Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Bizə qonaq gələndə bir banka kələm bibər pamidor qarışlq turşu gətirmişdi, yəni onu evdə özü hazırlayıb mən də yeyəndə gördüm sanki spirt tamı gəlir. Soruşdum dedi ki, ancaq duza qoymuşam başqa heç nə qatmamışam. Mən onnan yedim indi şübhələnirəm bəlkə haram hökmündədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir dostum var kiredit götürmək istəyir, deyir mənə zamin dur. Ona zamin durmaqda bir haram yoxdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər şəri cəhət haram olan müamilədirsə zamin durmağınız icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Namazda niyyəti dəyişmək olarmı? Məsələn əsr namazı qılmalı idim, səhvən xiftən niyyəti etmişəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazda niyyəti dəyişmək olar, lakin məsələn məğrib namazı qılmalısınızsa və xiftən niyyəti etmisinizsə, dördünücü rükətində niyyətinizi məğrib namazına dəyişə bilməzsiniz. Çünki məğrib namazı 3 rükətdir.
Allahdan uğurlar diləyirik!
Sual: salam, mən bilmək istəyirəm ki, qadınlar dəstəmaz alanda saçlarını aralayıb, məsh çəkməlidir? Suyu dəriyə çatdırmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər saç uzundursa belə ki, bir tərəfin tükü digər tərəfə çatırsa istər kişi olsun, istər qadın məshdə suyu dəriyə çatdırmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadının ziyarətə getməyi haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Qəlyan çəkmək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər gözəçarpacaq şəkildə ziyanı varsa və ya ziyanlı olmasına ehtimal varsa haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam qusul alarkən bədənin sağ və sol tərəfini yumazdan əvvəl göbəyi və övrəti yumaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər nəcis deyilsə vacib deyil. Nəcis olsa belə qüsuldan öncə yumaq vacib deyil. Həmin yeri qüsul niyyəti ilə yumamışdan öncə paklamağınız kifayət edir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qrip olan adam tibbdə istifadə olunan spirti burunu ilə nəfəsinə çəkə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boş vaxtım varsa mənə məsciddə namaz qılmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məsciddə namaz qılmaq təkid olunmuş müstəhəblərdəndir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir-birini sevən naməhrəm qız və oğlanın şəri cəhətdən münasibət qurmağı hansı həddədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: şəhvət, reybə qorxusu və zarafataşmaq olmadan icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam . Əgər bir insan ləvat edəndən sonra gəlib tövbə etmədən cənabət qüslü alsa onun qüslü batildir ?o bu aldığı qüsllə namaz qılıb oruc tuta bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, düzgündür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. 1. Akvariumda balıq və ya qəfəsdə quş saxlamağın hökmü nədir? 2. Namazdan əvvəl telefonda azan oxunub, sonra şəxsin özü iqamə oxuyub namaza başlaya bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Eybu yoxdur.
2.Eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Zöhr namazının vaxtı nə vaxta qədərdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Zöhr və əsr namazının vaxtı zəvaldan şəri zöhrdən günəş batana qədərdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, mən xüms günümü dəyişə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müctehid və ya nümayəndəsinə müraciət edin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam internetdən hər hansı proqramı yükləyib sonra sındırmaqla o proqramdan istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən müsəlman ölkəsində yaşayıram, marketdə halal adı ilə kolbasa satırlar mən alıb yeyə bilərəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haram olduğuna əmin olmayana qədər yeyə bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam 1.Mənə pul hədiyyə kimi verilirsə, və (amma pulu verən şəri məsələlərə riayət eləmir) pul bir neçə ilə yığılıbsa. Xüms məsələsi necə olur? 2. Xums gunu necə təyin olunur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Xüms günü artıq qalan hissəsinin xümsünü çıxarmalısınız.
2.Əldə etdiyiniz ilk günü xüms günü olaraq təyin edə bilərsiniz (müctehid və ya nümayəndəsinə müraciət edin)
Allahdan uğurlar diləyirik!
Sual: Əhli-sünnətlə söhbətdə vəhdət əlaməti olaraq bəzi xəlifələrin adını çəkəndə "Allah ondan razı olsun" demək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Buna ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Mən tort karopka sexində işləyirəm. Karopkanın ərsəyə gəlməsi üçün kardon kley skop və klonkaya ehtiyac var. Kleylə skopu bir nəfərr oz islediyi sexden oğurlayıb gətirir, müdürümüzə satır. Mənim burda işləməyim burdan maaş almağım doğrudurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər oğurluq olduğuna əminsinizsə işləməyiniz icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qız övladı olan boşanmış qadın başqasıyla evlənsə qızı ərinə məhrəmdirmi?
2.Evləndiyi şəxsin oğlu olsa bu qızla oğlan bir birinə məhrəmdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əgər qadınla kişinin arasında cinsi əlaqə olsa qadının qızı ərinə məhrəm olacaqdır.
2.Xeyr, bu övladlar bir-birinə naməhrəmdirlər.
Allahdan uğurlar diləyirik!