizin dəvətlərinizə qulaq asamyıb yenə də öz fitnə fəsadına dava etsə və sizi və ya ailənizdən kimisə öz təsiri altına salıb günah işlərə çəksə onda əlaqəni kəsə bilərsiz.

2-Əsas odur zinətləriniz kamil örtülsün.

3-Zəlidən istifadənin eybi yoxdur.
Sual: Sualı ünvanladı Günahkar: salam 35 yasinda namaz qilmaga baslayan insan evvelki illerin de namazini qeza etmelidirmi?vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, etməlidir. Vacib deyilki birdəfəyə bu işi həyata keçirəsiz. İstəsəz bu namazları hissələrə bölün və hər gün bu namazlardan sizi çox çətinliyə salmayacaq qədərini qılın.
Sual: salam . anasi yehudi atasi muselman olan oglan muselman sayilirmi? ve onunla muselman qiz aile qura bilermi? .................
Cavab: Salam. Sualınıza cavab verilib. Arxivə yaxşı baxın. Sualınıza bir məsələ alavə etmişdiz. Onun cavabını e-mail ünvana göndərmək istədik, amma təəssüf ki, e-mail adresiniz düzgün deyildi. Düzgün e-mail ünvan yazmaqla yanaşı suala etdiyiniz əlavəni təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Anar: Teyemmüm.qüsulu.evez.edir
Cavab: Salam. Bəli, lazım olan xüsusi yerlərdə təyəmmüm qüslü əvəz edir. Məslən qüsl almağa su tapılmazsa.
Sual: Sualı ünvanladı Elşən: Salamun aleykum.cox xais edirem Sistani agani fetvasi esasinda sualimi cavablandirasiniz.men bazarda isleyirem.60 manat ...............
Cavab: Salam. Sualın cavabı e-mail ünvanınıza göndərildi.
Sual: Sualı ünvanladı Mushfiq: menim qeza orucum var 20 il.men bu qezani tutmaga bashlamisham.bezen olur ki bir ay erzinde 26-27 gun oruc tuturam.ne derecede duz ve ya sehf edirem
Cavab: Salam. İxtiyar sahibisiniz. Necə məsləhət bilsəniz elə edin.
Sual: Sualı ünvanladı ad yazılmayıb: asselamu aleykum. oz mehremimcun butun kosmetikalardan istifade ede bilerem??yani hansisa kosmetikadan terkibi donuz piyinden ola biler diye cekinmeliyem??
Cavab: Salam. Bilmədiyiniz belə şeylərdən istifadə etmək olar. Amma əgər araşdırıb yəqinə çatsaz onda belə şeylərdən çəkinmək lazımdır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salamun aleykum. awagida namazda eger tewehhud unudulubsa namazi oldugu kimi bitirdikden sonra buyurmusuzki tewehhudu tezden deyib ve 2secdeyi sehv etmek lazimdir sonda ise tezdeb tewehhud ve salamlarla bitirmek.. sualim beledir ki,her hansi hisse unudulubsa namazi bitirdikden sonra o hisseni tekrar edib 2 secdeyi sehv tewehhud ve salamlari dimey lazimdir??qaydasi budur?men tewehhud unudulubsa onu tekrar diyib sonra 2secdeyi sehv tewehhud ve salamlar kimi bilmirdim ,sadece tekrarsiz 2secdeyi sehv tewehhud ve salamlar kimi bilirdim.. xaiwim budurki inweAllah,deqiq aydin ederdiz mene.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



Səhv səcdəsinin vacib olduğu yerlər :



1.Namaz əsnasında səhvən danışılsa



2.Səcdələrdən biri yaddan çıxsa və sonraki rəkətin rukusunda olan halda, ya da rukudan sonra yada düşsə



3.Dörd rəkətli namazda oturan halda 4 va 5 rəkət arasında şəkk olunsa, ya da dörd rəkətli namazda ayaq üstə olanda 5 və 6 rəkət arasında şəkk olunsa







Səhv səcdəsinin ehtiyatən vacib olduğu yerlər :



1.Təşəhhüd yaddan çıxsa (namazdan sonra gərək yaddan çıxmış təşəhhüdün qəzası yerinə yetirilə və ehtiyat vacibə əsasən iki səhv səcdəsi qılına)



2.Lazım olmayan yerdə salam (hamısı) verilsə (məsələn : dörd rəkətli namazın üçüncü rəkətində səhvən salam verilsə)







Səhv səcdəsinin ehtiyatən müstəhəb olduğu yerlər :



Lazım olmayan yerdə salamın bir miqdarı verilsə







Səhv səcdəsinin qaydası :



a) Səhv səcdəsində təkbiratul ehram yoxdur



b) Səhv səcdəsinin niyyəti onu yaradan yuxarıdakı amillərdən biri olur (niyyət odur ki, namaz qılan şəxs hansı amil üçün səhv səcdəsi qıldığını bilsin.Başqa bir sözlə nə etdiyini bilsin.)



