www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Müsəlman bir şəxs qeyri-islami ölkələrə mühacirət edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər dindən azmaq qorxusu olmazsa, bu işin işkalı yoxdur. Həmin ölkədə ehtiyata riayət etmək və dinini qorumaqla yanaşı, bacardığı qədər İslam və müsəlmanları müdafiə etmək bu şəxsə vacibdir

Allahdan uğurlar diləyirik!
Sual: Kişi həkimin naməhrəm qadına toxunması və baxmasında “zərurət”in şərt olduğu çox təkrarlanır. Burada “zərurət” hansı mənanı bildirir və hüdudu hansıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunanlara əsasən, “zərurət” dedikdə, bu nəzərdə tutulur ki, xəstəliyin müəyyən edilməsi və müalicəsi həkimin xəstəyə toxunmasına və baxmasına bağlı olsun. “Zərurət”in hüdudu isə, nə qədər toxunmağa və baxmağa ehtiyac duyulduğuna bağlıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Insandan məzi gələrsə, bulaşmış paltarı yumaq və ya dəyişmək lazımdır,paltarı dəyişməmiş qilinan namaz batil olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məzi pak hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bacım xəstədir, sudurqası var. Anam namaz qılanda sudurqası tutsa namazı kəsə bilər ? 2.Kimsə xoruz döyüşdürürsə mən baxa bilərəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Zərurətdirsə maneəsi yoxdur.

2.Buna baxmağınız günahı təsdiqləməyiniz anlamında olarsa icazəli deyil. Ümumiyyətlə möminlərin bu cür puç işlərdən çəkinməsi məsləhət olunur.

Allahdan uğurlar diləyirik!
Sual: salam, yad kişinin spermasi ilə süni mayalanmağa icazə varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrən şəxsin sperması ilə süni mayalanmaya icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mədə yelini saxlaya bilməyən şəxs dəstəmaz və namazlarda nə etməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hər namaz üçün bir dəstəmaz almalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 4 rükətli namazın ikinci rükətində təşəhhüdü bilmədən demədim. Qalxdım qiyama, təsbihatı deyəndə yadıma düşdü. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təsbihatı deməyi saxlamalı və oturub, təşəhhüdü deməlisiniz. Təşəhhüddən sonra adi qaydada namazınızı davam etməlisiniz. Namazın sonunda 2 səhv səcdəsi də edilməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.qadının heç bir fəsada səbəb olmayacag şəkilini paylaşmasına icazə var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadının hicablı şəklini zərurət olmadıqca naməhrəmlərin görəcəyi və sui-istifadə edə biləcəyi virtual məkanlarda paylaşması icazəli deyil. Bu cür hallar bir başa fəsada səbəb olmasa da, fəsadın müqəddiməsi hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ayətullah Sistani-dəftərxana: Allahdan uğurlar diləyirik!Salam. Qadının 26 yaşı var. Namaz qılır. Amma bilməyərəkdən doğuşdan sonra nifas quslu almayıb. Amma doğuşdam 2 ay sonra cənabət və heyz quslu alıb. İndi agah olub ki, nifas quslu almalıymış. Bunun hökmü nədir? Bütün namazları batildir? İndi nə etməlidir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İlk cənabət qüsulu aldığı vaxta qədər qıldığı namazlarını təzələməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Səhvən paltarıma məni dəydi, lakin dəqiq harasına dəydiyini bilmədim. Ehtimal verdiyim yeri pakladım. Bu paltarla namaz qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəcisi pakladığınıza əmin olana qədər o paltarla namaz qıla bilməzsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İşlədiyimiz şirkətdə işçiyə 1000 manat əmək haqqı yazılır, bir halda ki, bizə bunun yarısı verilir. Biz də məcburən müqaviləyə imza atırıq. Belə olan halda bizim işə diqqətsizlik etməyimiz, səhlənkar davranmağımızın günahı varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, siz müqavilədə qeyd olunan şərtlərə əməl etməlisiniz, onlar sizə borclu qalsa və günah etmiş hesab olunsa belə.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum, mənim yoldaşım musiqiçidir. Və toylara gedib mahnı çalır. Bu pullar haramdırmı? Mənim bu işde vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizə günahı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Qaynatam rəhmətə gedib. Nəzir etmişdi, lakin yerinə yetirmək nəsib olmadı. İki qızı var. Belə olan halda qızlarına vacib olur? 2.Mən də heyvan kəsmək nəziri etmişəm. Başqası pul versə o pulla alıb kəsə bilərəm? və ya başqası heyvanın özünü versə.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr, qızlarına vacib deyil, lakin yaxşı olar ki, onun əvəzinə yerinə yetirsinlər.

2.Maneəsi yoxdur. Əsas odur ki, nəzirinizə əməl edəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əhli-sünnənin tərcümə etdiyi Quranı oxumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin özü-özlüyündə haramlığı yoxdur, lakin şiə məzhəbinə uyğun tərcümələri oxumağınız məsləhət görülür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Meyyiti yuyanda əgər əldə əlcək olsa yeni məshi meyyit qüsulu almalıyıqmı.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, qüsuk vacib olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Pişnamazın qiraətində problem olsa iqtida edə bilərikmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Qiblədən yanlış qıldığım namazların hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qiblədən yanlışlıqla fərqli namaz qılmaq 90 dərəcəyə qədər düzgün hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mən arvadımdan boşanmışam, ona mehriyyə düşürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təlaq verilən qadının mehriyyəsi ödənilməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Cümə qüslünü cümə günü işa namazından sonra almaq olarmı? Yaxud şənbə günü axşam almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bəzən qüsldən sonra görürəm ki bədənimin dərisin sürtəndə əlimnən görürəm ki kur çıxır ağ rəngdə bu kir qüslə maneə sayılır ya yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunu təyin etmək mükəlləfin öz öhdəsinə buraxılıb.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı