www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Bövlün məxrəcini müəyyən bir qabdan su tökərək paklamaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, lakin bu qəlil (az) su hesab olunur və nəcasətin özü getdikdən sonra bir dəfə yumaq kifayətdir, lakin yaxşı olar ki, 2 dəfə yuyulsun.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hicablı xanımların baş örtükləri hansı rənglərdə ola bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Diqqəti cəlb edən rənglərdən istifadə olunmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Müsəlman ölkəsində aldığımız ətin haram və ya halal olduğuna əmin deyilik. Yeyə bilərikmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlman ölkəsinin istehsalı olan ət və ət məhsullarından istifadə etməyin eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Evli adamın yataq otağında dini şəkillərin olması icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cümə qusulu verəndən sonra dəstəmaz almadan namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tövbəni pozmağın kəffarəsi varmı?``
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, lakin peşman olub, bir daha təkrarlamamaq qərarına gəlin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xumsu ehtiyacı olana verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xums müsəlmanların vəliyyi-əmrinə (rəhbərinə) çatıdırılmalıdır. Lakin əgər öz təqlid mərcəsinə də çatdırılsa vəzifəyə əməl etmiş hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Səcdədə bədənin 7 üzvünün yerə dəyməsi şərtdi? bilərəkdən və ya bilməyərəkdən ayaq barmağım ya da əlimi qaldırsam namaz batildir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli şərtdir. Bilməyərəkdən eybi yox, lakin bilərəkdən etsəniz namazınız batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Döymənin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur. Lakin qüsul və dəstəmaz suyunun bədənə çatmasına mane olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qeyri musəlman ölkəsində qonağam və bir mömin qardaşın evinə qonaq getmişəm. Süfrədə toyuq əti də qoyulub. Qardaş deyir ki, toyuq halal toyuqdu. Araşdırmaq lazımdı ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ərlə arvad arasında olunan süni mayalanma icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur, lakin digər haram işlərdən (naməhrəmin toxunması, baxması) çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Subay hicablı bir qız bəzənə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur, lakin naməhrəm yanına çıxmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Bir qadın birinci həyat yoldaşı ilə dövlət zaksından boşanıb, ama dini kəbini geri oxutdurmayıb və bir muddət sonra ikinci dəfə ailə həyatı qurub. İkinci əri ilə kəbin oxutdurub. Bu qadın birinci əri ilə hələ də evli hesab olunurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, birinci əri ilə evli hesab olunur və ehtiyat-vacibə əsasən, ikinci ərindən ayrılmalı və onlar bir-birinə əbədi olaraq haram olurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynumda dəri xəstəliyi var. Qadın həkimlərin müalicəsi nəticəsiz qalıb. Mütəxəssis kişi həkim məsləhət görürlər. Naməhrəm həkimə müraciət edib, boynumu aça bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dediyiz hal zərurət hesab olunur və bu cür hallarda naməhrəm həkimə müraciət etməyin eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Namazlarin səcdələrinde 1 dəfə "sübhanəllah", salamınında isə təkcə "əssəlamu ələykum və rəhmətullah və bərəkatuh" desəm olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səcdələrin zikri ən azı 3 dəfə "subhanəllah" ya da 1 dəfə "subhanə rəbbiyəl əla və bihəmdi" zikri uzunluğunda olmalıdır. Salamlarda isə dediyiniz qaydada salam vemrəyin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Agaclara calaq vurmaq olar ?
Cavab: Salam. Ayətuallah Xamenei-dəftərxana: Meneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Müalicə məqsədi ilə kirpi əti yemək olarmı?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Əgər zəruri məsələyə görədirsə və mütəxəssis həkimin göstərişi əsasındadırsa zərurət həddində yeməyin eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim əgər vaxtım varsa və mən zöhr namazlarından dərhal sonra əsri və ya məğribdən dərhal sonra işanı qıla bilərəmmi?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1. Deyirlər ki, Novruz bayramı Atəşpərəstlərdən gəlmədir. Buna görədə qeyd eləmək olmaz. Buma aydınlıq verməyinizi xahiş edirik. 2. Geyim mağazasının anbarında işləyən şəxsə, müdiriyyət tərəfindən etiketlərin üzərində Çin əlifbası ilə sözlər yazıldığı üçün, bizdən onları qoparıb boş etiket vurmağımızı istəyirlər. Ve ya sumkaların içərisində olan "Made in China" yazılan kağızları qoparmağımızı. Biz bu işlərdən yayınıb başqa işlər görməliyik ?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Novruz bayramını qeyd etmək şəri baxımından harm deyil, lakin bu bayramda olan xürafi və islamla zidd olan məsələlərdən uzaq olmaq lazımdır.

Allahdan uğurlar diləyirik!



P.S Qarışıqlıq yarandığına görə, xahiş olunur hər dəfə yalnız bir sual ünvanlansın!
Sual: Qəza orucları 31 gün dalbadal tutulmalıdır?
Cavab: Salam. Ayətuallah Xamenei-dəftərxana: Xeyr, buna ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı