www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Mən qüsl alanda niyyət edirəm məsələn cənabət qüslü alıram qürbətən illəllah və əvvəl tam başımı yuyuram sonra sağ tərəfini sonra da sol tərəfimi.Tam yuyanda sonra axırda duşun altında dayanıram və əvvəl başımı sonra da sağ və axırda sil tərəfindən su alıram.Bilmək isdəyirdim ki,birinci dəfə ki,niyyət edib yuyunurama bəs edir yoxsa mütləq tam yuyunannan sonra axırda bir də suyun altında dayanıb başımdan və sağ və sol tərəfimnən su buraxmaliyam?Yəni mən həmişə bu günə kimi qüslü belə almışam.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Niyyət edərkən "illəllah" deyil "iləllah" demək lazımdır. Və bir dəfə baş boyun və bədən tamamilə yuyularsa kifayətdir. İkinci dəfə yumağa ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam Azərbaycanda artıq Covid19 əleyhinə vaksin vurdurma icbari hal almağa başlayıb. Bilmək istəyirəm ki, bunun hökmü nədir? Bir halda ki, vaksinin tərkibindən arxayın deyilik...
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər ciddi zərərləri yoxdursa vaksin vurdurmağın maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Naməhrəm kişinin spermasından süni mayalanma caizdir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyil. Lakin haram baxışa və ya haram toxunuşa səbəb olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Hicab taxmadığım illərdə hicabsız şəkillər çəkdirmişəm. Məktəb, iş dostlarımda, toy şənlik kasetlərində hicabsız görüntülərim var. Hicaba keçəndən sonra da bəzən o şəkil və görüntülər yayılır və qarşısını almağa gücüm çatmır. Bu halda mənə günah sayılırmı? Mən rəhbərə, rəfiqəm Sistani ağaya təqlid edir. Hər iki fətvanı yazsaz minnətdar olaram.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, günah sayılmır.

Təşəkkürlər.
Sual: salam. zəhmət olmazsa cavablandırardınız. qol altına lazer etmək günahdırmı? başqa günah olan bölgə var ?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər haram baxış kimi bir harama səbəb olmazsa öz-özlüyündə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Mən uşaqliqdan(hələ həddi büluğa çatmamişdan) namaz qiliram. Amma bəzi namazlarimi qüsullu olsamda qilmişam. Bəzi vaxtlarda qüsul almağin vacib olduğunu bilmədiyim üçün elə etmişəm. Bir müddət sonra bilsəm də bəzən namazlarimi elə qüsul boynuma gəlsə də qilmişam. Amma bilmirəm o vaxti yaşima görə namaz vacib idi yoxsa yo. Yəni həddi büluğa çatmişdim yoxsa yo bilmirəm. Hər nə qədər düşünsəm də yəqinliyə çata bilmirəm. İndi mən gecə namazi qiliram. Gecə namazinin nafilələrinin yerinə qəza namazi qilmaliyam yoxsa ehtiyat namazi qilim bilmirəm.Necə edəcəyim barədə izah verərsiz zəhmət olmasa. Bilirəm bir az qeyri müəyyən məsələdir. Mən özüm də qalmişam ki nə edim. İndidən cavaba görə təşəkjür edirəm
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Oğlanlarda həddi-buluğun əlamətlərindən biri sperma xaric olmasıdır. Buna əsasən həmin namazların qəzasını qılmaq sizə vacibdir.

Boynunda qəza namazı olan şəxs müstəhəb namaz qıla bilər. Lakin qəza namazlarını etinasızlıq sayılacaq həddə gecikdirmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Kvas icmek olar mi.?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər tərkibində spirt varsa haramdır.

Təşəkkürlər.
Sual: Salam Sual 1: Mən dul bir qadınla whats app- da yazışıram. Bu işlə əlaqəli deyildir. Sadəcə bir birimizlə gündəlik mövzularda yazışırıq, əlaqə saxlayırıq. Amma şəhvani mövzulara girmirik. Bunun işğalı varmı? 2. Mən bu qadınla görüntülü whats app zəngi ilə müvəqqəti əqd bağlaya bilərəmmi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər günaha düşmək qorxusu varsa icazəli deyil.

2. Əqd bağlamaq üçün görüntülü və ya görüntüsüz zəngə ehtiyac yoxdur. Nikahın sözlərini oxumaq kifayətdir.

Təşəkkürlər.
Sual: Salam.Üzür isdeyirem sualıma görə.Bilmək isdiyirdim masturbasya deyirsiz haramdır.Bəs hansısa müctəhid var ki, masturbasiyanı haram bilməsin Ən azından məkruh bilsin.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İslam şəriətində bu əməl haramdır.

Təşəkkürlər.
Sual: Salam Aga.Dəstəmazli halda tibbi spirtnən əlləri dezinfeksiya etmək olar? Yəni spirt dəstəmazi batil edər?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İstifadə etmək olar və dəstəmazı batil etmir.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Sualim Ayətullah Xamenei ağayadır.Mən bir xəbər gördüm.Yazmisdilar ki bu gün yəni 26 may 2021ci ilin ilk ay tutulması baş verəcək.Tam ay tutulması Bakı vaxtilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.Bu halda ayət namazı vacib olur.Yəni ay ancaq Bakıda görünməlidir?yoxsa başqa yerlərdə də görünsə qılınmalıdır.Mən baxmamışdım səmaya ona görə bilmirəm qılmaq lazımdır ya yox.Bu birinci sual idi.2-ci sualım budurki (üzr istəyirəm) əgər bir insan bir neçə saat porno videolarına baxsa və onda cinsi orqan adi vəziyyətindən çıxsa və bir şey hiss etsə yəni şəkk edərsə ki onda 3 əlamət olub yoxsa yox qüsl almalıdır? Öncədən təşəkkürlər.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər yaşadığınız məntəqədə ay tutulması müşahidə olunubsa ayət namazı qılmaq vacibdir. Əks halda vacib deyil.

2. Şəkk edərsə qüsl etmək vacib deyil.

Təşəkkürlər.
Sual: SALAM OLSUN BÜTÜN İSLAM MÜCAHİDLƏRİNƏ... AĞA CAN, XARİCİ DÖVLƏTLƏRDƏ İSTEHSAL OLUNAN ŞOKOLADLARI YEMƏK CAİZDİRMİ? HƏRÇƏND TƏRKİBİNDƏ SPİRT VƏ YA BUNUN KİMİ HARAM QARIŞIQ OLMASA... ÜMUMİYYƏTLƏ VAXTINIZDAN BİR AZ AYIRIB BU XARİCİ İSTEHSAL OLAN QƏNNADI VƏ ŞİRNİYYATLA BAĞLI FİKİRLƏRİNİZİ BİZƏ DEYİN... ALLAH BİZİ CƏNNƏTDƏ SİZƏ QONŞU QƏRAR VERSİN...
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xaricdən gətirilən şirniyyatların tərkibində haram qatqıların olması məlum olmazsa yeyilməsi icazəlidir.

Təşəkkürlər.
Sual: Salam..Qadın hökmü bilmədiyinə görə daimi evliliyin iddə dönəmində bir nəfərlə kəbin kəsdirib və cinsi əlaqədə olub..indi başqa bir şəxslə kəbin kəsdirmək istəyir..bu qadın iddə saxlamalıdırmı...iddənin müddəti nə qədər olmalıdır?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İddə müddətində kəbn kəsdirdiyi şəxslə bir-birinə əbədi haram olublar və onunla heç vaxt kəbn kəsdirə bilməzlər. Amma başqası ilə iddə tamam olandan sonra kəbn kəsdirə bilər. Təlaqın iddəsi qadının üç dəfə heyz olması qədərdir. Əri onunla yaxınlıq etmədiyi paklıq halında verilən təlaqdan sonra üçüncü heyz baş verən kimi iddəsi tamam olmuş sayılır.

Təşəkkürlər.
Sual: Salam. 2 sualım var. 1) Mənim atam və anamın arasında dini kəbin olmayıb, amma onlar evlənən zaman bu haqda məlumatları da olmayıb. Yəni bilərəkdən bunu etmədikləri görünür. Sizcə bu izdivac haram sayılıb? Və bu izdivacdan doğulan uşaqlar halalzadə sayılır? 2) Mən bu ilin Ramazan bayramında filtrələri başqa rayonda yaşayan bir xəstə ailəyə kart vasitəsilə göndərdim. Biraz əvvəl isə oxudum ki, bu icazəli deyil. Fitrə qəbuldur?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər heç biri xəbərdar deyildisə günahkar sayılmırlar və dünyaya gələn uşaqlar halalzadə hesab olunur. Lakin ən qısa zamanda kəbn kəsdirmələri vacibdir.

2. Əgər birbaşa kartdan karta göndərmisizsə düzgündür. Amma əvvəlcə pul şəklində fitrəni ayırıb kənara qoyduqdan sonra karta göndərmisizsə düzgün deyil və fitrə zəkatı boynunuzdan götürülmür.

Təşəkkürlər.
Sual: Əgər əsgər əsir düşəcəyi təqdirdə işgəncələrə dözməyəciyindən və hərbi sirri verəcəyindən qorxursa, özünün yaxud əsgər və zabitlərin, yaxud ölkəsinin taleyinə zərər verəcəyindən qorxub özünü öldürməsi intihar sayılarmı? Bunun icazəsi, çıxış yolu nədir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, intihar sayılır və icazəli deyil.

Təşəkkürlər.
Sual: Salamun aleykum. Mən ailə qurmaq istəyirəm qız razı olsada, qızın atası razılıq vermir. Səbəb isə ailəmizin dindar olması və anamın hicabli olmasıdi. Qiz atasının qorxusundan namaz gizli qılır, oruc tutur. Hicaba kecmək istəsədə ailəsi icazə verməyib. bu halda qızın atasının icazəsi olmadan kəbin kəsdirə bilərəm? Qeyd edimki qız özü işləyir və bütün tələbatını özü ödəyir.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər ata qızının ona ürfi və şəri baxımdan layiq olan biri ilə ailə qurmasına mane olarsa və qızın da onunla ailə qurmağa meyli varsa atanın izn vermək haqqı saqitdir və artıq onun izni şərt deyil.

Təşəkkürlər.
Sual: Salam Aga. Məndə hamamda duş yoxdur birəlidir yəni qabdir,mən təmiz yuyunandan sonra, niyyət edib cənabət qüslü belə alıram,əvvəl başima və boynum daxil olmaqla ikidəfə su tökürəm qabnan,sonra bədənimin sag tərəfimə iki dəfə su tökürəm qabnan,sonra sol tərəfimə iki dəfə su tökürəm qabnan Qüslum səhihdir və qəbuldur? Bu halda ki ürəyim şəklə dolur
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Suyu sadəcə başa və çiyinlərə tökmək kifayət deyil. Suyu baş və boyunun həmçinin bədənin hər tərəfinə çatdırmaq vacibdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Aybaşı qurtarandan sonra heyz qüslu almamış cinsi əlaqədə olmaq olar?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu iş icazəlidir lakin məkruhdur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Ayetullah Xamenei ağayadir sualım.Uzr istəyirəm suala görə mən çox vaxt olur ki paltarımdaki ləkənin məni yoxsa başqa bir şey olduğunu müəyyən edə bilmirəm.Meselen yuxuda üzr istəyirəm sidiyə çıxdığımı görürəm bu zaman oyananda görürəm ki alt paltarım bulanib.Basqa vaxt da olur ki yuxudan duranda alt paltarımın bir hissəsinin qurumuş ( yəni bərkləşmiş ) halda olduğunu görürəm yəni maye alt paltarıma düşəndən bir müddət sonra bərkləşib.Yəni yuxuda olarkən bilmirəm ki məndən eyni zamanda üç əlamət baş verib ya yox.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər xaric olan mayenin məni olmasına şəkk edirsinizsə və üç əlamətin hamısının baş verməsi məlum deyilsə cənabət qüslü etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Salam Aga.Qolunda saat olala namaz qılmaq olar,qolsaatiynan 2 ci sual,tibbi maskaynan namaz qılmaq olar?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər saatın qolları əti haram olan heyvanın və ya murdarın hissələrindən hazırlanmayıbsa onunla namaz qılmaq icazəlidir. Maska ilə namaz qılmaq isə əgər namazın sözlərini düzgün tələffüz etməyə mane olmursa icazəlidir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı