www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Bir şəxs namaz qıldığı vaxt başı bir anlıq dönsə namazının nə işqalı var?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bilməyərəkdən olsa maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. 1. Ramazan ayında oruc halda bir yaşadığım yerdən digər yaşadığım yerə gedirəmsə istər zöhrdən qabağ yola düşüm istər sora, istər gün batandan qabağ çatım istər sonra və yaxud da zöhrdən qabağ çatım yada sora, axşamdan bu niyyətim olsun yada olmasın, həmdə həddi tərəxxüsü aşıram. Bu halda oruclarım düzdürmü? 2. Bir yaşadığım yerdən digər yaşadım yerə gedirəmsə həddi tərəxxüsü keçəndən sora namaz vaxtı olarsa bu halda yaşadığım yerə çatana kimi namazı əda niyyəti ilə qıla bilrəmsə namazımı yolda şikəstə qılmalıyam yoxsa vətəndə tam şəkildə qılmalıyam? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Zöhrdən qabaq çıxırsınızsa və zöhr namazına qədər vətənə çatırsınızsa, həmçinin zöhrdən sonra çıxırsınızsa orucunuz düzgündür. Lakin əgər zöhrdən öncə çıxsanız və zöhr azanı zamanı da vətənə çatmasanız o zaman orucunuzu aça bilərsiniz. Lakin orucunuzu açmayıb, vətənə çatdıqdan sona yenidən oruc niyyəti etsəniz orucunuz düzgündür.

2.Fərqi yoxdur. Vətənə çatmamış qılsanız qəsr, vətəndə qılsanız bütöv qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadının sacı hörüklü olsa qüsu alarkən hörüyünü açmalıdımı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bütün bədənə çatmasına maneçilik törədirsə açılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1-Mən keçən il əlimdə olan pulun xumsunu çıxartmışam. O vaxt dolların məzənnəsi bir manat idi. Əlimdə 800 dollar müxəmməs pul qalıb. İndi dolların məzənnəsi iki manatdır..yenidən artan hissənin xumsunu çıxartmalıyam? 2-.Meyyiti dəmir sandıqın içində torpağa basdırmaq caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Xumsu çıxarılmış malın xumsunu çıxarmağa ehtiyac yoxdur.

2.Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Sosial şəbəkədə naməhrəmlə söhbət etmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəhvət, reybə və fəsad qəsdi olmasa, həmçinin zarafatlaşmaqdan uzaq olsa meneəsi yoxdur. Əlbəttə bu kimi işlər harama müqəddimə olduğundan çəkinməyiniz məsləhətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam qəza namazlarını səssiz qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəza namazlarının səssiz və ya səsli qılınmasının hökmü əda namazlarında olduğu kimidir. Səssiz qılınmalı olanlar səssiz, səsli qılınmalı olanlar isə səsli qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ramazan ayında qəza olan orucları tutmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Qüsul necə alınır? Ər və arvat arasında Qüsulu hansı amillər pozur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Qüsul niyyəti etdikdən sonra baş və boyun yuyulur. Daha sonra bədənin sağ tərəfi, daha sonra isə sol tərəfi tam olaraq yuyulur. Yaxşı olar ki, göbək və övrəti hər iki tərəfi yuduğunuz zaman yuyasınız.

2.Qüsul 2 şeylə vacib olur: Mənin (spermanın) xaric olması, kişinin övrətinin (dəllək kəsənə qədər) qadına daxil olması.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. 1. Dəstnəmazlı olarkən dəstnəmaz və ya digər üzvlərdən hər hansı birinə nəcis dəyərsə dəstnəmaz pozulurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, lakin namaz üçün paklanılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bakirə olmayan bir qızla atasından icazəsiz müveqqəti əqd oxuna bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bakirəliyi evlilik yolundan başqa yolla aradan gedibsə atanın icazəsi şərtdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Zina etmiş subay qız və oğlan tövbə etdikdən sonra evlənə bilərlərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kəbinin şərtlərinin icra olunacağı təqdirdə icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, əgər bir şəxs öz həyat yoldaşına üç dəfə deyirsə ki, "mən səni boşayıram" onlar boşanmış sayılırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadınların qaş alması ilə bağlı fətvasını bilmək istəyərdim.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ürfdə zinət hesab olunmursa naməhrəmdən örtülməsi vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Borcu haram mal ilə qaytarmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başqasının malı ilə borc ödədikdə, borclu şəxs borcdan çıxmır.

Allahdan uğurlar diləyirik!
Sual: Tacirlərin İsrail istehsalı olan məhsulları İsrailin iqtisadi embarqosunu ləğv edən ölkələrə gətirmələri və yaymaları caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstehsal və satışından İsrail rejiminin faydalandığı məhsulları ölkəyə gətirmək və yaymaqdan çəkinmək hər kəsə vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Varislərin bəziləri və ya onların vəkili digər varislərin razılığı olmadan müştərək mülkdən istifadə edə və ya onu müamilə (alqı-satqı) edə bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Digər varislərin icazəsi və razılığı olmadan varislərdən heç biri müştərək mülkdən istifadə edə bilməz. Həmçinin digər varislərin icazəsi və razılığı olmadan varislərdən biri və ya bir neçəsinin müştərək mülkü müamilə etmələri səhih deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər ağız və burundan namaz vaxtının əvvəlindən axırına az bir müddət qalanadək qan gələrsə, namazın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bədəni paklamaq mümkün olmazsa və namaz vaxtının keçməsi qorxusu olarsa, namazı həmin vəziyyətdə qılsın.

Allahdan uğurlar diləyirik!
Sual: Saqqalın qısalığı və uzunluğu hansı həddə olmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun müəyyən bir həddi yoxdur. Meyar budur ki, ürfdə ona saqqal deyilsin. Saqqalın əlin enindən uzun olması isə məkruhdur.

Allahdan uğurlar diləyirik!
Sual: İnsan özünün bəzi əzalarını (məsələn, böyrəyini) bu əzaya ehtiyacı olan şəxsə sata bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu əzanın bədəndən götürülməsinin, onu verən şəxs üçün nəzərə çarpacaq həddə təhlükəsi və ya zərəri olmazsa, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: “Sələmli borc” nədir? Bank əmanətçilərinin bankdan aldıqları faiz, sələm hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: “Sələmli borc” – borc alan şəxsin borc verən şəxsə borcdan əlavə ödədiyi məbləğdir. Banklara əmanət qoyulan pulun istifadəsindən əldə edilən gəlirə gəlincə, əgər bank pul sahibi tərəfindən vəkil olaraq bu pulu şəri baxımdan düzgün sayılan müamilələrin birində istifadə edərsə, bu gəlir sələm deyildir və maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı