www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Men: Salam Men gece namazini tekce cume gunleri ve imkan olduqda qila bilerem? Hec namaz qilmayan biri (nafile) hacet, hediyye, gece, ve s, namazlari qila bilermi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İmkan olanda gecə namazı qılmanız təqdirə layiqdir. Heç namaz qılmayan birinin sadaladığınız namazları bəzən qılmasının bir eybi yoxdur.
Sual: Sualı ünvanladı Zahir: xums gunu xumsu hesabliyib ayirsam bir ne ce gun sora numayendeye versem olar
Cavab: Salam. Sizin suala müəyyən səbəblərdən cavab ala bilmədik. İnşallah sabah ikinci (sizdən qabaq bir sual var) cavab verilən sual sizin sual olacaq. Üzrlü sayın.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam aleykum men namaz qilram ama goz zinasi elyirem menim namazim batildir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazınız qəbuldur amma günah edirsiziniz.
Sual: Sualı ünvanladı Muslim: Salam aleykum qardaşlar. Xahiş edirəm, Vahid ağanın dəftəri ilə əlaqə saxlayıb cavab verəsiniz həssas məsələdi: 1. Qız atasından icazəsiz oğlanla qaçır. Lakin atası sonradan gəlib qızın toyunda iştirak edir. Bu halda kəbin səhihdirmi? 2. Daha sonra onlar dövlət zaqsı ilə boşanırlar. 6 ildən sonra qız başqası ilə kəbin kəsdirmək istəyir. Lakin şəri təlaq almaq üçün oğlanı tapmaq imkanı olmur. İnandığı ruhanilər ona deyir ki, özünə təlaq oxutdura bilər. O da özünə təlaq oxutdurur. 3 ay iddə gözlədikdən sora başqa şəxslə əqd edir. Buradan 2 sual çıxır: a) Həmin təlaq səhihdirmi? b) Evlilik müddətində daxil olma baş verməyib və qız bakirədir. Atasından isə heç bir asılılığı yoxdur. Qız kəbin kəsdirmək üçün atasından icazə almalıdırmı? Çox xahiş edərdik sualı tezliklə cavablanrısanız inşallah. Allah razı olsun.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Həmin qız əvvəlki ərin tapmalıdır və ondan təlaq almalıdır. Etibar etdiyi ruhaninin sözü ilə verilən təlaq səhih deyil və qadın əvvəlki ərinin zövcəsi hesabındadır. Baxmayaraq ki, əvvəlki əri ilə kəbin üçün atadan icazə almışdı və ya yox. Hərçənd ki, icazə almalı idi. Amma icazə almayıbsa belə, yenə də kəbin mötəbər sayılır və qadın ərini tapıb ondan təlaq almalıdır. Əgər ərini tapa bilməsə təqlid etdiyi mərcei-təqlidə və ya həmin mərcei təqlidin nümayəndəsinə müraciət etsin. Əgər əri təlaq versə iddə gözləmədən, yəni əri təlaq verdiyi andan sonra iddəsiz ərə gedə bilər. Bakirə olduğu üçün, yenidən ərə getdiyi təqdirdə atanın icazəsi lazımdır.
Sual: Sualı ünvanladı Men: Salam Eleykum,hicabli qadin elvan,parlaq rengli paltarlar geyine biler?zinet ewyalari istifade ede biler?onlari namehrem gorurse nece.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rəngli paltar diqqəti cəlb etsə haramdır. Zinət əşyası istənilən bir halda haramdır. İstisnadır məhrəm qarşısında zinətlənə.
Sual: Sualı ünvanladı Bir dost: Salam Eleykum,qadin heyat yoldawinin sozune daha chox onem vermelidir yoxsa atasinin,yeni ki,atasi ondan ne ise isteye,yoldawi ise etme dese.ne etmelidir.Suallari cavablandirdiqiniz uchun chox saq olun.Allah razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın evdən çölə çıxıb-çıxmamaqda ərindən başqasına itaət edə bilməz. Belə bir şey etsə günah sayılır. Bundan əlavə cinsi münasibətdə də qadın ərinə (üzrü olmadan) "yox" deyə bilməz. Bunda da itaət vacibdir.

Saayt tərəfindən: Siz konkret bizə hansısa məsləni yazın və biz sizi konkret cavablandıraq.
Sual: Sualı ünvanladı Ali Rzayev: Baku.Salamun aleykum.Cuma Namazi Vacibdir.?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Cümə namazı vacibi ixtiyaridir. Yəni siz istəsəz zöhrü qıla bilərsiz, istəsəz cümə namazın. Bu ikisindən birini seçməkdə ixtiyar sahibisiniz.
Sual: Sualı ünvanladı Həsən: Salam aleykum.Mən universitetdən aylıq təqaüd alıram (dünyəvi universitet ADİU-dan) Bir il ərzində mənim ehtiyaclarımdan artıq məbləğ ixtiyarımda qalarsa onun xümsünü verməliyəm?
Cavab: Salam. Sizin suala qeyri ixtiyari səbəblərdən cavab ala bilmədik. İnşallah sabah, yəni 12 fevral birinci sizin suala cavab veriləcək. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Elmar: Salam.Bes masini bank vasitesile almaq nece olar?
Cavab: Salam. Bu məsləni bizə kamil izah edin. Biz maşını kreditə götürmək olar dedikdə maşını, maşın satandan götürməyi nəzərdə tutmuşduq. Amma Bank vasitəsi ilə maşını götürməyi bizə kamil yazsaz bunun da hökmünü öyrənərik.
Sual: Sualı ünvanladı Möminə: salam.boynunda qeza orucu olan merhumun ovladi onun evezine oruc tuta biler ve ya onun evezine hecce gede biler?
Cavab: Salam. Ayətullah Behcət dəftərxana: Atanın qəzaları böyük oğula vacibdir. Amma digər övladlar da könüllü bu işi görə bilərlər. Amma könüllü, yəni vacib deyil.
Sual: Sualı ünvanladı Möminə: salam.hem evvelde,hem de axirda -yeni 2 defe eyni meselen heyz quslu almaq olar?
Cavab: Salam. Sual aydın deyil. Xahiş edirik ətraflı yazın.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam .namazi ilk defe hansi peqenberimizden qalib .twk.
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Salam. Bu gün müəyyən səbəblər ucbatından dünən ünvanlanan sualların hamısına cavab verə bilmədik.
Cavab: Sabah isə Dəftərxanalar Milli bir günə əsasən tətil edir. İnşallah cavabı alınmayan bütün suallar fevralın 11-də cavablanacaq. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Elmar: Salam.Dua kitablarında Ayetil kürsü və Fərəc duası çoxdu amma məciddə çərəkədə yazıldığı yerə qədər deyilmir.Bu barədə yazardız zəhmət olmasa
Cavab: Salam. Üzrlü sayın, sual mövzumuza uyğun deyil.
Sual: Sualı ünvanladı Ali Rzayev: Cume nemazi vacibdi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vaicibi ixtiyaridir. Yəni insan istəsə zöhrü qıla bilər, istəsə cüməni qıla bilər. Bu ikisinin arasında ixtyar sahibiyik.
Sual: Sualı ünvanladı Elmar: Salam.İmam Cəfər Sadiqdən belə bir hədis var ki İmam deyib ki zöhrlə əsr və şam ilə xiftən namazının arasında 1 saniyə vaxt fərqi varşBu sehih hedisdi?
Cavab: Salam. Belə bir hədisə rast gəlmədik.
Sual: Sualı ünvanladı Elmar: Salam.Bilirəm ki rəhbərin fərtvasına əsasən kağız oyunları maddi və ya mənəvi maraq olmadan belə oynamaq haramdı.Azərbaycanda belə bir kampaniyalar olur ki mobil nömrəvə sms gəlir ki məsələn ən çox danışan abunəcilər sırasındasız və siz 2000 manat pul uddunuz.Bu bir qumar variantı sayılır?Yəni bu pulu götürmək caizdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sizə hədiyyə kimi təqdim olunan bvu 2000 manatın eybi yoxdur.



Sayt tərəfindən: Kağız oyunları haramdır deyəndə hansı oyunları nəzərdə tutduğunuzu bilmirik. Bu haramlığı oxuyan oxucular bunu cavab yox sualın bizə qaranlıq hissəsi kimi anlasınlar.
Sual: Sualı ünbvanladı Elmar: Salam.Rəhbərə təqlid edirəm.Üzümü maşınka ilə vururam.Sıfırla deyil 3-cü dişlə vururam və üzümdə bilinir ki saqqal var.Sadəcə Alt dodaqla çənənin arasında ki tük olur o hıssəni maşinkanın sıfırla olan dişləri ilə vururam.Səbəb isə o hissəni sıfırla vurmasam sanki qərb adətlərinə bənzəyir.Bu əml caizdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin hissənin sıfırla vurulması olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam.Rəhbərin fətvasına əsasən cavab verin zəhmət olmasa.1)Şam və Xiftən namazının təkcə həmd və surəsinin səslə qılınması vacibdi yoxsa kamil şəkıldə qılınması vacibdir?2)Bilirem ki cümə günü camaat namazında zöhr namazı səslə qılınır.Yəni bu zaman da zöhr namazının təkcə həmd və surəsi səslə qılınmağı vacibdi yoxsa kamil şəkıldə səslə qılınmalıdı?3)Camaat namazı qılınır və imam(zöhr) səslə namaz qılır bu zaman möminlər namazın hansı sözlərini səslə(uca)(məsələn təkbirlər və sair.) deməlidilər? 4)Cammat namazıdı və zöhr namazı qılınır sonda imam salamları deyir və möminlərdən də bəziləri salamları uca səslə deyirlər.Məcid əhli də deyir ki salamları uca səslə demək namazı batil edir.Bu caizdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təkcə həmd və surənin.

Cümə günü cümə namazını imama iqtida edərkən, sələ və ya səssiz qılmaqda ixtiyar sahibisiniz. Amma səsinizin ucalmaması daha məsləhətə uyğundur.

Cümə namazında salamları uca səslə demək namazı batil etmir. Amma məsləhətə uyğun deyil.
Sual: Sualı ünvanladı Vasif: salam menim burda qeyd olunan sualdan ve verdiyiniz cavabdan beynimde bir sual yardiki qadin ayagi aciq geze bilmez yeni corab geyinmek vacibdi?men biliremki corab geymesem hec kim bununla gunaha dusmeyecek bununla bele nemehremin yaninda corab geyinmeyim vacibdir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Qadının ayağıaçıq gəzməsi günahdır. Kimisə şəhvətə salmasa belə. Ayağın örtülməsi naməhrəm yanında vacibdir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı