www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Dırnanağa boya vurmaq namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazı xeyr, lakin əgər suyub bədənə çatmasına meneədirsə dəstəmaz zamanı aradan aparılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, müsəlmanın xristianla evlənməyi icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlman qadın kafirlərlə (istər kitab-əhli olsun (xristian-yəhudi), istər olmasın) müvəqqəti ya daimi evlənməsi icazəli deyil. Müsəlman kişinin də daimi olaraq kafirlə evlənməsi ehtiyat-vacibə əsasən icazəli deyil. Müvəqqəti evlilik də əgər kişinin müsəlman xanımı varsa haramdır. Ehtiyat-vacibə əsasən, xanımı icazə versə də evlənə bilməz.

Allahdan uğurlar diləyirik!
Sual: Bir ayın qəza orucunu ardicil tutmamaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, orucun qəzasını ardıcıl olaraq tutmaq şərt deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, namaz qılarkən uşaq möhürü götürməsin deyə möhürü əlimdə tuta bilərəmmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam qibləni təyin etmək üçün kompas ve ya telefon Proqramlalarından istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər düzgün işlədiyinə əminsinizsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Təcvidsiz Quran oxumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri cəhətdən maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən camaat namazında təşəhüdü deyərkən (Əşhədü ənla iləhə)- illallah yox ilallah dedim amma təcili düzəltdim... namazim düzdür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Cənabətlı olan halda Zikir demək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri cəhətdən maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Qadınlar namazda təkbir deyərkən əlləri qulağa qədər qalxızmalıdırlarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ümumiyyətlə təkbir zamanı əlləri qulağa qədər qaldırmaq vacib yox, müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazı qiblədən neçə dərəcə fərqli qılsam batil olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilərəkdən qiblədən fərqli dayanmaq namazın batil olmasına səbəb olar. Lakin bilməyərəkdən olarsa, 90 dərəcəyə qədər eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mədə yelinin ya da sidiyin xaric olmasının qarşısını sıxıb saxlamaqla alarsaq dəstəmaz yaxud da namaz batil olurmu? edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, nə namaz, nə də dəstəmaz batil olur, lakin yaxşı olar ki, namazdan öncə namazınızı rahat qılmağınıza mane olan şeyləri aradan aparasınız.

Allahdan uğurlar diləyirik!
Sual: Mən müəyyən bir məbləği Banka əmanət qoymuşdum və bir neçə müddətdən sonra bank mənə mükafat ünvanında müəyyən bir məbləğ verdi. Bu məbləği almağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu mükafatı almaq və ondan istifadə etməyin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Azyaşlı uşağa verilən hədiyyələr (məsələn, bayramlıq) uşağın əmlakı sayılır, yoxsa onun ata və anasının əmlakı sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ata övladın qəyyumu ünvanında bu hədiyyələri alıbsa, azyaşlı uşağın əmlakı hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Evi icarəyə götürən şəxs, bu evi öz borcu müqabilində başqa bir fərdə girov verə bilərmi? Yoxsa girovun düzgün olmasında girov verilən şeyin girov verənin öz mülkü olması şərtdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ev sahibinin icazəsi olarsa, işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs dolanışığını təmin etmək üçün başqa bir iş olmadığına görə sələmli bankda işləməyə məcburdursa, bunun hökmü nədir?.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bankdakı işin sələmli müamilələrlə əlaqəsi olarsa və hansısa bir tərzdə sələmli müamilənin reallaşmasında təsiri olarsa, orada işləmək caiz deyildir. Dolanışığı təmin etmək üçün başqa bir halal iş tapmamaq, haram işdə işləməyi icazəli etmir

Allahdan uğurlar diləyirik!
Sual: Borcu haram mal ilə qaytarmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başqasının malı ilə borc ödədikdə, borclu şəxs borcdan çıxmır.

Allahdan uğurlar diləyirik!
Sual: Tacirlərin İsrail istehsalı olan məhsulları İsrailin iqtisadi embarqosunu ləğv edən ölkələrə gətirmələri və yaymaları caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstehsal və satışından İsrail rejiminin faydalandığı məhsulları ölkəyə gətirmək və yaymaqdan çəkinmək hər kəsə vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun. Mən keçmişdə qılmadığım namazların qəzaların qılïram. Qunut tutmuram. Risalədə namazı batil edən işlər bölümündə 12-ci işdə oxudum ki, namazda nəyisə azaltmaq namazı batil edir. Onda mənim qıldığım qəzalar qunut tutmadığıma görə battildir.cavaba görə çox sağolun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qunut tutmaq müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam olsun sizə 1) dəstəmaz alarkən sağ əlimlə iki dəfə üzümə su tökürəm sonra hər iki əlimlə üzümə suyu yayıram əlim aşağıdan yuxarıya getməmək şərtilə.dəstəmazım düzdürmü? 2)çox vasvası adamam .bütün işlərimdə şəklərimə etina eləməsəm düzgündürmü?bəzi şəklərim isə yəqinə daha yaxındır .bəs onda necə ?etina etmiyim? 3)başa məsh çəkəndə əli mütləq tük bitən yerə kimi gətirməlisən ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli.

2.Çox şəkk edən şəxs heç bir şəkkinə etina etməməlidir.

3.Xeyr, az da olsa kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cümə Qüsulunu gecə 12 dən sonra alsam düz olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cümə qüslunun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində “rəca” niyyəti ilə etsin.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı