www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Əvvəl hansısa bir naməhrəm qızla sevgili olub, sonradan müəyyən səbəblərə görə ayrılan oğlan sosial şəbəkədə həmin qızın profilinə və yaxud da yazdığı rəylərə baxması icazəlidirmi? Tewekkur edirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu cür hallar adətən fəsad və günaha müqəddimə olduğu üçün çəkinmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Mən hər gün gündəlik olaraq işimə görə 8 fərsəx olan məsafəni qət edirəm və işdən sonra öz iw yerimdən 10 km olan məsafəyə gedirəm. Mən bu məsələyə əsasən namazlarımı bütöv qılmalıyam yoxsa qəsr?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dediyiniz şərtlərə görə siz "kəsirus-səfər" adlanırsız (çox səfər edən). Kəsirus-səfərin hökmü belədir ki, bütün səfərlərində (istər işə görə, istərsə də qeyri məsələyə görə) olan namazlar bütöv (adi halda) qılınır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Paltar yuyulandan sonra əl yuyulandan sonra salavat demək vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: salam, 1.Ayağımın altı yaradır və spirt qoyuram. Dəstamaza maneəsi varmı? 2.Yaranın ətrafında qurumuş qan ləkəsi var, dəstamazı pozurmu? 3.Məsciddə uca səslə qılınmalı Namazlar ahəstə qılınmalıdır? 4.Öz abrımı və ya başqasının abrını qorumaq üçün yalan danışa bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Dəstəmazı pozmasa da nəcis hesab olunur və namaz üçün paklanılmalıdır.

3.Xeyr, bu hökmün məscid və ya qeyri məsciddə fərqi yoxdur.

4.Abırı qorumaq üçün yalan danışmaq zərurət hesab olunur və maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mən toyumda hicabda deyildim, amma indi hicabdayam toyumda olan naməhrəm adamlar mənim toy kasetimə baxa bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. İşimlə əlaqədar cümə qüslünü ancaq həmin gün axşam işa namazından sonra ala bilirəm. Bu düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cümə qüsulunun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində “rəca” niyyəti ilə etsin.

Allahdan uğurlar diləyirik!
Sual: salam soyuq silah adlanan radatka ilə "bismillah" deməklə quş vurub yemək olar bir haldaki daş quşu deşir və qan çıxır.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ov silahı bıçaq və qılınc kimi kəsici və ya nizə və ox kimi iti olsun ki, heyvanın bədənini parçalasın. Dediyin daşın bu özəllikləri varsa ovlamaq üçün istifadə etmək olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim anam dini-islami kitablar oxumağa halalliq vermir, sadəcə Quranı oxumağa icazə verir .Bu halda mən əqaid, əxlaq və s. kitablar oxumağım icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qeyd olunan kitabları oxumaq dininizdən xəbərsiz olmağa və vəzifələrinizi icra etməməyə səbəb olacaq oxumağınız vacibdir. Lakin çalışın bu işi valideyninizdən xəbərsiz və onları narahat etməməklə icra edəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər biz namazın səcdəsində zikri deyə deyə barmaqların ucu yerdə olmaq şərtilə dabanları birləşdirsək yəni zikri deyə deyə birləşdirsək namaz batil olur? 2)Əgər namazın səcdəsində zikri deyə deyə əl barmaqlarından biri hərəkət eləsə yəni yuxarı qalxsa namaz batil olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Bilməyərəkdən olsa eybi yoxdur. Lakin səcdənin zikrini saxlayıb, alından başqa digər üzvləri tərpətməyin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Səlam aleykum. Tapılan pulun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər tapdığınız pulda onunla sahibini tapa biləcək, bir nişanı olsa (hərçənd bilsəniz ki, onun sahibi malı möhtərəm olan kafirdir), o halda gərək tapdığınız gündən bir ilə kimi camaatın yığıldığı yerlərdə elan edəsiniz. Əgər belə bir pulu elan verməklə onun sahibinin tapılmayacağı məlum olan bir yerdə taparsa, onu birinci gün sahibləri tərəfindən fəqirlərə şəriət hakiminin izniylə, vacib ehtiyata əsasən sədəqə verə bilər və il tamam olana qədər səbr etməməlidir. Habelə, pul sahibini tapmaqdan ümidini itirsə, həmin vaxtdan onu sahibi tərəfindən fəqirə sədəqə verməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadının dırnaq uzatmasına şəri cəhətdən icazə varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bədənimin bir hissəsi, ayağımın məsh yeri də olmaqla yanıb. Dəstəmaz və qüsulda nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yaranın üstü açıq olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın. Yara məsh yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə təyəmmüm etmək lazımdır. Həmçinin ehtiyat-müstəhəbə görə dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça qoyaraq, əlində olan dəstəmaz suyunun nəmliyi ilə onun üzərinə məsh etsin. (Ətraflı risaləyə müraciət edin)

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Gündəlik 5 namazın fəzilət vaxtı nə qədərdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sübh namazının fəzilətli vaxt sübh azanından başlayır və gün çıxmamışdan əvvəl üfiqdə qızartı yaranana qədər davam edir.

Zöhr namazının fəziləti vaxtı zöhr azanından başlayır, yerə batırlımış bir çubuğun şərqə tərəf uzanan kölgəsinin özü boyda uzanmasına qədər davam edir.

Əsr namazının fəzilətli vaxtı isə həmin çubuğun kölgəsinin 4/7 qədərindən özündən iki dəfə böyük olduğu zamana qədərdir.

Məğrib namazının fəzilətli vaxtı axşam azanından üfiqdəki qızartı yox olanadəkdir. Bundan sonra isə İşa namazının fəzilətli vaxtı başlayır, bu isə gecənin 1/3-ə dək davam edir.

Allahdan uğurlar diləyirik!
Sual: Qolum əzilib, sarılmalıdır. 2gün açılmamaldır. Bu zaman dəstamaz necə alınır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu sualın cavabı müxtəlif surətdə ola bilər. Zəhmət olmasa risaləyə (şəriət kitablarına) müraciət edin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, ayağa corabın üstündən məsh çəkmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Corabın və ayaqqabının üzərindən məsh çəkmək olmaz, lakin əgər havanın çox soyuq olduğuna görə, ya da canına-malına ziyanın dəyə biləcəyi surətdə corabın və ya ayaqqabının üzərindən məsh çəkməyə məcbur qalarsa düzgündür, amma ehtiyat-vacibə əsasən bu cür alınan dəstəmazdan sonra təyəmmüm də etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. 1.Pişnamazın namaz əsnasında dəstəmazı pozularsa nə etməli və məmunun vəzifəsi nədir bu cür hallarda? 2.Pişnamaz səhvən 4 rükətli namazı 3 rükətlə tamamlasa və bu hal salamlardan sonra müzakirə olunsa pişnamaz və məmun nə etməlidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Birinci sırada işnamazın şərtlərinə malik olan birini qabağa verməli və namazlarını davam etməklə bağlı elan etməlidir. Əgər pişnamaz olmağa heç kim olmazsa məmunların namazlarını fərdi olaraq davam etmələrini elan etməlidir.

2.Əgər namazı yanlış qıldığı təsdiqlənsə namaz yenidən qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, dayım oğlunun toyudur. Toy da haram toydu. Mən getmək istəmirəm, amma anam-atam məni məcbur edir. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haram məclisdə iştirak etmək icazəli deyil, çəkinməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Heyz qüsulu boynumda varsa cənabət də gəlsə və ya cənabət varsa heyz də gəlsə ikisinin yerinə birini ala bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Boynunuzda olan cənabət qüsulunu aldığınız zaman boynunuzdakı bütün qüsullar boynunuzdan götürülür.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Dəstəmaz almadan Quran oxumaq olarmı? 2.Dəstəmaz almadan salavat demək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Maneəsi yoxdur. Lakin dəstəmazlı olmanız bəyənilən işlərdəndir.

2.Meneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Sübh namazının qəza olma vaxtı nə zamandır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Günün çıxdığı zaman.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı