Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam Ağacan. qadın kişi həkiminin yanına gedə bilərmi ?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Zəruri hallar istisna olmaqla haram baxışa və ya toxunmağa səbəb olmayacaqsa gedə bilər.
Təşəkkürlər.
Sual: Salam Əqər bu gün ay görsənməsə sabahda oruc tutmalıyıq
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Ramazan ayı ya 29 gün olur ya da 30 gün. Hicri təqvimdə 31 gün olan ay yoxdur.
Təşəkkürlər.
Sual: Salam Aga,Namaz qilanda əllər əsirsə,qunut tutanda əsirsə, namaz qəbuldur?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əllərin əsməsinin maneəsi yoxdur, namazınız səhihdir.
Təşəkkürlər.
Sual: Salam aga, müvəqqəti nikah haqqinda melumat almaq isteyirdim sizden, heqiqeten varmi müvəqqəti nikah?
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
İslam şəriətinə əsasən icazəlidir.
Təşəkkürlər.
Sual: Salam aleyküm və rəhmətullah. Kişi məclisində meyxana demək olarmı? Peşə sahəsi kimi
Cavab: Əleykum salam.
Ayətullah Vəhid-dəftərxana:
Əgər ürfün nəzərinə əsasən haram məclislərə uyğun olarsa icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam Aqanin muqellidleri bayram edirlermi bu gun
Cavab: Əleykum salam.
Ayətullah Məkarim Şirazi-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: Salam Aleykum. Ramazan bayramınız mübarək.
Əgər iki şəxs mömin və möminə hər biri ayrı şəxslərə təqlid edirlərsə ailə qurduqdan sora xanım yoldaşının təqlid etdiyi şəxsə təqlid etməlidir?
Bunun üçün Xanım hansı əməlləri etməlidir?
İstədiyi vaxt dəyişə bilər təqlid etdiyi şəxsi?
Qeyd: hər iki mücteid ələm və elmlidir
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Xanımın təqlidini dəyişməsi lazım deyil. Yalnız başqa bir müctehidi hal-hazırda təqlid etdiyi müctehiddən daha elmli olması məlum olarsa təqlidini həmin müctehidə dəyişməlidir.
Təşəkkürlər.
Sual: Evvela salam. Menim sualim fitr bayrami ile elaqedar olacaq. MMen bilmek isteyirem krasnodar seherinde yasiyan muselmanlar sabah may ayinin 13 u oruc tutmalidir ya yox?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu məsələ ilə əlaqədar həzrəti Ayətullah Xameneinin Rusiya üzrə nümayəndəsinə müraciət etməyiniz lazımdır.
Təşəkkürlər.
Sual: Azerbaycan Baki Bugun yeni 13 May Ramazan ayinin 30cu gunu Oruc tutulmali ya Bayramdi ? Bir az olar deyilibki ay gorsenib Bakida? Ne edey
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər yaşadığınız məntəqədə iki nəfər adil şəxs "biz ayı adi gözlə gördük" desələr onların sözünə əsasən ayın əvvəli sizin üçün də sübut olunur. Amma o, iki nəfər "biz ayı teleskopla gördük" desələr sizin üçün ayın əvvəlinin sübut olması üçün kifayət etmir.
Təşəkkürlər.
Sual: salamun eleykim orucluq bayrami bu il ne vaxtdi bilmey isterdim
Cavab: Əleykum salam.
Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasından verilən məlumata əsasən 13 may mübarək Fitr bayramıdır.
Təşəkkürlər.
Sual: Əs Salam Alekum. Önceden teşekkür edirem.
Size 2 sualim var: 1. Broyler toyuqlari haladir yoxsa haram.
2. Qeza namazlari meselen 6 il qezam varsa 1 gune 61 gun
Düşür yoxsa? Zehmet olmasa aciqlamasin vererdiz. Yene de teşekkur edirem.
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Əgər müsəlman ölkəsində yaxud müsəlmanların çoxluq təşkil etdiyi yerdə kəsilirsə və halal olub olmamasına şəkkiniz varsa yeyə bilərsiniz. Lakin iki adil şəxs onun haram olmasını deyərsə yaxud haram olması məşhur olarsa yeyilməsi icazəli deyil.
2. Qəza olan namazları qılmaq kifayətdir. Əlavə namaz qılmağa ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: Salam Siqaret çekmek haramdır?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər ciddi zərərləri yoxdursa haram deyil.
Təşəkkürlər.
Sual: Salam Hicab geyiminsalvar koynekdirse onu geyinmek duzgundurmu? ama kinkoynek dizden biraz yuxari besende dizi uste olarsa ele geyinmek yene gunahdirmi ya yox
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər dar və cəlbedici olmasa geyinmək olar.
Təşəkkürlər.
Sual: 2021 ci il fitir bayramı hansı günə düşür?
Cavab: Ayətullah Üzma Seyid Əli Hüseyni Sistaninin dəftərxanasından verilən rəsmi məlumata əsasən 13 may mübarək Ramazan ayının 30-u və cümə günü, 14 may isə Şəvval ayının 1-i və mübarək Fitr bayramıdır.
Təşəkkürlər.
Sual: Salam aleykum
Destemaz aldiqdan sonra protez saci taxib o sacla namaz qilmaq icazelidir?Protez sac kafir tukunden olsa.
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər nəcis hökmündə olan kafirin tükündən olarsa icazəli deyil.
Təşəkkürlər
Sual: Salam mecburiyet qarşisinda orucu pozmagin nece gün qezasi var
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər dözülməz çətinlik və məşəqqət halına çatdıqdan sonra su içərsə və ya yemək yeyərsə orucu batil olur və bir gün qəzasını tutmalıdır. Əgər bu həddə çatmadan orucunu batil edərsə kəffarə də verməlidir.
Təşəkkürlər.
Sual: Salam,fitre üçün karta pul köçürmek olarmı?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Fitrə zəkatını, birbaşa kart hesabından fəqirin kart hesabına (yaxud fəqirin vəkilinin kart hesabına) köçürmək olar. Amma firtrə zəkatı mal ya pul şəklində ayrıldıqdan sonra, onu dəyişmək, o cümlədən fəqirin bank hesabına köçürmək fitrə zəkatı üçün kifayət etmir.
Təşəkkürlər.
Sual: Oruç tutmuramsa fitre zekati vermek vacibdir?
Cavab: Salam.
Ayətullah Sistani-dəftərxana:
Bəli, vacibdir.
Təşəkkürlər.
Sual: Salam..aşağıda göstərilən hallarda fitrə zəkatının hökmü nədir?...1-Ramazanda insanlar fitrə niyyət etmədən pulu mənim kartıma yükləyirlər..bayram günü mən pulu kartdan çıxartmadan onların tərəfindən vəkil olaraq fəqirin kartına yükləyirəm..2-Ramazanda fəqirə demədən kartına borc niyyəti ilə pul köçürürəm..Bayram günü bunu fitrə zəkatı hesablayıram..3-Fəqir tərəfindən vəkil oluram..insanlar kartlarından birbaşa mənim kartıma fitrəni göndərirlər.mən də kartdan pulu çıxarıb fəqirə çatdırıram....4--Fəqir tərəfindən vəkil oluram..insanlar çıxartdıqları fitrəni bank hesabı ilə mənim kartıma yükləyirlər..yəni axırincı halda fitrə pulunun dəyişdiyini fəqir bilir və buna əvvəlcədən icazə verir...
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Ümumi olaraq kartdan karta fitrə zəkatı niyyətilə pul göndərmək icazəli deyil. Lakin borc niyyətilə fəqirin yaxud vəkilin kartına göndərin, pul kartdan çıxarılandan sonra fəqir şəxs özü sizin tərəfinizdən onu fitrə zəkatı olaraq qəbul etsin, yaxud vəkil olan şəxs sizin tərəfinizdən fitriyyə niyyətilə fəqirə çatdırsın.
Təşəkkürlər.
Sual: Salam Aleykum sualım bir qədər qəribə sual alınacaq buna görə öncədən üzr istəyirəm. Mən elə bir yerdə elə bir vəzifədə çalışıramki bəzi vaxtlarda məcbur qaldıqda spirtli içki içməlisən. Çalişdıqım iş özlüyündə haram deyil, hətta əksinə xalqa millətə xidmətdir. Belə olan halda məcbur qalıb içmək olar?
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Xeyir, olmaz.
Təşəkkürlər.