Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam
1)Üzü bir dəfə, qolu iki dəfə, qolun birini bir digərin iki dəfə yumaq olar?
2)Barmaqdan qan gələrkən necə dəstəmaz almalıyıq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Bəli.
2.Qanın dayanmasını gözləməlisiniz. Namazın qəzaya getmək təhlükəsi olarsa qanın önünü dayandırmalı, cəbirə dəstəmazı almalısınız.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bu ay işıq pulunu verməmişəm, gələn ay birlikdə verəcəm. Bu işıqla istilənən suyla dəstəmaz ala bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: DİQQƏT DİQQƏT!!!
Cavab: Əziz izləyicilər! Aşağıdakı məsələlər diqqət etməyiniz xahiş olunur:
1.Saytımız yalnız şəri sulları cavablandırır.
2.Saytımız bir tərəfli olaraq fəaliyyət göstərdiyindən sizinlə əlaqə qurmağımız mümkün deyil. Bu səbəbdən ünvanladığınız sualları bacardıqca aydın formada qeyd edin. Bəzən, sizin üçün sadəliklə anlaşılan sual, bizim üçün anlaşılmaz olur. Odur ki, bacardıqca aydın yazın.
3.Ünvanladığınız suallar konkret olaraq bir müctehidə aid olsun. Məsələn bu tipdə suallar cavablandırılmır: Hansı müctehidə əsasən üzü qırxmaq icazəlidir? Bu sual konkret bir müctehidə ünvanlanmadığından cavab verə bilmirik.
4.Bizə ünvanlanan sualları müctehidlərin dəftərxanalarından soruşuruq. Odur ki, bəzən bizə cavab verilmədiyindən və ya müxtəlif problemlər olduğundan sullarınıza gec cavab veririk. Xahiş edirik anlayışla qarşılayasınız.
Allahdan hamımıza uğurlar diləyirik!
Sual: Salam 12 il qəza namazım var, qılmaq istəyirəm. Belə qıla bilərəm ki, birinci 12 ilin sübh namazını, daha sonra zöhr və bu qaydada.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, qıla bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hacət namazı necə qılınır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müxtəlif növ hacət namazı qılmaq olar. Ən sadəsi budur ki, 2 rükət namaz qılaraq hacətinizi Allahdan istəyin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aliment ödəniləcəyi təqdirdə mehriyyə də verilməlidir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Estetik əməliyyat zamanı digər haramlara bulaşmamaq deyəndə, hansı haramları nəzərdə tutursunuz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namərəmin baxışı, toxunmağı və bu kimi digər haramlar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sübh namazının qəzasını günorta vaxtı qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam,həyətdə şəxsi təsərrüfat məqsədi ilə toyuq cücə saxladıqda buna göre xums düşürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xüms ilinin sonunda artıq qalan toyuq-cücənin xümsünü vermək vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum, əgər papaqla namaz qılsam səcdəyə gedəndə papaq möhürün bir hissəsini tutsa namaz batil olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər baş barmağın yarısı boyda alnınız möhürə deyirsə səcdə düzgün hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, əgər namazda geyindiyimiz paltarımızın canamazımızın və ya ayrı bir paltarımızın və ya möhürümüzün pak və ya nəcis olduğunu unutmuşuqsa yadımıza düşmürsə və yaxud da böyük nəzərlə ehtimal veririksə onlar nəcasətə bulaşıb bəlkə bu zaman onlar pak götürülür yoxsa murdar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcis olduğuna əmin deyilsinizsə pak hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, hamam və tualet bir yerdədirsə orda dəstamaz almaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Mən müəyyən bir məbləği Banka əmanət qoymuşdum və bir neçə müddətdən sonra bank mənə mükafat ünvanında müəyyən bir məbləğ verdi. Bu məbləği almağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu mükafatı almaq və ondan istifadə etməyin işkalı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tərkibində ət olan idman qidalarından istifadə etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlman ölkəsinə aiddirsə maneəsi yoxdur, əks halda halal olduğuna əmin olmalısınız.
Allahdan uğurlar diləyirik!
Sual: salam. kişidən xaric olan nəmlik məni hökmündə deyilsə dəstamaz alanda alt geyim deyişilməlidimi? Yəni ki namaz qılanda geyim na pak sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bövl və məni deyilsə pakdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam qadın dırnaq uzada bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Zəruri, yəni məcbur qalmadığın halda estetik əməliyyat günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə haramlığı yoxdur, lakin əməliyyat zamanı digər haramlara bulaşmamalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salan əleykum. Təyəmmümün qaydası necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Ehtiyat-lazıma əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
2) Ehtiyat-vacibə əsasən hər iki əlin içini alının tük bitən yerindən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına qədər çəksin və ehtiyat-müstəhəb budur ki, əlləri qaşların üstünə də çəksin.
3) Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Ehtiyat-vacib budur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyət və qürbət qəsdi ilə yerinə yetirsin.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs dolanışığını təmin etmək üçün başqa bir iş olmadığına görə sələmli bankda işləməyə məcburdursa, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bankdakı işin sələmli müamilələrlə əlaqəsi olarsa və hansısa bir tərzdə sələmli müamilənin reallaşmasında təsiri olarsa, orada işləmək caiz deyildir. Dolanışığı təmin etmək üçün başqa bir halal iş tapmamaq, haram işdə işləməyi icazəli etmir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazı qılarkən bilsən ki, hƏmin qıldığın namaz batil oldu həmin namazı pozub yenidən qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!