Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam uşaq qadının namazı gecikdirməsi günahdır?uşaqlara görə elə vaxt olur vaxtında qılmaq olmur
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Qəzaya verməmək şərtilə gecikdirmək günah deyil.
Təşəkkürlər.
Sual: Salam Aleykum. Ishimlə əlaqədar olaraq uzumu lezva ilə qirxiram. Bunun hansisa gunahi varmi? 2ci sualim alinan fitrə ilə qurban kəsmək olarmi? Oncədən təsəkkurlər...
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
1. Əgər o işdə işləməyiniz zəruridirsə və başqa iş tapmaq mümkün deyilsə eybi yoxdur.
2. Fitrə zəkatı fəqir şəxsin özünə verilməlidir və fəqir istədiyi ehtiyacı üçün xərcləyə bilər.
Təşəkkürlər.
Sual: Salam.Biri ilə kəbinli olub sonra ayrılırıqsa ayrı qaldıqda kəbin ləğv olunmuş sayılır. Yoxsa kəbini pozdurmaq lazımdır?
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Kəbni pozdurmaq lazımdır.
Təşəkkürlər.
Sual: Salam ağa,bilmək istərdim midye deyilən dəniz məhsulu halaldırmı yoxsa haram?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Haramdır.
Təşəkkürlər.
Sual: Salam aleykum
Destemaz aldiqdan sonra protez saci taxib o sacla namaz qilmaq icazelidir?
Protez sac kafir tukunden olsa hokmu nedir?
Protez sac sintetik(suni) olsa hokmu nedir?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Süni saçlar boyun, boğaz kimi namazda örtülməsi vacib olan yerləri örtmədiyi üçün onunla namaz qılmaq icazəli deyil və hicabla baş və boyun tamamilə örtülməlidir. Həmçinin süni saçlarla naməhrəm qarşısına çıxmaq olmaz.
Əgər süni saçlar kafirin tükündən olarsa nəcisdir. Amma sintetik olarsa pakdır.
Təşəkkürlər.
Sual: Salam sualima göre üzr istəyirəm aybaşı vaxtı quran oxumaq olar
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Heyz olan qadının Quranın vacib səcdəsi olan ayələrindən başqa digər ayələri oxuması icazəlidir. Lakin 7 ayədən çox oxuması məkruhdur.
Təşəkkürlər.
Sual: Salam mən su orucu tutub bədənimi təmizləmək istəyirəm və 18 yaşım var.Valideynlərim isə buna icazə vermirki arqlayarsan.Bu hal mənə zərərlidi amma ,bu halda nə etməliyəm
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Şəriətdə "su orucu" deyə bir oruc yoxdur.
Təşəkkürlər.
Sual: Salam sizden cox xahis edirem sualima deqiq cavab veresiz ..menim yoldasim soferdi bize xums vermek dusur ?xums hansi insanlara vacibdi ?uc ovladim var paltarlarini bele ala bilmirem yene de xums vacibdir?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Xums hər kəsə vacibdir, istər varlı olsun istər kasıb. Yoldaşınızın il ərzində bir gün xums günü olmalıdır (işə başladığı ilk gün). Hər il həmin gün çatdıqda artıq qalan pul və ərzaqları hesablamalı və xumsunu verməlidir. Lakin gündəlik ehtiyaclar üçün borc etmişdirsə, borcu ondan istisna edib qalanının xumsunu verməlidir. Əgər borcu əldə qalan pul və ərzaqlardan çoxdursa ona xums vacib deyil.
Təşəkkürlər.
Sual: Salam,Mən yuxudan oyananda,üzr istəyirəm, ayaqyoluna getdim gördüm alt paltarimda ag bir ləkə var,o məni di yoxsa vəzi bilmirəm,
Bunun hökmü nədir
?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Pak hökmündədir və qüsla ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: Əgər əsgər əsir düşəcəyi təqdirdə hərbi sirri verəcəyindən qorxursa, özünü öldürməsi intihar sayılarmı?
Cavab: Salam.
Ayətullah Behcət-dəftərxana:
Bəli, intihar sayılır və icazəli deyil.
Təşəkkürlər.
Sual: Əgər əsgər əsir düşəcəyi təqdirdə hərbi sirri verəcəyindən qorxursa, özünü öldürməsi intihar sayılarmı?
Cavab: Salam.
Ayətullah Vəhid-dəftərxana:
Bəli, intihar sayılır və icazəli deyil.
Təşəkkürlər.
Sual: Əgər əsgər əsir düşəcəyi təqdirdə hərbi sirri verəcəyindən qorxursa, özünü öldürməsi intihar sayılarmı?
Cavab: Salam.
Ayətullah Fazil Lənkərani-dəftərxana:
Bəli, intihar sayılır və icazəli deyil.
Təşəkkürlər.
Sual: Əgər əsgər əsir düşəcəyi təqdirdə hərbi sirri verəcəyindən qorxursa, özünü öldürməsi intihar sayılarmı?
Cavab: Salam.
Ayətullah Sistani-dəftərxana:
Bəli, intihar sayılır və icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam.Mende eledirki her daniwdiqda soz dedikde agza cuzvi migdarda duzlu dad hiss olunur bu belgemdirki bogazda mende o saqalmir daima var.Namaz qilanda namazin sözlerin deyend de hiss olunur.Bu Namazi batil edir? Namazin sozlerin deyende gelir agza cox az miqdarda.Ele olur bir Namazi 5-6 defe saxlayib yeniden qiliram.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Vacib ehtiyata əsasən oruc tutan şəxsin ağız boşluğuna gələn bəlğəmi udması icazəli deyil. Namaz halında bəlğəmi umamaq üçün dəsmaldan istifadə edə bilərsiniz. Yaxud bu məsələ vacib ehtiyata əsaslandığı üçün növbəti ə'ləm müctehid ağız boşluğuna gələn bəlğəmin udulmasını caiz bilirsə onun fətvasına əməl edə bilərsiniz.
Təşəkkürlər.
Sual: Salam evli insanların yatağ otağında namaz qılmağ olarmı?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Olar.
Təşəkkürlər.
Sual: Salam əleyküm deyirlər evdə yalnız kişi işləyib pul qazanmalıdır qadının işləyib qazandığı pul haramdır bilmək istəyirəm bu doğrudurmu? Qadının işləyib pul qazanması caizdirmi?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Qadının işləməsi haram deyil.
Təşəkkürlər.
Sual: Salam.Men oruclu halda "tutduqum oruca and içdim" Sonra içdiyim andin sef ola bileceyin dushindum sonradan.Yeni yalandan and icmek meqsedin yox idi.Orucum batildir?Keffaresi var? içdiyim andin duzluyune shekk etdim sonradan.Qabaqcadan cavaba göre Teshekkur.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Orucunuz batil deyil, səhihdir.
Təşəkkürlər.
Sual: Salam men firmada isleyirem. Bizim isimiz insanlari devet etmekdi ki basqa magazadan yox bizim.firmadan al ve bize xeyir gelsin. Mene dediler ki bu haramdi. Sizce de haramdi? Axi onsuzda bu lazim olan vaditeleri basqa magazalardan pulunu verib alir. Men de deyirembizim.firmaya devet edirem ki bizden alsin. Bunlar aldiqca mueyyen yere gelib catdqda biz maasa cixiriq. Mene de dediler ki senin devet etduklerin halaldi amma devet eyduyin insanin.devet etdiyi adamlar sene haramdi. Axi hami burdan pul verib mehsul alir ve biz faize qalxiriq. Hec kes burda aldadilmir. Men neyleyim ciximmi o isden
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Şəbəkə sistemi ilə işləyən firma və bazarlarda işləmək vacib ehtiyata əsasən icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam,əyər bir kişi öz xanimiyla cinsi əlaqə zamanı ,əli ilə xanımının cinsiyyət orqanınin üstünə əl vurmaqla,qadınina məst olmaq halına (bu halda qadından sperma gəlir) gətirirsə və bunu qadında istəyirsə ,bu hərəkət haramdırmı?olar ya olmaz?
Öncədən təşəkkürl edirik.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Haram deyil.
Təşəkkürlər.
Sual: Salam aleykum təqlid nə deməkdir bunu bilmək istiyirəm əgər təqlid olunmasa namaz bayildi.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Təqlid müəyyən bir müctehidin (şəri hökmləri öz mənbəsindən çıxarış etməyə qadir olan şəxsin) sözlərinə əməl etməyə deyilir. Təqlid etməyən şəxsin ibadətlərinin düzgün olub-olmaması məlum deyil.
Təşəkkürlər.