Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.1)Namaz anında qıraqlarında xırda parıltılı qaşı olan əqiq üzük taxmaq olar? 2) Boynundakı vacib qusldan xəbərsiz olan şəxsin namazı düzgündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əqiq üzükdən istifadə etmək müstəhəbdir.
2.Boyununda vacib qüsulu olanın namazı batildir.
Allahdan uğurlar diləyirik!
Sual: Dəstəmazsız canamaza əl vurmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Müsəlman bir şəxsin başqa dinlərin yəni təkallahlı və yaxud çoxallahlı dinlərin adət ənənələrinə uyğun olaraq evlənməsi nə dərəcədə düzgündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər həmin adət-ənənələr islama ziddirsə və ya həmin dinlərin təbliğiylə nəticələnirsə icazəli deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Valideynlərim yolaşıma namaz qılanda hicab taxmağa icazə vermir. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namaz hər bir halda qılınmalıdır. Onlardan gizli olaraq aıla bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Deyək ki ,dəstəmazı pozan heç bir hal baş verməyib, amma şübhəyə düşsəm ki, öz özlüyümdə dətəmaz pozulub o zaman şübhə etdiyim üçün dəstəmazım batil olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, batil olmur.
Allahdan uğurlar diləyirik!
Sual: Nə cür musiqilər haram sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haram məclislərinə uyğun olan musiqilər, eləcə də Allahı insana unutduran və puç musuqilər haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xristianlar kafir və nəcis hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kitab əhli olan kafirlər (xristian, yəhudi və digərləri) pak hesab olunurlar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadın hicab bağlamırsa ərinin vəzifəsi nədir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xoş dillə başa salmalıdır. Əgər bağlamasa evdən çıxmasına maneçilik törətməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.1)Dünyasını dəyişən subay qiz qəza namazlarını kiməsə vəsiyyət edə bilər?
2) Şaban, Rəcəb aylarında Ramazan ayının qəza orucunu tutmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Ölüm nişanələrini özündə görən şəxsin əgər qəza namazı və orucu varsa, gərək elə bir iş görsün ki, ölümündən sonra onun əvəzindən yerinə yetiriləcəyinə əmin olsun.
2.Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Namazım salamını deyib 3 dəfə təkbir dedikdən sora sağ və sol çiyinə salam verməyin maneəsi varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müstəhəbdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sosial şəbəkə istifadə etmək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur. Lakin əgər hansısa günah və ya fəsadın baş verməsinə səbəb olursa icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadınlar məğrib və işa namazlarını uca səslə qıla bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səslərini naməhrəm eşitmirsə icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir insan əsəbi halda desəki Allaha Quran and olsunki səni bağışlamıyacam amma sonra əsəbi sakitləşsə anlasa ki gələkvsnd diçməzdi, bu andı pozsa ons kəfarə var?. 2. Bir qadın orucluykən evdə davs olmasın deyə yalandan an diçərsə orucu pozulurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əsəbi halda, ixtiyarsız və qəsdsiz içilən and, düz deyildir.
2.And içmək, əgər yalan bir şeyi Allaha və ya məsumlara nisbət vermək hesab olunmursa orucu pozmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmazsız Quranı xətm etmək olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmazsız halda Quranın yazılarına əl vurmaq icazəli deyil. Qalan məsələlərin eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazda olan təkbirlər (Allahu əkbər zikrləri) vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yalnız namazın əvvəlində olan təkbir vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: salam.
1.Futbool oyunlarına mərc etmək olar yoxsa haramdı?
2.Domino mərc etmədən oynamaq olar yoxsa haramdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.İcazəli deyil.
2.Qumar aləti hesab olunursa haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, mən Namaz qılanda fikrim ayrı yerdə olur. Belə olan halda Namaz batil olurmu ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namaz şəri cəhətdən batil hesab olunmasa da, əxlaqi və mənəvi cəhətdən dəyəri olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1) Makyaj orucu batil edərmi? 2) Oruclu halda duşa girməklə oruc batil olarmi? 3) Əgər bir örtünməyən qadına dəstəmazlı halda naməhrəm baxarsa qadının dəstamazı pozularmı yaxud qadın naməhrəmə baxarsa? .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Xeyr.
2.Xeyr.
3.Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Xoruz döyüşdürmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam 1) dəstəmaz alanda üz və əlləri yuyanda əlimiz bilmədən aşağıdan yuxarı getsə dəstəmaz batil olur?
2)Qolları yuxarıdan aşağı yuduğumuz zaman əllərimizi də yuxarıdan aşağı yumağa davam etməliyik, ya lazım deyil?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Dəstəmaz niyyəti ilə olmasa eybi yoxdur.
2.Əgər dəstəmazdan öncə əllər yuyulubsa qollar biləngdən barmaqların ucuna qədər yuxarıdan aşağıya olmaq şərti ilə yuyulmalıdır.
Allahdan uğurlar diləyirik!