Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Toyda qalstuk və ya babıçka geyinmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur, lakin əgər qərb geyimi kimi tanınırsa və onların mədəniyyətini yaymaq hesab olunursa icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dövlət tərəfindən zakslı olan, amma dini kəbini olmayan qadınla müvəqqəti kəbin etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bizim ailədə dayım da yaşayır, amma dayım çayçıda işləyir. Orda piyvə də verilir. Biz onun aldığı ərzaqlardan istifadə edə bilərikmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Meneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bədənimin bir hissəsində (bel) qara ləkə var idi. Qüsul alarkən təmizlədim. O yeri yenidən yusam kifayətdir ya qüsulu yenidən almalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin yeri qüsul niyyətiylə yusanız kifayət edir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruc halında dişimizdə qalan yemək qırıntılarını udsaq oruc batil olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilməyərəkdən olsa eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Qüsl alan zaman dəstəmazı batil edən şeylərdən biri edildikdə məsələn: insan ğaitindən yel xaric olsa vəya bövl etsə qüslu yenidən almalıdır? Yoxsa qüslu qaldığı yerdən davam edə bilər ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda qüsul batil olmur, lakin həmin qüsul dəstəmazı əvəz etmir və dəstəmazın şərt olduğu əməllər üçün dəstəmaz almalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən bir şəhərdə doğulsam da, başqa bir şəhərdə yaşayıram. Məni doğulduğum şəhərli kimi tanıyırlar. Belə olan halda mən doğulduğum (yaşamadığım) şəhərdə namazı necə qılmalıyam? Vətənim hesab olunurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vətəniniz hesab olunur və namazları adi halda qılmalısınız.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Mənim dayım və əmim mənim yoldaşıma məhrəm sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, əgər məhrəmliyə səbəb olan digər amillər yoxdursa (məsələn dayınız qızın da dayısı və ya əminiz qızın da əmisidirsə) naməhrəm hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Mən Bakıda doğulmuşm, amma rayonda yaşamışam. Belə olan halda Bakı mənim vətənim hesab olunurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər el arasında sizi bakılı olaraq tanımırlarsa ora sizin vətəniniz hesab olunmur.
Allahdan uğurlar diləyirik!
Sual: Səcdədə diz qapağı tam yerə dəyməsə problem hesab olunur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əsas odur ki, "dizləri yerə dəyib" desinlər.
Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılarken rükuda ayaqlarmıza baxmaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, müstəhəbdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Qəlyan çəkmək və ona aid olan bütün ləvazimatların satışı ilə məşğul olmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur!
Allahdan uğurlar diləyirik!
Sual: Qadın öz əmisi və dayısının yananında başı aşıq ola bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli. Dayı və əmi qadına məhrəm hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Aşura ziyatnaməsini və təvəssül duasını dəstəmazsız oxumaq icazəlidir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur, lakin yaxşı olar ki, dəstəmazlı halda oxuyasınız.
Allahdan uğurlar diləyirik!
Sual: Ülgüclə üz qırxmaq haramdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər üzdə saqqal qalmayacaq qədər qıxırlacaqsa icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam; Həcc insanın boynuna nə vaxt vacib olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bütün ömür boyu, aşağıdakı şərtlərə malik olan bir şəxsə, Həcc bir dəfə vacib olur:
1. Hədd-büluğa çatmış olsun.
2. Aqil və azad olsun.
3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur.
4. Müstəti olsun; Müstəti olmaq, bir neçə şeylədir:
1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa və ya bunları əldə etməyə imkan verən malı olarsa;
2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun.
3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa və ya yolda insanın canının, yaxud namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, «həcc yolu bağlıdır» deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin.
4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır.
5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək ona vacib olan şəxslərin və ya xərcliyin tərk olunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır.
6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ərəbcə olan duaları Mücür, Kumeyil kimi duaları Azəricə tərcüməsini oxusaq kifayət edər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dualar üçün qeyd olunan savablar ərəbcə oxunuşuna aiddir, lakin tərcümələrini oxumağın da savabı var.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. İçkili toy meclsinde başqa bir otaqda namaz qılanlar üçün ayrılmış yer olarsa, o toyda iştirak etmek olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, eyni məclis hesab olunduğuna görə icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Zəm-zəm suyu ilə dəstamaz almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Namaz qılanda ilan ya əqrəb görsəm namazı saxlamalıyam ya qılmalıyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər canınıza təhlükə varsa namazınızı kəsməlisiniz.
Allahdan uğurlar diləyirik!