www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: 2. Qürubdan məğrib azanına qədər zöhr və əsr namazları hansı niyyətlə qılınır? Qəza niyyəti ilə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maaf-əz zimmə niyyəti ilə qılınmalıdır. Yəni vəzifəm ndirsə o neyyətlə qılıram. Boynumda olan niyyələ qılıram.
Sual: Sualı ünvanladı R.A: salam aleykum,teyemmumu adi normal qaydada aldiqdan sonra qumu temizlemekcun elleri sirkeliyib cirpmaq olar?yada elleri bir birine surtmek olarki,cox qumlu qalmasinlar?bunu birde qeyd ediremki, teyemmumu kamil wekilde aldiqdan sonra edirem. yani hem paltar qum olmasin yadaki agdisa qaralmasin torpaga gore??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təyəmmümdən əvvəl, əlləri torpağa vurduqdan sonra siz əlinizi bir-birinə sürtməklə, bu işi görüb, sonra təyəmmümü davam edə bilərsiniz. Yəni təyəmmümdən əvvəl və sonra bu işi görməyin təyəmmümə maneçiliyi yoxdur.
Sual: Sualı ünvanladı Bəndə: salam.qadin mugenniye qulaq asmaq olarmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üç şərtlə eybi yoxdur:

1-Sözlər haram sözlər olmasın.

2-Qadın ğina oxumasın.

3-Musiqi fəsad məclislərində, haram məslislərdə olan musiqilərdən olmasın.
Sual: Sualı ünvanladı Mushvik: Salamalhykum Gadinin oz yoldasinin soyadini goturmak islamda duzdurmu
Cavab: Salam. Bir mane yoxdur.
Sual: Sualı ünvanladı Bende: Salam aleykum. Əgər xristian bir qadın İslamı qəbul etsə, xristian olan əri ilə kəbini pozulmuş sayılır? Qadının vəzifəsi nədir?
Cavab: Salam. Sualınıza sabah cavab veriləcək. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Sistani ağanı təqlid edirəm. 1. Sübh, zöhr və əsr namazlarının nafilələrini azandan qabaq qılmaq olar? Olarsa, hansı günlər? 2. Qürubdan məğrib azanına qədər zöhr və əsr namazları hansı niyyətlə qılınır? Qəza niyyəti ilə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, azandan sonradır vaxt.

Qürubla məğrib ...sualına sabah cavab veriləcək, inşallah.
Sual: Sualı ünvanladı Ferec: Seher duranda alt paltarda 1 damci yas gorurem ve bilmiremki bu spermadi ve ya basqa bir sey, onda mene cenabet quslu duwur ?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Sperma olduğunu bilmirsizsə onda boynunuza cənabət qüslü gəlmir.
Sual: Sualı ünvanladı Cicek: salam aleykum. buradaki cavablardan biri məndə bu sualı yaratdı. bizim adətlərimizə görə qadın ailə qurduqdan sonra qaşlarını alır, bu bir növ onun artıq ailəli olduğunu göstərir. bu halda qaş almağın hökmü nədir ( yəni niyyət naməhrəm kişilərə gözəl görünmək deyil!) ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Zinət hesablanarasa, naməhrəm qarşısında örtülməlidir.
Sual: Sualı ünvanladı Zaur: salam Ayatullah Xameneyi size verdiyim sual budu ki men bilmek isteyirem o siga deyirler e muveqqeti kebin o duzdu
Cavab: Salam. Bəli, düzdür.
Sual: Sualı ünvanladı Hasan: Salamun Aleykum sual-1 (qadin başın tükini kəsməsi olar mı ) sual-2 (mömün olmaq üçün necə olmaq lazımdır) sual-3 (mənim əlimdə haram pul var onun yiasini tapmag mümkün deyil o pulu neynəməliyam ) mənim təqlidim Ayətullah Xameneyi Aga dır ) xayiş ediram mənim suallarıma Xameneyi Aga nın defterxanasindan cavab verin ALLAH SİZDƏN RAZI OLSUN!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1-Olar.

2-Vaciblərə əməl və günahlardan çəkinmək lazımdır.

3-Ayətullah Xamenei-dəftərxana: Həmin pul məslən oğurluq puldusa və onun əsl sahibinin tapılmağı mümkünsüzdürsə, onda sahibinin adından sədəqə verilsin.



Sual: Sualı ünvanladı Bende: birkes dindar ve ehli beyt awiqidi.ama bezen qefletde olub istimna edir ve sora ele pewman olurki hetda yata bilmir ve rebbinden xecaletde uzu gulmur bele bir wexs xelveti allahla razuniyaz edib tovbe etse vebir muddet sora yene qeflet uzunden bele iw edib yene tove etse allah bagwlayarmi axiret ve dunya belalarindan cox narahatdi
Cavab: Salam. Bu günahı tərk etsin. Şəhvəti ilə bacara bilmirsə ailə qursun. Günah edərsə-qəlbən tövbə etdikdə Allah bağışlayar-inşallah! Çox günah etmək bəyənilmir. Amma çox günah edənin hər günahından sonra tövbə etməsi bəyənilir.
Sual: Sualı ünvanladı Bende: salammen merhum lenkeranide beqa bdr meyyit qalmiwa .xums pulu n diger muctehidlerle elaqesi olan veya diger muctehidlerin numayendelerile elaqesi olanlara vere bileremmi xatirladqki xumsumuz az olur veya izninizle men ozum o xums pullarin vere bileremmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Mərhum olan bir müctehidə təqliddə qalmağ şərtiniz budur ki, onu ələm biləsiz. O ələm olduğu təqdirdə onda qalmanız üçün həyatda olan bir müctehidin icazəsi lazımdır. Həmin xüsü də həyatda olan müctehidin dəftərxanasına çatdırmalısınız.

(Sayt tərəfindən: Biz bu sualı Ayətullah Sistani ağanın dəftərəni ünvanlayanda mərhum Lənkərani ağanın adını çəkmədən ünvanladıq. Onlar bu hökmü ümumi olaraq dedilər.)
Sual: Sualı ünvanladı Resad Orucov: salam men Ayetullah Mekarim Sirazi agaya teqlid edirem onun hokmunde siqaret haramdi . amma bilmek isteyirem ki alma ve s. kimi meyvelerden hazirlanan qelyan O aganin hokmunde necedi ?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Qəlyan da siqaret kimi haramdır.
Sual: Sualı ünvanladı Bende: salam.allah lutfun sizden eskiltmesin.eyer yawadigim heyetdeki su quyusu wubheli olsa yeni kimse hemen erazinin onun ata baba torpagidi diye iddia etse ve buda menimcu wubheli olsa destemaz ve quslumun hokmu nedir xatirladimki bu mesele texminnn 45veya50il evvel baw verib ve menim deqiq melumstim yoxu hadisenin neceliyine.indise cox ezab cekirem bu haqda.lutfen cixiw yolu gosterin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu yer qəsbidirsə həm su həm də namaz qıldığınız yerdə işğal var. Bu barədə araşdırma aparıb yəqinə çatın ki, məsələ necədir. Əgər bu yer kiminsə yeri olsa və ondan zorla alınmış olsa, həmin insanı tapın və halallıq alın. Əks təqdirdə ordakı namaz düzgün deyil.
Sual: Sualı ünvanladı Reshad Orucov: salam xanis edirem suali axira kimi oxuyun. .bir xanim erinden 10 ildi ayri yasayir eri basqa seherde yasayir ama 10 ilde bir nece defe yaxinliqlari olub amma son 4 ilde bu xanim erinde ne maddi nede menevi fayda almir .eri basqasi ile yasayir , bu xanim 4 il maddi ve mene ve hedden artiq cox eziyyet cekib sebr edib buna edilen her cur teklifleri redd edib ama indi kiminlese munasibet qurmaq isteyir bir qaygi soragindadi cinsi yaxinliq baximindan yox sadece qaygi. eri bosanmaq istemir ama basqasi ile yasayir bu xaniada hec bir komeklik etmir . xanimda deyirki omur boyu onu bagislamiyacam . bilirik ki er izin vermese qadin telaq vere bilmez bes bu xanim ne etmeli bu xanimin hokmu nedi? telaq oxudub bu xanim basqasi ile kebin kesdire bilermi ? 4 il sebr edib ama indi heyatini deyismek ve eziyet cekmek istemir ne etmelidi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu qadın şəri hakimə və ya onun nümayəndəsinə müraciət etsin. Yəni əri təlaq vermirsə yol budur.



Qayğı sorağı ilə kimləsə əlaqəsi hər iki tərəf üçün günahdır. Əlbəttə əgər naməhrəmdirlərsə. Yox bir qadından qayğı umsa və əlaqə saxlasa bunun eybi yoxdur.
Sual: Sualı ünvanladı Bende: salam.mesum imamlarin dilinden yalan biliriy orucu batil edir.sualim buidsiki hezret qasimin kerbelada evlenmey meselesin demey ve imamin dilinden burda toyu yasa donen balam kimi ifadeleri iwletmey olarmi umumiyetle kerbelada bele bir hadise olubmu
Cavab: Salam. Bu məsləni təhqiq etməyə vaxtımız yoxdu. Yəni bu sual saytın mövzusuna aid deyil. Üzrlü sayn.
Sual: Salam əziz bacı və qardaşlar. (2013) Fevralın 11-i saat 15:00-a kimi olan bütün suallara cavab verilib. Cavablarınızı arxivdən oxuya bilərsiz.
Cavab: Xahiş olunur sual yazanda adınızı və e-mail adresinizi yazmağı unutmayın. Təşəkkürlər.
Sual: Sualı ünvanladı Bende: salam.bir wexs heqiqeten dindar qelben imanli ve dini tebligle mewguldu.bezen mescidde namazqilanlarin tekidile imam camaat qalir.ama bezi hallarda xelvetde gunahla mewgul olub ve tovbe edir.bu hal bir nece defe tekrar olub.indi o adam imam camaat qala bilermi
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər tövbəsinə inamı varsa, yəni yenə həmin günahı təkrarlayacağını bilmirsə, onda olar.
Sual: Sualı ünvanladı Hasan: Salamun Aleykum men qonaq gediram na mehrem qadin mene el uzadir salam tutmaga men onunla salam tutmaliyam yoxsa olmaz? qadin hicab baglamir eri vacibdir mi arvadi mecbur etsin hicab baglamaga ? mecbur etsada yenada baglamasa onda erinin borcuna dusen vezife nedir? Allah Sizden Razi Olsun!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, naməhrəmlə əl görüşmək haramdır.

Ərə vacibdir xanımına hicab bağlatdırsın.

Əgər xoş dillə başa salsa və qadın başa düşməsə-bundan əlavə digər yollarla qadını başa salmaq istəsə və alınmasa-məcbur da bu işin öhdəsindən gələ bilməsə, onda təlaq verə bilər. Belə bir təlaq günah sayılmır.
Sual: Sualı ünvanladı Men: Salamun Aleykum burda yazilan cavabiniza esasen mende bir sual yarandi men qusul alanda tek ciyinnler ve baw deyil evvelce her yeri kamil yuduqdan sonra niyyet edib 1ci bawimdan sonra sag ve sol ciynimden su tokurem yeni bu sehvdi? 2 Heyz qusulu alanda lazimdi ki, eyni tereflerden su 3 defe tokmek yeni toplam 9 ? Bide meni namaza oyreden mene imam Zaman aga ucun olan duani bu sozleri cixmaqla demiwdi ( ve heb lena reffetehu ve ewrikna fi devvati ve selli eleyhi ve celli tereccuhu ve celna musellimine li emrih) gunah edir he?
Cavab: salam.

1-Səhv deyil.

2-Bir dəfə tökməklə bədənin su tökülən tərəfində su hər yerə çatarsa bu yetər.

3-Xeyir. Əksinə bu sölər o duada yoxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı