Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, donuz əti yaxud piyin yeyən adamın boynuna qüsul düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, qüsula səbəb olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.1.Səsli qılınan namazı səssiz və yaxud səssiz qılınanı səsli qılıramsa namazım düzgündür? 2.Təsbihati ərbəəni deməyə başlamamışdan əvvəl çaşıb bismillahir rəhmanir rəhim dedim namazım düzgündur bu halda?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Bunu bilərəkdən etsəniz namazınız batil, yanlışlıqla etsəniz namazınız düzgündür.
2.Bəli, namazınız düzgündür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Yaş əllə dəstəmaz almaq olarmı? Yoxsa qurulamaq lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yaş əllə dəstəmaz almaq olar, lakin belə olan halda qollar barmaqların ucuna qədər yuyulmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam oruc tutan adam dəstəmaz alan zaman ağzına su alıb məzməzə edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Allaha içdiyim andı pozmağın kəffarəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər andın şərləri mövcud olubsa kəffarəsi budur: ya bir qul azad etməli, ya on fəqiri doyuzdurmalı, ya geyindirməli, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun. (Andın şərtləri üçün risalələrə müraciət edə bilərsiniz)
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qadın corabsız namaz qıla bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəm görmürsə icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ər-arvadın yataq otağında namaz qılmağın bir maneəsi var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum
Üç və dördüncü rükətlərdə təsbihati ərbəəni və ya həmdi ucadan demək namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilərəkdən uca səslə demək namazın batil olmasına səbəb olur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Kişinin kişinin övrətinə baxması haramdırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Zöhür və əsr Namazının həmdi surəsini, ixlas və ya təsbiat-ərbəni səhvən uca səslə oxusaq rükuya eyilməmiş yada düşsə qayıdıb yenidən asta səslə qılmaq lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, namazınızı davam etməlisiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Saqqalın uzunluğu nə qədər olmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Saqqal deyiləcək qədər saxlanılmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam namazı qurtarandan sonra ayaq yoluna girəndə alt paltarımda nəcis gördüm. Mənim namazım düzdür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli düzdür, lakin növbəti namazlar üçün paklanılmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Lütfən, kişi ilə qadının dəstəmazının fərqini açıqlayın.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmazın işləri və qaydası baxımından kişi ilə qadının dəstəmazı arasında fərq yoxdur. Təkcə bir fərq var və o da budur ki, qolu yuyarkən kişilərin dirsəyin çöl tərəfindən yumağa başlaması, qadınların isə dirsəyin içəri tərəfindən yumağa başlaması müstəhəbdir.
Allahdan uğurlar diləyirik!
Sual: Qızıl əşyaları düzəltməyin hökmü nədir? Qızıl alış-verişinin hansı şərtləri vardır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qızıl əşyaları düzəltmək və satmağın maneəsi yoxdur. Amma qızılı qızıl müqabilində müamilə etdikdə, şərtdir ki, “səmən” (qiymət) ilə “musmən” (alıcı və satıcı arasında qiyməti razılaşdırılmış əşya) bərabər olsun və malı təhvil almaq alış-veriş məclisində baş tutsun.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs laldırsa, amma digər hiss üzvləri sağlamdırsa, o, namazını işarə ilə qılsa, namazı düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yuxarıda qeyd edilənlərə əsasən, onun namazı düzgündür və kifayətdir.
Allahdan uğurlar diləyirik!
Sual: Sələmli müamilənin meyarı nədir? “Sələm təkcə borcda olur, başqa şeylərdə olmur” sözü nə qədər düzgündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Borcda olduğu kimi, müamilədə də sələm olur. Müamilədə sələm odur ki, ölçü qabı ilə ölçülən və ya tərəzi ilə çəkilən bir mal, eyni malın artıq miqdarı müqabilində satılır.
Allahdan uğurlar diləyirik!
Sual: Bığı qırxmağın hökmü nədir? Bığı çox uzatmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bığı qırxmağın, yaxud saxlamağın, yaxud da uzatmağın öz-özlüyündə işkalı yoxdur. Əlbəttə, əgər bığ uzun olduğuna görə yemək yeyərkən və su içərkən yeməyə və suya dəysə, bığı bu qədər uzatmaq məkruhdur.
Allahdan uğurlar diləyirik!
Sual: Qeyri-müsəlman ilə müamilədə daha artıq maddi və ya elmi faydaya nail olmaq üçün (onun özü də bilmədən) yalan danışmaq və aldatmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hətta qarşı tərəf qeyri-müsəlman olsa belə, müamilədə yalan danışmağa, aldatmağa və saxtakarlığa icazə verilmir.
Allahdan uğurlar diləyirik!
Sual: salam. Hansı növ mədə yeli dəstəmazın batil olmasına səbəb olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ğaitin məxrəcindən xaric olan mədə yeli.
Allahdan uğurlar diləyirik!
Sual: salam. Mən xüms çıxarmışam, əlimdə qalıb 160 azn. Bir neçə ay sonra o pulu çevirmişəm dollara, edib 200 dollar. İndi isə 200 dollar təxminən 380 manat edir. İndi mən pulumun artan qədərinin xümsünü verməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, əgər növbəti xüms ilinizə qədər artıq qalarsa xümsü vacib olacaq.
Allahdan uğurlar diləyirik!