Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam , evdə namaz qılanda həyat yoldaşınla bərabər qılmalısan yoxsa kişi birinci qılmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən qadın kişidən arxada dayanmalıdır. Birinci başlamağın isə maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Müsafir səfərə gedərkən şəri məsafə gedəcəyi şəhərin yaxud kəndin girişinədək hesablanır? Yoxsa həmin şəhərdə yaxud kənddə gedəcəyi ünvan əsas götürülür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsafir insan üçün şəri məsafənin sonu onun həmin şəhər, yaxud kənddə son duracağıdır. Məsələn, vətəni Məşhəd şəhərinin 15 km-liyində yerləşən şəxs Məşhəd şəhərindəki müəyyən bir yerə, məsələn, onun vətənindən 25 km məsafədə yerləşən İmam Rizanın (ə) müqəddəs məqbərəsinə gedib qayıtmaq istəyərsə, bu səfərdə namazını qəsr qılmalıdır.
Allahdanu uğurlar diləyirik!
Sual: Əti halal olan heyvanların bədəninin hası hissəsi haramdır?
Cavab: Əti halal olan heyvanlarda (vacib ehtiyata əsasən, onların bə’zilərində) on dörd şey haramdır:
1-Qan; 2- Toxumluq; 3- Dişi heyvanın cinsi orqanı; 4-Uşaqlıq; 5- Vəzi; 6- Ağ ət; 7- Başın beyin nahiyəsində noxud formasında olan kiçik toxum; 8- Fəqərə sütunu arasında olan haram ilik; 9- Boyunun iki tərəfində yerləşən və fəqərə sütununa qədər uzanan damar; 10- Öd kisəsi; 11- Dalaq; 12- Sidik kisəsi; 13- Göz bəbəyi; 14- Böyük heyvanların dırnağı arasında olan hissə. Ərəblər buna “Zatul-şac’” deyir. Amma sərçə kimi kiçik heyvanalarda bunu ayırd etmək və yaxud ayırmaq mümkün olmadığı üçün yeyilməsinin iradı yoxdur.
Sual: Salam. Dəstəmaz alarkən bilmədən əl yuxarı gedərsə yəni üzü yuyanda əl yuxarı gedərsə dəstəmaz batil olur ya yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmaz niyyəti ilə olmasa eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum.
1. Namaza başlayarkən 3 və 4 cü rükətlərdə niyyətim təsbihati ərbəəni demək olursa səhvən həmdi oxuyuram bu halda nə etməliyəm? Və namazın salamından sora vəzifəm nədir
2. Namaza balşlayarkən yenə təsbihati ərbəəni demək niyyətim varsa 3- cü rükətdə səhvən həmdi deyirəmsə 4- cü rükətdə təsbihati ərbəəni deməliyəm yoxsa həmdi? Və namazın salamından sora vəzifəm nədir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Namazınız düzgündür və heç bir vəzifəniz yoxdur.
2.Həmdi də deyə bilərsiz, təsbihatı da.
Allahdan uğurlar diləyirik!
Sual: Salam mənim sualım budu ki, yağışlı və ya qarlı havada yolun qırağından keçəndə maşınların təkərindən üst başımıza palçıqlı su sıçrayır .Belə su murdardır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəcis olduğuna əmin deyilsinizsə pak hökmündədir.
Allahdan uğurlar diləyirik!
Sual: salam 1.toya gətməyin hökmü nədir? 2.toyda oynamaq haramdır??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Halal məclis hesab olunmursa getmək olar.
2.Kişinin kişi üçün, qadının isə qadın önündə oynaması ehtiyat-vacibə əsasən icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazda burnum qaşınsa səcdədən qiyama qalxanda qaşıya bilərəm? 2 namaz vaxtı səsim tutulanda bilə bilə ösgürüb boğazımı təmizləyə bilərəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Eybi yoxdur.
2.Eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. OV tüfəngiylƏ vurulan qara qarğa və dovşan halal sayılırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qarğa və dovşan əti haram olan heyvan növlərindəndir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Telefon vasitəsilə kredit götürmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Nişanlımı qucaqlayıb, öpə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Aranızda kəbin oxunmayıbsa icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nərd oynamaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazların 3 və 4-cü rükətində Fatihə surəsi oxunur. Bu doğrudur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın 3 və 4-cü rükətlərində Həmdi və ya "təsbihat ərbəə"-ni deməyin fərqi yoxdur. Lakin əgər səhvən "təsbihat"-ın əvəzinə Həmd surəsi deyilsə və rükudan qabaq anlaşılsa, gərək yenidən qəsd edərək Həmd və ya "təsbihat" deyilsin.
Allahda uğurlar diləyirik!
Sual: Nənəmin 40-ı çıxmamış nişanlana və ya evlənə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri cəhətdən maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Nifas halında olan qadının cima etməsi icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun, Ailəmizin yaşamaq üçün mənzilə ehtiyacı var idi. Qardaşım yaxşı bir ev tikdirib bizə verib. İndi bu xərclənən pulun xumsunu vermək bizə lazımdır. Və bizim də buna imkanımız çatmır.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, vacib deyil.
Allahdan uğurlar diləyirik!
Sual: salam, dinə görə insan sağ vaxtı vəsiyyət olaraq organlarını bağışlaya bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər meyyitə hörmətsizlik hesab olunmursa maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Hamilə qadınla heyz olan vaxt cinsi əlaqədə olmaq olar? 2)Müvəqqəti kəbin məqsədi ilə internetdə qadınla yazışmaq günah deyil? 3) Zina etmiş qadınla müvəqqəti kəbin bağlamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Heyzli qadınla cinsi əlaqədə olmaq olmaz.
2.Şəhvət, reybə qorxusu olmazsa və həmçinin zarafatlaşmaq olmadığı halda naməhrəmlə danışmağın eybi yoxdur.
3.Məkruhdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam spirtli içki adamn üstünə dağılarsa dəstamaz pozulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. İmam Əliyə (ə) Quran oxutdurmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!