www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Qucağımda olan körpə uşaq bövl (sidik) etdi və nəcasət paltarımdan bədənimə də keçdi. Paltarımı dəyişdim. Namaz üçün bədənimi də paklamalıyammı?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Bəli, paklamaq zəruridir.

Allahdan uğurlar diləyirik!
Sual: Səcdə halında burun yerə dəyməlidirmi?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Xeyr, vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Naməhrəm qadını şəhvəti təhrik edəcək şeylərlə xəyal etmək olarmı?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Bu cür xəyallar günahın müqəddiməsi hesab olunur deyə icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Sessiz qılınan namazlarda qunutu və Təkbirləri uca səslə demək olar?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Bəli. Ümumiyyətlə bu namazlarda yalnız həmd və surənin asta səslə deyilməsi vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tərkibində spirt olan kremlərdən istifadə etmək olarmı?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kitabın xumsunu necə vermək lazımdır? 1/5 ni necə çıxaraq?
Cavab: Salam. Ayətuallah Vəhid-dəftərxana: Onun dəyərini hesablayıb, 1/5 dəyərində pul çıxarmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Su tapa biləcəyimdən ümidim kəsildiyi halda bövldən sonra özümü necə paklamalıyam?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Bövl sudan başqa bir şeylə paklanmır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazın niyyətində "iləllah" deyilir yoxsa "illəllah"?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Namazın niyyətini dilə gətirmək vacib deyil, əsas odur ki, nə iş görüdüyünüzü biləsiniz. Lakin dilə gətirən niyyətdə "iləllah" deyilir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qəza namazlarımda qunutu tutmaya və təsbihat-ərbəəni 1 dəfə deyə bilərəmmi?
Cavab: Salam. Ayətuallah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadının qaş almasının hökmü nədir?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Sahibindən icazəsiz paltarını geyinib Namazı qılmaq olarmı?
Cavab: Salam. Ayətuallah Sistani-dəftərxana: Əgər icazə verəcəyini bilirsinizsə maneəsi yoxdur, əks halda qılmaq olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Müsəlman şəxs bilmir ki heyvanı kəsərkən üzü qibləyə olmağı və Allahın adının çəkilməyi şərtdir.Yəni cahildir.bu cür şəxsin kəsdiyi heyvanın ətini yemək caizdir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyr, yemək olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Zebra zürafə dəvəquşu kenquru bunları yemək halaldırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Qeyd olunan heyvanların əti halaldır. Zebra ətini yemək məkruhdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir nəfər namazda riya (özünü göstərmək) məqsədiylə səsini ucaltsa, sonradan bu işin haramlığını anlasa namazının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyata əsasən, namazını təzələməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tövbəmi pozsam 3 gün oruc tutacam deyə əhd etmişəm. Bu orucları fasiləylə tuta bilərəm? Ya dalbadal olmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əhdinizin niyyətində qeyd olunmayıbsa fasiləylə də tuta bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Telefonda loto oynamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Loto adətən qumar aləti hesab olunur. Belə olan halda hətta telefonda belə oynamaq icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, qızıl suyuna taxılmış üzüyüm var. 4 ildir ki, istifadə etmirəm. Xümsü vacibdirmi?`
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər bir müddət istifadə edibsə xümsü vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qadın ailə qurur bir müddət dini nikahsız yaşıyıllar.Sonra 1 ay müddət gözləmədən dini nikah kəsirlər bu düzgün nigah sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər həqiqətən də kəbinin kəsdirilməsinin zərurətindən xəbərsiz olublarsa iddə gözləmədən kəbin kəsdirə bilərlər.

Allahdan uğurlar diləyirik!
Sual: Gündəlik 5 namazın fəzilət vaxtı nə qədərdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sübh namazının fəzilətli vaxt sübh azanından başlayır və gün çıxmamışdan əvvəl üfiqdə qızartı yaranana qədər davam edir.

Zöhr namazının fəziləti vaxtı zöhr azanından başlayır, yerə batırlımış bir çubuğun şərqə tərəf uzanan kölgəsinin özü boyda uzanmasına qədər davam edir.

Əsr namazının fəzilətli vaxtı isə həmin çubuğun kölgəsinin 4/7 qədərindən özündən iki dəfə böyük olduğu zamana qədərdir.

Məğrib namazının fəzilətli vaxtı axşam azanından üfiqdəki qızartı yox olanadəkdir. Bundan sonra isə İşa namazının fəzilətli vaxtı başlayır, bu isə gecənin 1/3-ə dək davam edir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Kişinin qadın bərbəri işləməsi düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı