www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Azan eşitdikdə namazda azanı deməmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yaxşı olar ki, deyilsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Qolum dirsəkdən aşağı biləkdən yuxarı sınıbsa və gipsdədi barmaqlarım açığdadı dəstnəmaz necə almalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yaş əlinizlə gipsin üzərinə məsh edərək, dəstəmaz almalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Yayda istirahət etmək üçün aldığım bağın xumsunu verməliyəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ictimai və iqtisadi durumunuza uyğundursa xumsu vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən namazda "Tin" surəsini oxuyurdum, bilmədən "Əsr" surəsinin davamını oxudum. Anladığım zaman yenidən "Tin" surəsini başlayıb sona qədər oxudum. Belə olan halda səhv-səcdəsi vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən işləyirəm, lakin əldə etdiyim gəliri valideynlərimə verirəm. Onlar isə xums çıxarmırlar. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xums gününüzdə əlinizdə artıq qalan mal varlığınızını hesablamalı və özünüzün sahib olduğunuz şeylərin xumsunu çıxarmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın gün eynəyindən istifadə edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Diqqəti cəlb etmirsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Qadın hicab taxanda geyimdə və hicabında açıq rənglərdən isdifadə edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadının geyiminin rəngi cəlb edici və naməhrəmləri təhrik edən surətdə olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Evdə it saxlamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri cəhətdən özü-özlüyündə maneəsi yoxdur. Lakin o evdə namaz qılmaq bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın ərindən icazəsiz həcc ziyarətinə gedə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qadına həccə getmək vacib olubsa (müstəti olubsa) ərindən icazə almağa ehtiyac yoxdur. Ərinin də buna mane olmasına ixtiyarı çatmır. Lakin müstəhəb həccə ərin razıılğı olmadan getmək olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Ümumiyyətlə, kafirlər müsəlmanların məscidlərinə, hətta tarixi abidələrə baxmaq məqsədilə olsa belə, daxil ola bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kafirlərin Məscidül-harama daxil olmaları şəri baxımdan qadağandır. Başqa məscidlərə daxil olmaları isə əgər məscidə hörmətsizlik hesab olunarsa, icazə verilmir, hətta başqa məscidlərə də daxil olmasınlar.

Allahdan uğurlar diləyirik!
Sual: Deyilir ki, ədalətli müctəhidə təqlid etmək gərəkdir. Ədalətli şəxs dedikdə, necə bir şəxs nəzərdə tutulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ədalətli şəxs dedikdə, böyük təqvasına görə bilərəkdən günah işlətməyən şəxs nəzərdə tutulur.

Allahdan uğurlar diləyirik!
Sual: Kişilərin az bir müddət üçün qızıldan istifadə etmələrinin hökmü nədir? Çoxları belə deyir ki, kişilərin az bir müddət üçün, məsələn, nikah vaxtı qızıldan istifadə etmələrinin maneəsi yoxdur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişilərin qızıldan istifadə etmələri haramdır və az, yaxud çox müddət arasında fərq yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Namazların rukusunda vacib zikrdən sonra hər hansı zikri oxumaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruc tutarkən səhər saat neçəyə qədər yeməyi bitirmək lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sübh azanı daxil olana qədər orucu batil edən nəsnələrdən istifadə edə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Uşaqlar camaat namazının sırasında dura bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər pişnamaza qoşulmaq üçün uşaqlardan başqa vasitə də varsa uşağın camaat namazında dayanmasının maneəsi yoxdur. Əgər yaxşını pisdən ayıran uşaqdan başqa pişnamaza qoşulmaq üçün bir vasitə yoxdursa, onun namazının batil olub-olmadığını bilmirlərsə yenə də maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Estetik əməliyat necə dərəcədə düzdü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Yük maşını sürürəm, müxtəlif şəhərlərə gedirəm. Namazlarımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşlə bağlı səfərlərinizdə namazlarınız adi qaydada qılınacaq, oruclarınız da düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər zinaya düşmə ehtimalı varsa zinakar biri ilə müvəqqəti niqah etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən, zinayla məşhur olan biri ilə kəbin (müvəqqəti ya daimi) kəsmək olmaz. Lakin tövbə etdikdən sonra maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Heyizli qadının dua oxuması zikr etməsi günhadır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Neçə ildir ki ev almaq istəyirik. Amma əfsuslar olsun ki Bakıda islam ipotekası yoxdur. Dövlət ipoteka kreditini almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İpotekadan məqsədiniz, bankın müəyyən bir evi satın alıb, daha sonra sizə kreditlə baha qiymətini satmasını nəzərdə tutursunuzsa maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı