www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Teki: Kisinin üzüy taxmasi halaldi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Qızıl üzük olmaz, haramdır. Qızıldan başası olar.

(İslah edildi)
Sual: Esselamu Aleykum və Rəhmətullahir və Bərəkatuh. Gecə namazının qılınma qaydası tam olaraq tapa bilmirəm. Mənbələrdə 11 rəkətin 8 rəkəti sübh namazı kimi 4 dəfə (amma bəzilərində 2 gecə namazı kimi) , 2 rəkəti şəhf namazı və 1 rükəti isə vitr namazı olur. İndi isə sual belədir. 1. 8 rəkət namazı qıldıqda hər 2 rəkətin sonu salamları deyəndən sonra niyyət olunur ya yox? Olunursa nə deyilir, 2. Şəhf və Vitr namazı qılınmazdan öncə niyyət olunrmu? 3. 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh", 70 dəfə "Həzə məqamul-`aizi bikə minən-nar", 300 dəfə "əl-Əfv", deyilməsi vacib ya müstəhəbdirmi, Bu sözləri təsbeh vasitəsi ilə qiyamda və yaxud oturarkən demək olarmı və bu sözlər namazda nə vaxt deyilir. Cavabınızı gözləyirəm.
Cavab: Salam. İlk səkkiz rəkətdə elə gecə namazı niyyəti edin. 9-cu rəkətlə 10-cu rəkəti şəf, 11-ci rəkəti vətr niyyət edin. Zikirlərin sayını gücünüz həddə deyin. Yəni bu müstəhəbdi, azda desəz bir eybi yoxdu. Bu zikirləri ayaq üstə-qunut halında deyin.
Sual: Sualı ünvanladı Həsən: Salamun aleykum. Sizi narahat edən Həsəndir. Sualım belədir ki, mən yuxudan oyananda (üzr istəyirəm) alt paltarım bəzən nəm olur, amma onun məni olmasında şəkk eləyirəm.Bəzən əmin oluram ki, həmin nəm mənidir. Çünki, yuxuda məni xaric olanda insan özü hiss edir. Mən Ayətullah Məkarim Şiraziyə təqlid edirəm,amma onun risaləsində mənə lazım olan bu hökm barədə məlumat yaoxdur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yəqin edə bilməsəz ki, həmin nəmlik spermadır, onda alt paltarı pak hökmündəıdir.
Sual: Sualı ünvanladı Momine: salam.deyirsiz ki,sunnu ehlinden olan heyat yoldasima iqtida etmeyim.meger o musalman deyilmi?..................
Cavab: Salam. O müsəlmandı. Amma sizn seçdiyiniz mercei-təqlid buna icazə vermir. Yox əgər siz təqlid etmirsizsə, özünüz özünüzə hökm verirsizsə, onda bizə sual yazmağın mənası yox idi. Mənasiz işləri görmək də bəyənilən deyil. Bundan əlavə belə işlə bizim də vaxtımızı alırsız.



Camaat namazın peyğəmbər buyurub, düzdür. Elə həmin peyğəmbər də buyurub ki, Mən kimin mövlasıyamsa Əli (ə) də onun mövlasıdır. Elə həmin peyğəmbər özündən sonra İmam Əlini (ə) canişin elan edib. Amma Əhli-sünnə qardaşlarımız İmam Əlini (ə) peyğəmbər caneşini olmasın qəbul etmir. Əhli sünnə xalqın rəyi ilə Əbu-Bəkri xəlifə seçib. Amma Quran buyurur ki, hökm yalnız Allaha məxsusdur. Yəni bu xilafət məsələsində hökm Allahın olmalı idi. Xalqın yox. Çünki xalq insanları yaxşı tanımır. Və xəlifə seçərkən kimin xəta edə biləcəyini, bilmir. Amma Allah insanların həm bugünün, həm sabahını bildiyi üçün xəlifə seçmək haqqı da Allaha məxsusdur. Allahda qeyb elmi var amma adi camaatda yox. Xəlifə insanlar barəsində qəzvət etməli idi. Bu qəzavət isə bütün xətalardan pak olan insan istəyirdi ki, xalqın işlərinə səhv hökm verməsin, kimisə günahsız yerə və ya az günah üçün çox yaxud da əksinə cəzalandırmasın.



Ayətullah Behcət-dəftərxana: Sünnü bir kişiyə şiə bir qadının ərə getməsi caiz deyil.



Xahiş edirik ki, öz zehninizdə nəyinsə cavabını bilirsizsə həmin sualı bizə ünvanlamayın. Bizə öyrətmək məqsədi ilə yox, öyrənmək məqsədi ilə sual ünvanlayın. Saytın adı cavab-al-dır. Cavab-ver-deyil. Təşəkkür!



Sual: Sualı ünvanladı Teki: Mekkede sünni namazi eli bagli qilirlar bes men ora getsem sieyem axi nece namaz qilacam?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Orda şiələr əli açıq qılır. Orda bir problem yoxdu bu məsələdə.
Sual: iqtida ne demekdir?
Cavab: Salam. Bizim bu saytda iqtida deyəndə məqsədimiz pişnamazın arxasında durub cəmiyyət namazı qılmağa işarədir. Yəni pişnamazın arxasında duran insan ona iqtida etmiş olur.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Hamile qadin haqqinda hedis olmalidi ki etaplar uzre hamile qadinin meqami gosterilir ki qadin uasaqi dunyaya getirenden sonra hardasa normal halda 2 il usaqa sud verer ki hemin anaya savab yazilar ki bunun qederi bilinmez ve 2 il ve ya mueyyen vaxtdan sonra ki ananin sud vermeyi dayanar bu zaman melek ananin ciynine elini vurar ve deyer ki bu gune qeder olan gunahin baqislandi ve bu gunden emellerive diqqet et.Bu hedis sehihdi?
Cavab: Salam. Hədislərdə qadının övladına süd verməsi savabdır. Bu iş qadının cihadı sayılan işlər sırasındadır. Amma siz deyən hədis barəsində məlumat əldə edə bilmədik.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Həmddən sonra surəni oxumağa başlayanda (məsələn) Nəsr sonra surəsini oxumaq niyyətində olsa, "Bismillah"I dedikdən sonra isə fikrimi dəyişsəm "Kafirun" surəsini oxuya bilərəmmi? Yoxsa təzədən "Bismillah"I deməliyəm Kafirun surəsi üçün? Sistani ağanın nəzərinə əsasən cavab verin, zəhmət olmasa.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Elə birinci dediyiniz "Bismillah" istənilən surəni oxumaq üçün yetərlidir. Yenidən deməyə ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Ferec: bilmek isteyirem ki, dinde bele bir wey varmi ki, Gece dirnaq tutmazlar, Gece zibil atmazlar bu weyler dogrudur yoxsa xurafatdir ?
Cavab: Salam. Bu barədə nəsə əldə edə bilmədik.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,tewehhud deyerken saq ayaq,sol ayaqin ustune qoyulmalidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sağ ayaq solun üzərinə...
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,kiwi zina ederse qadin buna gore ondan bowana bilermi?birde burda oxudum ki,qadinla kiwinin tek qalmasi gunahdir,eger 3 wexsde qadin olsa ve ya kiwi olsa bu uwaq olmalidir yoxsa nece?ALLAH razi olsun.
Cavab: Salm. Ayətullah Xamenei-dəftərxana: Boşamaq haqqı kişiyə məxsusdu. Amma kişi zinakar olsa qadın gedib şəri hakimə ondan şikayət edə bilər. Şəri hakim məsələni araşdırsa və lazım bilsə onda qadının boşanması məsələsini həll edir.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,namazda gozleri yummaq olar?Namazin salamlarinda sadece sonuncu cumleni demek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rükudan başqa yerdə gözü yummaq məkruhdur. Bəli sonuncunu demək kifayət edir. Yəni "əssəlamu ələykum və rəhmətullahi və bərəkətuh".
Sual: Salam Eleykum,qadinin ve kiwinin etir vuraraq evden chixmasi haramdir?kiwi qisaqol koynek geye biler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişi qısaqol geyə bilər. Kişi ətir vura bilər. Qadın isə ətiri məhrəmlərin qarşısında vura bilər. Naməhrəmlər qarşısında yox.
Sual: Salam aleykum. Sovet dövründə insanlar dövlət nigahı bağlayıblar, lakin dini nigah yox. Onlar övladları hansı hökümdədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu insanlar halalzadə hökmündədirlər.
Sual: Sualı ünvanladı Elvin: Bismillahir Rehmanir Rehim. salam aleykum. size zeruret barede sual verdikde demisdinizki eger kiraye yasamaga imkaniniz yoxdusa. Menim kirayede qalma imkanim var amma ora verdiyim pulu kredite pul goturerem hem oz evim olar hemdeki illerle kiraye pulu verince bu pulla hell ederem meseleni. belke hec bir zaman menim pulum olmadiki ev tikim onda daima kirayedemi qalmaliyam? evelleceden Tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ömrü boyu kirayədə qalmaq dəlili bu işə icazə vermir ki, siz haramdan keçən pul götürüb ev tikəsiniz.
Sual: Sualı ünvanladı Azer: Salam Aleykum. Sualım belədir. Quran oxuyarkan ereb dilinde olub latın əlifbasında yazılan surələrə müraciət etmək olarmi? Birde Quran avazını mp3-lərə qulaq amaqla oyrensem hökmü necədir?
Cavab: Salam. Ərəb dilində oxumaq müstəhəbdi. Amma oxuya bilmirsizsə onda öz hərflərimizlə yazılmışdan oxuyun. Mp3-lə örgənməniz də savabdır. Çünki dini öyrənmək üçün bu işə zəhmət çəkirsiz. Allah qəbul etsin.
Sual: Sualı ünvanladı Qerib: Salam aleykum. size sual vermisdik sizde cavab olaraq demisdinizki seriet baximindan gunah kiside olsa onda qadin haqli olsa demeli bosana biler mueyyen sertler daxilinde. Xanim oz heyat yoldasin xeyanet ederken ustune cixib tutubsa onda qadinda haqq varmi yoxsa yoxdu. ve eger qadina ne qeder deyirler baris barismirsa nece olacaq? birde sualimin cavabin ala bilmedim. men sual verdimki eger xanim erinden bosanmayib amma ayri yasayirsa barismaqda istemirse bu xanimin uzerinde gunah varmi? Yeni buna aid bir hokm varmiki qadin erinden bosanmasin amma ayri yasasin ne az ne cox 1il yarimdi bu hal davam edir. Tezlikle cvb gozleyirem
Cavab: Salam. Xəyanət dedikdə nə nəzərdə tutursuz? Əgər onun ərinin başqa qadınla olan münasibətini xəyanət bilirsizsə, onda səhv edirsiz. İslam baxımından bir kişi dörd xanımla ailə qura bilər və burada xəyanət yoxdur. Xəyanət olsaydı bütün çirkinliklərdən pak Allah müqəddəs kitabı Quranda bu işə icazə verməzdi.



Belə bir iş üstə ayrılan qadını əri boşamasa heçkim boşaya bilməz. Çünki kişidən boşanma dəlili Allahın halal buyurduğu işdir.



Qadın barışmırsa günahkardı.

Sual: Salam.Bir qadin dunyaya usaq getirdiyi zaman doqusdan ana rehmete gederse yeri cennetdi ve ya doqus zamani ana deyil usaq rehmete gedersse yeri cennetdi.Bu caizdi?
Cavab: Salam. Hədis var ki, belə bir ananın günahları bağışlanır. Uşağa gəldikdə, o məsumdur. Günahsızın da yeri, sözsüz ki, cənnətdi.
Sual: Salam.Bezen memleketimizin gozel guselerine gedirik ve tebiyyetin gozel menzeresinden feyziyyab oluruq. Daha sonra dostlarla gorusende deyirik ki filan yere getmisdim ora ele bil cennet idi ve ya ele hemin yerde olduqumuz zaman bele deyirik ki cennetdi bura.Bele demek caizdir?
Cavab: Salam. Eybi yoxdur.
Sual: Salam.Rehberin fetvasina esasen abort elemek haramdi.Bildiyime gore bezi istisna hallarda olar.1)Hekimler yeqin edirler ki usaq doqulsa omurluk xesteliye tutulacaq ve omrunun sonuna kimi xeste olacaq meselen hemin usaqa zerbe deyerse qanaxmadan ole biler2)Hekimler bilirler ki usaq anadan olacaqi vaxtda ananin heyati tehlukesi var ve ole biler bu zaman abort olar ve bildiyime gore bu prosesmueyyen vaxta qeder olar.40 ve ya 90 gun muddetinde olar.Bu barede melumat verin zehmet olmasa
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əslində abort haramdır. Amma mütəxəssis olan həkimlər təyin etsə ki, uşaq elə haldadır ki, dünyaya gəlsə məşəqqət olacaq, onda əgər həmin uşağa ruh daxil olmayıbsa onda olar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı