www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.teyemmüm.nece.edilir..ve.ne.üçün.edilir.hansi.hal.üçündü
Cavab: Salam. Təyəmmm edilir o zaman ki, qüsl almağa su olmasın və yaxud suyun cismə zərəri olsun və sair. Bu məsələni ətraflı öyrənmək üçün risaləyə müraciət edin. Amma xüsusi sualınız varsa ki, başıma filan iş gəlib mən təyəmmüm etməliyəm ya yox-sualı ünvanlayın cavablandıraq.
Sual: Sualı ünvanladı Quliyev Sebuh: Salam ana bethinde usagin qiz ve ya oğlan olmasini secmek istemek gunahdirmi
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Anar: Salam.xahs.edirem.deyin.spirtle.bele.banka.qoydurmaq.olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tibbi spirt pakdır və ondan istifadənin bir eybi yoxdur.
Sual: Sualı ünvanladı Vasif: salam men bele bir sey esitmisemki er arvadina deseki seni bosayacam ve ya seni atanin evine yollayacam onda kebinleri pozulur onlar bir birlerine bu sozlerden sonra haram olurlar ister kisi bu sozlerinde citdi olsun istersede qeyi citdi bu duzdurmu?
Cavab: Salam. Xeyir, düz deyil. Bu sözlərlə arvad ərə haram olmur.
Sual: Sualı ünvanladı Sakit: Al-sakit sozunun menasini aciqlayardiz zehmet olmasa
Cavab: Salam. Sual mövzumuza aid deyil, üzrlü sayn.
Sual: Sualı ünvanladı Mömine: salam.namazda salamlari deyerken uwaq hicabimi cixartdi.yeniden qilmaliydim?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər başınız açıq qalarsa və başınızı həmin an örtməyə bir şey olmazsa onda namazı kəsib sonra başıbağlı vəziyyətdə təzələyin.
Sual: Sualı ünvanladı Emin: Əssəlamu Ələykum. Bir insanın 15 yaşı tamam olmayıb , amma namaz qılır. onun boynuna cənabət qüslü düşərsə onun cənabət qüslü alması vacibdirmi? almasa namazı batildir? Xahiş edirəm sualıma cavab verəsiniz. İmkan varsa emailədə cavabı göndərin. Allah Sizdən razı olsun İnşaAllah .
Cavab: Salam. Ayətullah Faizl-dəftərxana: Bəli, vacibdir. Çünki ondan sperma xaric olarsa artıq o həddi-büluğ olmuş hesabındadır. Və namazları vacibdir. Qüsl almayacağı təqdirdə namazı batil olur.
Sual: Sualı ünvanladı Anar: Salam.AQCABEDI.rayonunda.namaz.vaxti.baki.vaxti.ile.eynidir
Cavab: Salam. Bunu orda olanlar təyin etməlidir.
Sual: Sualı ünvanladı Anar: Salam.xais.edirem.deyesiniz.namazi.qilanda.batil.olsa.destamaz. pozulur.2namaz.ortada.pozulanda.namazi.terk.edib.namaza.basdan.baslamaq.düzdü...?zöhür.esir..sam.xütfen..arasinda.ne.qeder.vaxt.keçmelidir.hemin.mesafede.namazi.terk.etmek.olar.tesekül
Cavab: Salam. Namazı batil edən şey dəstəmazı da batil edən şey olarsa onda dəstəmaz da pozulur.

Namaz pozularsa onu kəsib təzə namaza başlamaq düzdür.

Namazların arasında vaxt müəyyən günlərdə günün uzun ya qısa olmasına rəğmən dəyişir. Siz bunu dəqiq öyrənmək üçün etibarlı mənbədən nəşr olunmuş bir təqvim alın.
Sual: Sualı ünvanladı Emin: Əssəlamu Ələykum. Bir insan 15 yaşı tamam olmayib amma namaz qılır. Onun boynuna cənabət qüslü düşür? düşürsə vacibdir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, əgər ondan sperma xaric olarsa, onda onun boynuna cənabət qüslü gəlir.
Sual: Sualı ünvanladı Həsən: SALAMUN ALEYKUM,PEYQAMBER SELAVATULLAHDAN BIR HEDIS VARKI,ALLAHUTEALA ELE XESTELIK YARATMAYIBKI ONUN DEVASI- DERMANI OLMASIN,ONDA BELE CIXIRKI RAK,SINDROM DAUN KIMI XESTELIKLERIN ELACI VAR,AMA ELM HELE OQEDERDE INKISAF ETMEYIB,BU BELEDIRMI?
Cavab: Salam. Bəli, hədis belə buyurubsa, onda hökmən belədir.
Sual: Sualı ünvanladı Ferec: ata bile-bile namaz qilmayibsa olenden sonra yene de boyuk ogula vacib olur ki, onun qezalarin qilsin ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib-ehtiyata əsasən bəli, qılmalıdır.
Sual: Sualı ünvanladı Elburus: Men oglanam. Televizorda qursaqdan yuxari cilpaq oglan gorende oglana qarsi Hevese gelirem halbuki oglanamaa ozumen asli deyil. yeni bu mene gunahdi
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Belə səhnələrə bilərəkdən baxsaz-bəli günahdır.
Sual: Sualı ünvanladı Təhmasib: SALAM MEN SEHER YUXUDAN DURANDA GÖRUREM KI PALTARIMA AZCA SPERMA DEYIB BUNDANDA BIR HEZZ ALMAMISAM BU GUNAHDI? YENI YUYUNMALIYAM?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Ehtiyati-vacibə əsasən həm qüsl verin həm də bu qüsldən sonra dəstəmaz alın.
Sual: Sualı ünvanladı Anar: Salam.xais.edirem.deyin.boynumda.12il.qeza.namazim.var.bilmek. isteyirem.ucadan.qilinir.yoxsa.piçiltiynan.birde.onun.qaydasin.yazin.saqolun.
Cavab: Salam. Günorta vaxtı qılınan zöhr və əsr namazlarından başqa namazların həmdlə Surəsi səslə qılınır. Zöhr və əsrin həmdlə surəsi isə səssiz. Yəni pıçıltı kimi.
Sual: Sualı ünvanladı Anar: Namazin.sonunda.Tesbehle.zikir.ucadan.olur.yoxsa.piçiltiynan.xais. edirem.eslinde.nece.olmalidir.yazasiniz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstədiyiniz kimi edə bilərsiz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): seferde namaz nece qilinir niyyet nece olur
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Gün ərzində qılınan dördrəkətli namazlar iki rəkət olur. Yəni azalır. Elə bu iki rəkət qılınmaqla niyyətdə səfərdə olduğunuz üçün namazların iki rəkətli olmasını biməniz yetər.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam, kebin pozulmasi haqda sualim var. 1. Pozularken ne sozler demek lazimdi 2. Pozularken 1 terefli, yani tek kiwi terefden pozula biler?
Cavab: Salam. Kəbin kişi tərəfindən və ya (müxtəlif səbəblərdən ərdən təlaq almaq qadın üçün problem olduğu təqdirdə) şəri hakim tərəfindən pozula bilər. Kəbini pozmağın xüsusi siğəsi var ki, iki şahidin kənarında bu siğəni düzgün bilən insan oxumalıdır. Yəni əgər siz təlaq vermək istəyirsizsə təlaq verməyi bacaran insanı öz əvəzinizdən vəkil edirsiz və o iki şahidin yanında sizin bu məsələnizi həll edir. Təlaq qadın tərəfindən pozula bilmir, ya kişi özü və ya şəri hakim təlaqı poza bilər.
Sual: Sualı ünvanladı Anar: Salam.kisiye.qüsul.ne.zaman.vacib.olur.bunlar.hansi.meqamlardir.xais.edirem.yazasiniz.tesekül.edirem
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Əgər məqsədiniz cənabət qüslüdürsə, insandan istənilən bir yolla sperma xaric olarsa onda həmin adama cənabət qüslü vacib olur.
Sual: Sualı ünvanladı Gunel: yuxuda ere getmenin menasi
Cavab: Salam. Üzrlü sayn-sualınız movzumuza aid deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı