Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Qadınla kişi 3-il bundan əvvəl ayrılıblar, bir birini görməyiblər. Talaq isə indi oxunub. Qadına iddə vacibdirmi ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, iddə təlaq oxunduğu gündən etibarən hesablanır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mülk məsələsində keçirilən məhkəmə prosesində haqsız tərəf rüşvət verərək, haqlının haqqını əlindən alır. Belə olan halda haqlı tərəf, öz hüquqlarını qorumaq üçün rüşvət verə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər haqqınızın alınması üçün həqiqətən də başqa yox yoxdursa bu vasitəylə haqqınızı bərpa edə bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Sevdiyim qadınla əqd olmadan danışa bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəriətin qoyduğu çərçivədə olarsa maneəsi yoxdur. Yəni şəhvət, reybə və hər hansı fəsadə səbəb olmazsa.
Allahdan uğurlar diləyirik!
Sual: İlan balığı yemək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: 5-ci gün saç kəstirmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ayaqqabıya sidik sıçrayarsa ayaqqabının paklanmağı şərtdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, özü-özlüyündə şərt deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Oruc tutmuşam, ağzımdan qan gəldi. Bilmirəm boğazıma gedib ya yox. Orucum batildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, batil deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Möminə bir xanım yoldaşından məhkəmə yolu ilə başanıb. Əgər yoldaşı təlaq vermirsə dini nigahı düşmüş sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, şəri olaraq hələ də kəbinli hesab olunurlar.
Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılarkən bezen alnım tər olur və tər möhûrə keçir. Bir neçə belə namazdan sonra möhür qaralır. Bu möhür nəcisli sayılırmi? Bu möhürlə qilinan namaz sehihdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, nəcis hesab olunmur. Əgər üzərində olan çirkdirsə və alınla möhür arasında menəyə çevrilibsa maneəni aradan aparmaq lazımdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər yuxuda cünub olduğunu görən şəxs oyandıqda paltarın təmiz görərsə qüsul verməliyəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər heç bir əlamət yoxdursa qüsula ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Bilmədən az miqdarda qibləyə tərəf səhv dayansam namazlarimin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilmədən olubsa maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılarkən paltarda pişik tukunun olması namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Az sayda olmasının (1-2 dənə) eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, oruc olan halda vacib olduğu halda dərman qəbul etsəm orucum batil olmaz ki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Oruc halında zəruri olan dərmanlar istifadə olunarsa oruc batil hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Evdə yeməyə şirin şeylərə zərər verən qarışqaları öldürmək günahdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ziyan verici həşəratları öldürməyin eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Rəcəb və Şəban ayında Qəza oruc, kəfarə orucu tutmaq olar? Tutsaq savabı olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli olar, eyni zamanda müstəhəb orucunun da savabını əldə olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ağız suyumuz bədənimizə ya paltarımıza dəysə namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Siqaret çəkmək haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gözə çarpacaq qədər (ciddi) ziyanı yoxdursa eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Mənim əmim, dayım, xalam əri, bibim əri bu şəxlərdən hansı mənim xanımıma məhrəm düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:Saydıqlarınızın heç biri qadına məhrəm olmur.
Allahdan uğurlar diləyirik!
Sual: Dəstəmazı tez-tez pozulan insan nə etməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hər namaz üçün bir dəstəmaz alması kifayətdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın dəstəmaz alarkən hansı geyimdə olmalıdır (naməhrəm yoxdursa)?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəm olmadığı bir halda qadının dəstəmaz alması üçün xüsusi bir geyimdə olamsı şərt deyildir.
Allahdan uğurlar diləyirik!