Şəri sual göndər
Ümumi sual göndər
Sual: Nafilə namazında rəkətlərin sayında yox, namazın başqa yerində (məsələn, bir səcdə, yaxud iki səcdə yerinə yetirmədə) şəkk edilsə, şəkkə etina olunmalıdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəkkin hökmləri baxımından – istər namazın sözlərində, istərsə də hərəkətlərində – vacib və nafilə namazları arasında fərq yoxdur. Yəni, əgər yeri keçməyibsə, şəkkə etina olunmalı, əks təqdirdə etina olunmamalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər küfr ölkəsində İslam dininə iman gətirən qadınlar öz ailələri və cəmiyyətlərinin qorxusundan İslama imanlarını aşkar edə bilmirlərsə, onların islam ölkəsinə mühacirət etmələri vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər islam ölkəsinə mühacirət etmək onlar üçün böyük çətinlik yaradarsa, vacib deyildir. Amma namaz, oruc və başqa vacib əməlləri bacardıqları qədər yerinə yetirmələri vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs xüms ili çatmazdan qabaq öz qazancından müəyyən məbləği borc vеrərsə və xüms ilindən bir nеçə ay keçdikdən sonra borcunu gеri alarsa, bu məbləğin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Borc vеrdiyi şəxsdən pulunu geri aldıqdan sonra borcun xümsünü vеrmək vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Saç düzümündə qərb modellərini yamsılamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu kimi məsələlərdə “haramlıq” meyarı, islam düşmənlərinə oxşamaq və onların mədəniyyətini yaymaqdır. Bu məsələ isə, ölkələrə, dövrlərə və şəxslərə görə dəyişir, həmçinin təkcə qərb ölkələrinə xas deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs hər həftənin 6 gününü 80 km səfər edir. Səhər işə gedir, axşam evinə gəlir. Mükəlləf bu işi nə qədər davam etdirmək qəsdində olmalıdır kİ. kəsirus səfər sayılsın?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər bir şəxs həftədə 4 gün səfərdə olursa və bu işi ən azı 3 ay davam edirsə "kəsirus-səfər" hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam 15-20 ilə ipoteka ile alınan evə xumus düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər istifadə olunursa xümus düşmür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mehriyyəni verməyə imkanım çatmırsa nə etməliyəm?
2.Mehriyyə birinci ödenilməldir yoxsa başqa borclarım?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əgər hansısa malınızı satmaqla verə bilirsinizsə bunu etməlisiniz.
2.Hansı tələb edirsə və təxirə salınması da olmursa onu ilk ödəməlisiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qız bakireliyini itirir. Lakin etdiyi işin sehv olduğunu, günah olduğunu anlayır və tövbe edir, həqiqətən peşman olur. Bu adam tibbi yolla bakirəliyini bərpa etdirib ərə gedə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özünü bakirə olmaya-olmaya bakirə kimi təqdim etmək icazəli deyil. Bakirəliyin bərpası isə əgər digər haram işlərin baş verməsinə gətirib çıxarmırsa (məsələn övrətə baxmaq) icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Bir nəfərin əlinin rütubəti bədənimə keçdi. Sonra anladım ki, kafir imiş. Bu halda qıldığım namazların hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təzələməyə ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum.
1. Qüsul əvəzinə etdiyim təyəmmümdən sonra dəstəmaz almaq lazımdırmı?
2. İcazəsi alınmadan götürülən qumla təyəmmüm etmək batildirmi?
3. Yaş quma təyəmmüm etməyin maneəsi yoxdurki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Xeyr.
2.Təyəmmüm olunan şey qəsbi (oğurluq) olmamalıdır.
3.Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şəhəvani yuxudan sonra ayıldım, paltarımda heç bir maye olmasa da istibra zamanı məniyə bənzər maye xaric oldu. Qüsul vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sıçrayış, bədənin süstləşməsi və şəhvət olmayıbsa qüsul vacib olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Ər-arvadın arxadan yaxınlıq etməyinin şəri cəhətdən maneəsi varmı?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Qadınla arxadan yaxınlıq etmək onun razılığı əsasında olmalıdır. Razılığın olacağı təqdirdə belə bəyənilməyən əməllərdəndir. Bu işin tibbi və cinsi fəsadları da inkar olunmazdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kiprikde tuş olan halda dəstamaz alıb namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədənə çatmasına mane olursa, dəstəmazdan öncə aradan aparılmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim borcum var, əldə etdiyim məvacib də bizi ödəmir. Mənə xüms vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İllik xərclərinizin artığının xümsünü vermək vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qızıl dişlə namaz qılmaq olarmı? Ümumiyyətlə qızıl dişin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazınız düzgündür, lakin ön dişlərinizin qızıldan olması əgər zinət hesab olunursa ehtiyat-vacibə əsasən haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazda "Allahu əkbər" zikrini dediyimiz zaman əllərimizi mütləq qulağımıza qədər qaldırmalıyıqmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş vacib yox, müstəhəbdir.
Allahdan uğurlar diləyirik!
Sual: Nərd oynamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qumar aləti kimi hesab olunursa icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: salam, ziyanverici həşəratları öldürmək günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, göyərçin əti halaldırmı? Başı kəsici alətləmi kəsilməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Halaldır və kəsici alətlə kəsilməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Bakirə qızın atası və babası yoxdursa,təkcə onun razılığı ilə mütə etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bakirə qızın əqdində ata və ata babasının icazəsi şərtdir.
Allahdan uğurlar diləyirik!