Yuxarıdakı hallardan hər hansı biri baş verərsə, namazın salamından sonra səcdəyə gedilir və bu sözlər deyilir: Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh. Bu sözlərdən sonra başı 1-ci səcdədən qaldırıb oturduqdan sonra 2-ci səcdə yerinə yetirilir.İkinci səcdə də yuxarıdakı sözlər təkrar edilir.İkinci səcdəni yerinə yetirib qurtardıqdan sonra, təşəhhüd və salam deyilir.

Sual: Sualı ünvanladı ad yazılmayıb: salam. namazda qunutu unutduqda ne etmek lazimdir??bildiyime gore qunut namaz esasinda musteheb emel olduguna gore buna hec bir secdeyi sehv duwmur,bu bilgim dogrudurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, doğrudur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. biliremki namehremle her nov unsiyyetden cekinmek lazimdir,lakin menim sinif yoldawlarim mektebi bitirdikden sonra helede meni axtarirlar , zeng vururlar, men ne etmeliyem??kobudcasina nese deyib qelblerinde qirmag istemirem, cunki her birinin xetri yanimda ezizdi,lakin Allahi qezeblendirdiyimcun utaniram.. bu gunahdan nece el cekim?onlara bunu nece anladim??hetta menim olari axtarmadigimcun menden inciyirler.. bu halda men ne edim?
Cavab: Salam. Əgər onlara deyə bilsəz ki, bu İslamla omaz-gözəl olar. Yox əgər bunu bacarmırsızsa onda telefon nömrəsini dəyişməklə bu işdən qaçın.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. men islamda buyruldugu kimi 9yawindan hicabda deyilem, hicabin mahiyetin axir bir ilde anlamiwam ve artig hicabdayam elhemdulilleh. sualim budur ki, evvelki illerimde sinifle qohumlarla cekdirdiyim wekillere gore mene indinin ozunde gunah varmi??misalcun en adisi sinif yoldawlarimla vinetka, o wekiller oglanli qizli her birimizde var ve men orada bawi acigam yani mekteb formasinda,yadaki umumiyyetle sinifle harasa gezmeye getdiyimizde xatire kimi wekillerimiz var ve sinifimizin oglanlarinda da hemin wekiller var, cox teessufki! indi men ne etmeliyem??deyimki silsinler atsinlar yandirsinlar,buna imkan yoxdu , cunki her kesin oz wekilide oldugu ucun hemin kollektivde aydin meselediki menim sozumu eden deiller,indinin ozunde cox utaniram o vaxtlarimin hicabsiz kecdiyine gore.. buna gore cox narahatam xaiw edirem ne etmeli oldugumu?yada gunahimin ne oldugunu?ve bu eziyyetden qurtulmagimcun bir yol gosteresiz.. Allah razi olsun!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz həmin insanlara deyin ki, mən hicab örtürəm və indi anlamışam ki, mənim başıaçıq şəkillərimin olması İslamla düzgün deyilmiş. Xahiş edirəm mənim o şəkillərimi silin və aradan aparın. Siz bunu deyin və bununlada vəzifəniz tamam olur. Sonrası qalır o insanların öz boynunda.
Sual: Sualı nvanladı Zaur: Salam aleykum. Sistani ağanı təqlid edirəm. Cümə günü zöhr namazını furada qılan şəxsin həmd-surəni ucadan oxuması müstəhəbdirmi? 2. Bu hökm səfərdə olan şəxsə də şamildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, müstəhəbdir. Bəli, səfərdə olan şəxsə də şamildir.
Sual: Sualı ünvanladı Elmar: Salam.Suallarin birinden shek ve yeqinin ne demek olduqunu oyrendim.Izahini bele basha dusdum ki-neyese shek elemek yeni bu ish 100 faiz bele deyil amma yeqin etmek ise 100 faiz beledir.Namazda hansisa riketin sayini sehv salanda yeni shek eleyende shek namazi batil edir yoxsa yeqine catanda namaz batildi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəzi şeylər varki onlarda şəkk namazı batil edir. Məsələn bilmirsiz namazın birinci rəkətindəsiz yoxsa üçüncü rəkətində, bu namazı batil edən şəklərdəndir. Amma şəkk etsəz ki, namazın üçüncü rəkətindəsiz ya dördüncü rəkətində belə şəkk namazı batil etmir. Belə şəkk etdikdə onda bənanı dördə qoyub namazı tamamlayısız və bir rəkət ehtiyat namazı qılırsız.

Sayt tərəfindən: Şəkkiyat barəsində dərin mütaliə üçün risaləyə müraciət edin.
Sual: Sualı ünvanladı Elmar: Salam.Qadinlar da subh,sham ve xiften namazlarinin hemd ve suresini sesle qilmalidilar yoxsa hamisini sessiz qilmalidirlar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınların naməhrəm olan yerdə bütün namazları səssiz qılmaları vacibdir. Yox əgər onların səsini naməhrəm eşitməzsə onda sübh, şam və xüftən namazlarını səsli ya səssiz qılmaqda ixtiyar sahibidirlər.
Sual: Sualı ünvanladı Elmar: Salam.Seferde olarken gundelik namazlarin hamisi 2 riketli qilinir?esitdiyime gore sham namazi 3 riketdi
Cavab: Salam. Bəli, şam namazı 3 rəkət qalır. Yalnız dördrəkətli namazların rəkəti azalır və onlar ikirəkətli olurlar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı