www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Size 2 sualim var. Evvelceden tesekkur edirem. 1. Men Youtube dan paltar tikenlerin videosundan baxib paltarlar tikirem ve bunu satsam pul qazansam eger bu pul halaldir. Cunki youtube dan baxdigim videolarin sahibleri hamisi ecnebidirler onlarla elaqe saxlayib halalliq almaq olmur. Bele onlan halda ne etmeliyem? 2. Yoqa ile mesgul olmaq gunahdir?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Heç bir maneəsi yoxdur, qazancınız halaldır.

2. Əgər insanın etiqadına zərər vurarsa və ya ehtimalı varsa yaxud başqa bir harama səbəb olarsa icazəli deyil. Əks halda öz-özlüyündə haram deyil.

Təşəkkürlər.
Sual: Salam. Sualımı cavablandırdığınız üçün öncdən minnətdaram Allah sizdən razı olsun və təkrar üzr istəyirəm sadəcə cavab aydın olmadığı üçün icazənizlə təkrar suala qayıtmaq istəyirəm. Öncəki sualım Sistani ağaya olmuşdu. Oral cinsi əlaqə zamanı kişi və ya qadının məni gəlməmişdən öncə yaşadığı şəhvət zamanı gələn mayenin udulmasını haram buyurmuşdur. Lakin əksər risalələrdən bu şəhvət zamanı gələn mayenin pak olduğu hökmü var. Mənim də sualım məhz həmin maye üçündür ki,o maye ağız suyuna qarışması və ya udulması haramdırmı?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli haramdır. Bir şeyin pak olması onun halal olması demək deyil, məsələn, torpaq pakdır amma yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: Salam eleykum agacan qeyri muselman devletde isleyirem Men satmasamda menim pesem asbazdi ama umumi restoranda icki ve donuzda satilir ve Men emek haqqi aliram bu satisdarin menim emek haqqina tesiri var? Eger varsa neynemek lazimdi? Yene qeyd edirem Men bu satislari elemirem
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər sizə verilən əmək haqqının haramdan əldə olunduğunu bilmirsinizsə və halal malların qazancından əldə olunması ehtimalı da varsa, maneəsi yoxdur və siz o əmək haqqını ala bilərsiz.

Təşəkkürlər
Sual: Salam indi yeni bir şirkət gəlib Azərbaycana ocos.uk bu şirkət Amerika şirkətidir deyirlər , bu şirkətə pul aparıb yatırıq misalçün deyək ki 500Azn pul qoymuşuq bu şirkətə və 100gun sonra biz gedib şirkətdən pulumuzu 50% artımla geri götüruk yəni pulu qoyuruq 100 gün sonra pulumuzu 50% artımla bizə geri verirlər öyrənmək istəyirdim bu haramdı yoxsa necə ?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Sahibi müsəlman olmayan şirkətlərə və ya banklara pul yatırıb faizi ilə geri almaq icazəlidir.

Təşəkkürlər.
Sual: Salam quranda sirinlik ve dil agiz dualari var? Gunah deyil??
Cavab: Əleykum salam.

Sualınız şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam aleykum.Muvəqqəti nigahda olan qadin hamilə olarsa və bu usagi hec curə saxlaya bilmədiyini desə saglamligi ilə bagli problemi olsa yəni qadinin.usagin atasi etiraz etməsə usagi aldirmagina.Ata gunahkar sayilir qeyd edim ki etiraz etsə belə qadin saxlaya bilməyəcəkdi.Ata gunahkar sayilirsa kəffarəsi varmi atanin biynunda .Allah sizdən razı olsun
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər ana üçün ciddi təhlükəsi varsa uşağa ruh daxil olmamışdan əvvəl götüzdürmək icazəlidir və bu halda heç kimə günah yazılmır. Əks halda icazəli deyil. Və əgər qarşısını ala bilmirsinizsə sizin üçün günah sayılmır.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Hicabdan qeyri qadın geyimlərinin alqı-satqısı ilə məşqul olmaq olarmı?Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Lakla dəstamaz almaq olarmı. ?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Lak və onun kimi suyun dəriyə yaxud dırnağa çatmasına mane olan şeylər dəstəmazdan əvvəl aradan aparılmalıdır.

Təşəkkürlər.
Sual: Delster içmək olar?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam.sualim beledir . Eger fitre pulu niyyet edilib cixarilibsa sonra ehtiyac halinda mecburiyyet qarsisinda ondan istifade edilibse . Bu günahmidir? Eledirse ne etmek lazimdir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər fitrə çıxaran şəxs fəqir idisə fitrə çıxartmaq ona vacib deyildi və onu xərcləməklə günah etməyib. Amma fəqir deyildisə günah etmişdir və vacibdir ki, mütləq qürbət qəsdilə (sırf Allaha yaxınlaşmaq niyyətilə) fitrəni çıxartsın.

Təşəkkürlər.
Sual: Salam.Destamaz alanda basha mesh cekende bawin qabaqi (tuk biten yere qeder mesh cekmek vacibdir? ora cox vaxt yaw olur uzu yuyanda ona gore cetin olur su qatishmasin. Yalniz bawin ust hisesine mesh ceksem kifayytedir? alinda tuk biten yere qeder yox
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Tük bitən yerə qədər məsh etmək vacib deyil. Başın üst hissəsinə məsh etmək kifayətdir.

Təşəkkürlər.
Sual: Destemaz alan zaman agzida nese yemek qirintisi hiss etdikde destemaz batildir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, batil olmur.

Təşəkkürlər.
Sual: Salam kirpik qaynağı etmək günahdır dəstamaz keçirir
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər suyun dəriyə yaxud insanın öz kipriklərinə çatmasına mane olursa icazəli deyil. Amma mane olmursa bu iş öz-özlüyündə haram deyil lakin qadın üçün zinət sayıldığına görə naməhrəm şəxslərdən gizlədilməsi vacibdir.

Təşəkkürlər.
Sual: Salam.Mən bəzi hallar var ki gunahdan cəkinməkdə əziyyet cəkirəm.Hərdəb bunun yolunu deyirəm bəlkə hardasa bur dini məkan olsa daimi orda işləyim və qalim.Bəlkə günahdan uzaq olub Allaha yaxin olaram.Amma onu burdan yaşadığim yerdən uzaq olmaqda görürəm.Özüm də ailəliyəm amma uzaq bir ölkədə məsələn dini bir ziyarətgahlarda İranda və ya İraqda olan İmam ziyarətgahlarında qalıb işləmklə edə bilərəm.Hər şeydən uzaq olmaq.Amma həm də orda qalıb işləməklə ailəmə də gərək yardım edim.Hər halda oları da ata bilmərəm.Amma bilmirəm ki,kimə və hara müraciət etməluyəm və bh mümkündürmü?.Bildiyimə görə deyəsən orda ziyarətgahda xudmət gösdərənlər heç maddi gəliri olmadan işləyirlər.Xaiş edirəm mənə kömək edərdiz.
Cavab: Əleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam. Müctehidlərə görə oral cinsi əlaqə zamanı məni udulduğu zaman haram sayılır. Aydındır ki,həm qadın və həm də kişi də bədən boşalır süstləşir yəni xüsusi hal baş verdikdə məni gəlir. Sualım belədi ki,hər iki tərəfdə qeyd etdiyum hala(məni gələn ana qədər) kimi şəhvət hissi zamanı cinsiyyətdən maye gəldiyi zaman onun ağız suyuna qarışması və ya udulması haram sayılırmı?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum.müvəqqəti nigahi təyin olunmus vaxtdan əvvəl kisi pozmaq istəsə,nə etməlidir.və bu isdə ona gunah sayilirmi.qeyd edim ki qadin ayrilmaq istəmir.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Müddətin qalan vaxtını pozmaq istədiyini bildirən hər hansı bir söz deyərsə kifayətdir. Məsələn, "qalan vaxtı batil edirəm" yaxud "qalan vaxtı sənə bağışlayıram" və s. Və qadının razılığı şərt deyil.

Təşəkkürlər.
Sual: Salam olsun. Sistani ağanın müqəllidiyəm. 1.Bilmək istərdimki şiddətli məkruh nə deməkdir?2.Buna görə günah yazılırmı və axirətdə cavab verilməlidirmi?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Məkruh yəni, bəyənilməyən əməl. Şiddətli məkruh isə yəni, o əməl şiddətli şəkildə bəyənilmir. Məkruh bir iş görməyə günah yazılmır. Lakin ondan çəkinmək daha yaxşıdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum.Sualım Ayətullah Xameneyi ağayadır.Cənabət vəya digər qüslləri alarkən sadəcə niyyət edib normal vaxtlarda yuyunduğumuz kimi yuyunsak kifayət edir yoxsa qaydasına uyğun,yani,baş,sonra bədənin sağ tərəfi daha sonra isə sol tərəfinin yuyulması vacibdir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, deyilən qayda ilə qüsl etmək vacibdir.

Təşəkkürlər.
Sual: Salam menim 17 yawm var size istimna ile bagli muraciet etmiwdim 17 yaw evlilik yawi deyl ve şəhvət hissləridə dözülməz hala gəlib çixir istimnada haram olduğu deyilir bu halda mən nə etməliyəm
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Günahdan uzaqlaşmaq üçün müvəqqəti nikah etməyiniz məsləhətdir. Həmçinin oruc tutmaq, dua edib Allaha sığınmaq insanın günahdan uzaqlaşması üçün çox təsirlidir.

Təşəkkürlər.
Sual: Salam mənim sualım belədir kiprik qaynağı dəstamaz keçirir
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər suyun dəriyə yaxud insanın öz kipriklərinə çatmasına mane olursa dəstəmaz batildir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı