www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Keçmişdə istədiyin qızın sosial şəbəkələrdə paylaşdığı şəkillərə baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu məsələ günaha düşməyə müqəddimə hesab olunduğuna görə icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən başqa bir ölkədə qonağam ve burda 10 gündən çox qalacağam. Qaldığım şəhərdən 130 km başqa bir wəhərə gəlmişəm. Bilmirəm burda neçə gün qalacam. Namazlarımı bütöv qılmalıyam yoxsa qəsr kimi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər 10 gün qalıb, qalmayacağınızı bilmirsinizsə 10 gün ərzində namazlarınızı qəsr olaraq qılmalısınız. 10 gündən sonra 10 gün qalmaq qərarına gəlsəniz, növbəti günlərin namazını adi qaydada qılacaqsınız. 10 gündən az qalmaq qərarına gəlsəniz namazınız qəsr qılınmalıdır. Hələ də neçə gün qalmağınızı dəqiq bilməsəniz daha 10 gün qəsr qılmalısınız. Bu proses 30 günə qədər davam edəcək. 30 gün tamam olduqdan sonra növbəti günləri hər bir halda adi qaydada qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişidə bovlun (sidiyin) məxrəci sudan başqa nə ilə paklamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bövlün məxrəci sudan başqa bir şeylə paklanmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Güzgünün qabağında və ya güzgünün yanında namaz qılmaq məkruhdumu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namaz qılanın fikrinin qarışmasına səbəb olursa yaxşı olar ki, üstü örtülsün.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs evini satdıqdan sonra evdə olan lampaları, su qızdırıcısını və bu kimi əşyaları götürmüşdür. Onun bu işinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ev satılarkən adı çəkilən və bu kimi başqa əşyalar ürfün nəzərində evin bir hissəsi hesab edilməzsə, bu əşyaların evdə saxlanılması satıcı ilə şərt kəsilmədiyi təqdirdə, onun bu əşyaları özünə götürməsinin işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Üzü qırxmaq qarşılığında bərbərin aldığı zəhmət haqqı haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyata vacibə görə saqqalı qırxmaq qarşılığında zəhmət haqqı almaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs bir nеçə il illik qazancının xümsünü vеrməyib və vеrmədiyi xümslərin miqdarını da bilmir. İndi o şəxs həmin xümsləri boynundan nеcə götürə bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O şəxsə vacibdir ki, üzərinə xüms düşmüş bütün malları hеsablasın və xümsünü vеrsin. Şəkk еtdiyi yеrlərdə isə xüms işləri məsulu və ya onun vəkili ilə müsalihə (razılaşma) еtməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Məsh çəkərkən ayağın üstündə bir neçə damcı suyun olması dəstəmaza xələl gətirirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məsh yerini bu su damcılarından qurulamaq vacibdir və məsh çəkərkən ayaqdakı rütubət ələ deyil, əldəki rütubət ayağa təsir etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Dişin üstünə qızıl və ya platin qapaq qoymağın işkalı varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dişin üstünə qızıl və ya platin qapaq qoymağın maneəsi yoxdur. Amma zinət məqsədilə qabaq dişlərə qızıl qapaq qoymaq icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Kişilər üçün qiraəti uca səslə oxunmayan namazların hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Kişilərə sübh, məğrib və işa namazlarının Həmd və Surəsini ucadan oxumaq vacibdir. Əgər səhvən və ya bilmədən ahəstə oxunsa, namaz səhihdir, lakin qəsdən ahəstə oxunsa, namaz batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Əskinası nisyə şəklində, öz məbləğindən artıq məbləğə alıb-satmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sözügedən müamilə (alış-veriş) ciddi şəkildə və məntiqi məqsədlə olarsa – məsələn, əskinaslar köhnə və təzə olmaq baxımından fərqli olarsa, yaxud xüsusi əlamətləri olarsa, yaxud onların dəyəri bir-birindən fərqli olarsa – maneəsi yoxdur. Amma əgər müamilə formal xarakter daşıyarsa və ribadan qaçmaq məqsədilə olarsa, yəni həqiqətdə, pulun gəlirinə (faizinə) nail olmaqdan ötrü olarsa, belə müamilə şəri baxımdan haram və etibarsızdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mərhumun ilk övladı qız, ikinci övladı oğlan olsa, bu halda ata-ananın oruc və namazlarının qəzası bu oğula vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: “Böyük oğul” – dedikdə, mərhumun oğlan övladları arasında ən böyüyü nəzərdə tutulur. Sualda qeyd olunan halda atanın və ehtiyat vacibə əsasən ananın qəza oruc və namazı ailənin ikinci övladı olan oğlana vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər ev, maşın və bu kimi məişət ehtiyacları satış və ya ticarət məqsədilə deyil, şəxsi istifadə üçün xümsü verilmiş pul ilə alınarsa, sonra isə müəyyən səbəbə görə satılarsa, bazar qiymətlərinin qalxması səbəbilə satışda əldə edilən artıq məbləğə xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd edilənləri nəzərə alaraq, qiymətlərin qalxması səbəbilə əldə edilən artıq məbləğə xüms düşmür.

Allahdan uğurlar diləyirik!
Sual: Mənfəəti kafir dövlətlərə çatan və onların güclənməsinə səbəb olan fabrik və zavodlarda işləyənlərin şəri vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəriətin icazə verdiyi işlərdən qazanc əldə etməyin öz-özlüyündə maneəsi yoxdur, baxmayaraq ki, bu işlərin mənfəəti qeyri-islami dövlətlərə çatır. Amma əgər bu dövlət İslam və müsəlmanlarla müharibə şəraitində olarsa və müsəlmanların əməyinin mənfəətindən bu müharibədə istifadə edilərsə, bu təqdirdə belə bir dövlətə mənfəəti çatan işlərdən qazanc əldə etməyə icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Yetim uşaqların qəyyumu irsin 1/3-indən əlavə hissəsindən mərhumun (vəsiyyət edəninin) vəsiyyətinə əməl olunmasına dair icazə verə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri qəyyum yetim uşaqların mənfəət və məsləhətinə riayət edərək, buna icazə verə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Haqqın tələb edilməməsi, yaxud haqqın tələb edilməsinin təxirə düşməsi, məsələn, iki il sonra haqqın tələb edilməsi, şəri baxımdan haqqın qüvvədən düşməsinə səbəb olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haqqın tələb edilməməsi, yaxud haqqın tələb edilməsinin müəyyən bir müddətədək təxirə düşməsi haqqın qüvvədən düşməsinə səbəb olmur. Yalnız haqqın özünün müəyyən zaman məhdudiyyətinə malik olması istisna edilir.

Allahdan uğurlar diləyirik!
Sual: Müəyyən bir məbləğə və qiymətə baş tutan mümilədə (alış-verişdə) tərəflər razılığa gəlirlər ki, əgər müamilənin məbləği müddətli çek şəklində ödənilərsə, alıcı müəyyən edilən qiymətdən əlavə bir məbləği satıcıya ödəyəcəkdir. Alıcı və satıcı belə bir iş görə bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər müamilə müəyyən bir məbləğ və qiymət ilə baş tutubsa və artıq məbləğ əsas məbləğin ödənilməsinin təxirə düşməsinə görə ödənilərsə, bu, şəri baxımdan haram olan həmin sələmdir. Əlavə məbləğin ödənilməsində alıcı ilə satıcının razılığa gəlməsi, həmin pulun halal olmasına səbəb olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Mərhumun borcu həqqünnas (insan haqlarından) hesab olunurmu və irsdən bu borcu ödəmək varislərə vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Borc – istər mülki, istərsə də rəsmi şəxsə olsun – həqqünnasdır. Mərhumun varislərinin borcu borc verən şəxsə və ya onun varislərinə irsdən ödəməsi vacibdir. Borcu ödəməyənədək, varislərin isrdən istifadə etmək haqqı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Ərin öz zövcəsinə aldığı qızıl bəzək əşyaları ərin əmlakı sayılırmı? Belə ki, o, vəfat etdikdən sonra onun irsindən hesab olunur və varislər arasında bölünür, qadın da öz haqqını alır? Yoxsa zövcənin əmlakı sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qızıl bəzək əşyaları zövcənin ixtiyarında olarsa və onlardan istifadə edərsə, belə ki, onlardan öz əmlakı kimi istifadə etmiş olarsa, bunun əksi sübut olunmayana qədər bu qızıl əşyalarının onun əmlakı olduğuna hökm edilir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs ona lazım olan şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq etsə, günahkardırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər şəriət hökmlərini öyrənməmək vacib bir əməli tərk etmək və ya haram bir işi yerinə yetirməklə nəticələnərsə, günahkardır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı